15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

PKK-nın Ermənistana göndərilməsi təsdiqləndi – Fotolar

29 Sentyabr 2020, 18:45
Siyasət, Dünya
A A
PKK-nın Ermənistana göndərilməsi təsdiqləndi – Fotolar

“İraq Kürdüstanında yüzlərlə gənc müəmmalı şəkildə itkin düşür”

“İraq vətəndaşlarının Azərbaycana qarşı müharibəyə cəlb edilməsi qəbuledilməzdir”. İraqın Əl-Rasid (https://alrased.news) internet qəzetində bu başlıqla dərc oluna məqalədə Ermənistan-Azərbaycan münaqişəsi və İraq kürdlərinin PKK tərkibində Ermənistana göndərilməsindən bəhs olunur. Baş redaktor Cəfər əl-Musəvinin müəllifi olduğu məqalə İraqda böyük əks-səda doğurub.

Yazıda qeyd olunur ki, İraq və iraqlılar terror təşkilatları ilə döyüşlərdən, eləcə də bəzi ölkələrin xüsusi xidmətləri vasitəsilə terror təşkilatları tərəfindən İraqa gətirilən əcnəbi terrorçulardan çox əziyyət çəkib. İndi isə iraqlılar dost bir ölkəyə qarşı istifadə olunur. Müəllif sual edir ki, İraq hökumətindən maaş alan, könüllü birliklərdə qeydiyyatda olan insanların başqa bir ölkədə istifadəsi nə qədər doğrudur?
Bildirilir ki, son günlər xarici mediada, xüsusən də Azərbaycan yerli mətbuatında İraq və Suriyadan PKK terrorçularının, həmçinin yezidilərin Ermənistana gətirilməsi və daha sonra Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı Azərbaycan torpaqlarına yerləşdirilməsi barədə məlumatlar yayılır. Bu prosesdə erməni diplomatları yaxından iştirak edir.
Məqalədə deyilir ki, iyulda Azərbaycan-Ermənistan sərhədlərində başlayan gərginliyin fonunda İraq vətəndaşlarının Qarabağdakı münaqişəyə cəlb olunması barədə məlumatlar ciddi narahatlıq doğurur.

Daha sonra müəllif Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan müharibəsi haqda arayış verir. Qeyd edir ki, 90-cı illərdə qızışan müharibədə Ermənistan tərəfdən əsasən Livan, Suriya, Amerika və sair kimi ölkələrdən erməni silahlı terror təşkilatları – ASALA, Daşnaksütyun, Hnçaq – Qarabağa gedərək Azərbaycana qarşı müharibədə iştirak edib. Hələ SSRİ kəşfiyyatının dəstək verdiyi ermənilər 90-cı illərin əvvəllərində Azərbaycana məxsus Qarabağ vilayəti və ətrafında daha 7 bölgəni işğal edib. 1992-ci ilin fevralında erməni qüvvələri Xocalı şəhərini ələ keçirərək bir gecədə 613 müsəlman azərbaycanlı qadın, qoca, uşaq da daxil olmaqla amansızcasına qətlə yetirilib.
Həmçinin məqalədə PKK-nın yaranması və Yaxın Şərqdə “soyuq müharibə” dövründə erməni və kürd terror təşkilatları arasında əlaqələrin olduğu, SSRİ-nin vasitəilə kürdlərin silahlandırıldığı qeyd olunub. Məqalədə qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 11.08.1978-ci ildə yayımlanan “kürd və erməni militanları” ilə bağlı məruzəsində erməni terror təşkilatları və PKK arasında əlaqələrlə bağlı ətraflı məlumatlar yer alıb. Bu hesabatda erməni terror təşkilatları ilə PKK arasında əməkdaşlığın kökü ötən əsrin 70-80-ci illərinə təsadüf etdiyi, 1975-ci ildə başlayan Livan vətəndaş müharibəsi zamanı yaradılan ASALA (Armenian Secret Army for the Liberation of Armenia) uzun illər kürd terror təşkilatları ilə yaxın əməkdaşlıq etdiyi, eyni zamanda bu əlaqələrin bir tərəfdən Səddama dəstək verən digər tərəfdən solçu terror təşkilatlarını Yaxın Şərqdə himayə edən Sovet kəşfiyyat orqanı KQB həyata keçirildiyi vurğulanır.
Qeyd olunur ki, ASALA və PKK-nin ilk birgə toplantı 1980-ci ildə Livanın Sidon (Sayda) şəhərində keçirilib. Müəllif yazır ki, həmin vaxt hər iki təşkilatın əsas hədəfi Türkiyə olduğu üçün o zaman birgə əməkdaşlıq ediblər. Lakin ötən əsrin 80-ci illərində ASALA formal olaraq fəaliyyətini dayandırdı və Yaxın Şərqdəki üzvlərinin bir qismi sovet KQB-nin rəhbərliyi altında PKK sıralarına qatıldı.

Kürdləri qətl edən ermənilərlə PKK-nı nə birləşdirir ?

Məqalədə qeyd olunur ki, BMT TŞ-nin 1993-cü ildə işğal olunmuş bütün Azərbaycan torpaqlarını azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə əməl etməyib. Eyni zamanda 57 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırsa da, Ermənistan bütün bu beynəlxalq tələblərə məhəl qoymayıb. Hətta bəzi ərəb və islam ölkələrindəki erməni lobbiləri vasitəsilə müsəlman ölkələrinin dəstəyini almağa çalışıb və çalışır.

