26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sələmçilər borcalanları həbsə atdırır” – Tanınmış hüquqşünas mətbuata və ictimaiyyətə müraciət etdi

29 May 2018, 12:00
Cəmiyyət
A A
“Sələmçilər borcalanları həbsə atdırır” –  Tanınmış hüquqşünas mətbuata və ictimaiyyətə müraciət etdi

“Hazırda vəkil kimi cinayət işləri üzrə 2 vətəndaşı müdafiə edirəm. Maraqlı və cəmiyyətimiz üçün çox aktual problemlə bağlıdır – sələmçilik. Bu işlərin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olacaq. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər”.

Reportyor.info  xəbər verir ki, bu fikirləri