Müəllif erməni və kürd terrorçularının əməkdaşlığının hazırda da Suriyada davam etdiyini, ötən il “Suriya Demokratik Qüvvələri” adlı koalisiyanın tərkibində ermənilərin Nubar Ozonyan adlı qruplaşmasının yaradıldığını xatırladır. N.Ozanyan ASALA üzvü olub və yeri yaranan briqadanın əsas məqsədi kürdləri ermənilər tərəfindən işğal olunmuş Qarabağda təlim keçməyə göndərməkdən ibarətdir.

Həmçinin yazı müəllifi son 20 ildə Ermənistanın Yaxın Şərqin bir çox ölkələrində münaqişə bölgələrində əziyyət çəkən erməniləri və kürdləri əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə köçürdüyünü qeyd edir. Həmçinin avqustun əvvəlində Beyrut partlayışından dərhal sonra 800-ə qədər Livan ermənisinin Ermənistana köçürüldüyü ilə bağlı İrəvan rəsmilərinin açıqlamasını xatırladıb. Və əlavə edir ki, Livandan gətirilən ermənilərin arasında çoxlu sayda ASALA üzvü olduğu haqda informasiyalar var.
Yazıda həmçinin Ermənistanın kürdləri himayə etməsi ilə bağlı açıqlamalarının əsassız olduğu, 90-cı illərdə Azərbaycanla müharibə zamanı 5 mindən çox etnik kürdün öldürüldüyü və Ermənistandan deportasiya olunduğu xatırladılır və Kəlbəcərdə bir neçə, Laçında 12 kürd kəndinin dağıdıldığı, əhalisinin isə didərgin düşdüyü, Ermənistanda əhalinin 1 faizə qədərini etnik yezidilərin təşkil etdiyi xatırladılır.
Məqalədə deyilir ki, son illərdə güclənən Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara hazırlaşır və Türkiyə bu məsələdə Azərbaycana dəstək verir. Ermənistan isə Türkiyə amilindən istifadə edərək regiondakı anti-Türkiyə qüvvələrini öz tərəfinə cəlb etməyə çalışır. Bu məqsədlə də Ermənistanın İraqdakı səfiri kürd terror qrupları ilə əlaqə quraraq İraqdakı terrorçu kürdlərin Qarabağa köçürülməsini təşkil edir.
Müəllif qeyd edir ki, İraq vətəndaşlarının Azərbaycana qarşı Ermənistan tərəfdən müsəlman Azərbaycan xalqına qarşı istifadə olunması İraq xalqı və İraq-Azərbaycan dostluğu adına ləkədir.

İkincisi, İraq vətəndaşlarının beynəlxalq arenada muzdlu terrorçuların qanlı hərəkətlərindən əziyyət çəkən Azərbaycan mülki vətəndaşlarına qarşı mübarizəyə cəlb edilməsi İraqın xarici siyasətinin mövqeyini zəiflədə bilər.
Üçüncüsü, Azərbaycan İraqla tarixi, mədəni, dini və siyasi və iqtisadi əlaqələri olan bir ölkədir. Azərbaycan beynəlxalq forumlarda hər zaman İraqa dəstək olub. Hər il on minlərlə azərbaycanlı İraqdakı əksəriyyəti şiə olan müqəddəs ziyarətgahları ziyarət edir və Ərbəin yürüşlərində iştirak edirlər. İqtisadi cəhətdən güclü olan Azərbaycan İraqla və hətta Şimali İraqdakı Kürdüstan bölgəsi ilə əlamətdar ticarət əlaqələrə malikdir və İraq vətəndaşlarının Azərbaycana qarşı müharibədə iştirakı bu münasibətlərə ciddi ziyan vura bilər.
Nəhayət, Şimali İraqdakı Kürd administrasiyası rəhbərliyinin PKK-nın İraqdakı fəaliyyətini qınayıb. Bütün bunların fonunda İraq vətəndaşlarının xüsusən də kürdlərin kompakt yaşadığı Sincar bölgəsində yüzlərlə kürd gəncinin yoxa çıxaraq itkin düşməsi ilə bağlı rəsmi məlumatların yayılması ciddi siqnaldır. Artıq itkin düşən yezidi və kürd gənclərinin ailələri PKK-ya qarşı təhlükəsizlik və məhkəmə orqanlarına şikayət göndərirlər, çünki bu, Türkiyənin İraqa yenidən təzyiq göstərməsi və Ankaranın Şimali İraqdakı hərbi əməliyyatlarını davam etdirməyə təşviq etmək üçün bir bəhanə ola bilər.
Müəllif yazının sonunda hökumət orqanlarına müraciət edərək Ermənistan səfirinin İraqda diplomatik normalara zidd fəaliyyətinin araşdırılmasına və faktlar təsdiqlənərsə ciddi tədbirlər görülməsinə çağırış edir.
Müəllif qeyd edir ki, uzun illərdir terror və işğaldan əziyyət çəkən müsəlman, xristian, yezidilər və digər dini və etnik məzhəbləri olan İraq xalqı Azərbaycan xalqına qarşı təcavüzkar müharibəni dəstəkləyə bilməz. Əksinə, İraq Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməlidir. “Bu səbəbdən səlahiyyətli orqanların məsələni araşdırması və məsələ ilə bağlı açıqlamalar verməsi, İraq vətəndaşlarının və bu ölkədə fəaliyyət göstərən təşkilatların bu prosesdə iştirak edib etmədiklərini yoxlamaları və bu beynəlxalq hərbi ittifaqları ictimai ərazilərdə dayandırması lazımdır”.
Qeyd edək ki, məqalə alrased.news saytı ilə yanaşı? https://sindibadnews.com, https://ashourland.net/ internet portallarında dərc olunub.

Əvvəlki yazı

Rusiya azərbaycanlı və erməni səfirləri görüşdürür – Təcili

Sonrakı yazı

Tərtərin mərkəzi vuruldu: qadın həlak oldu

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.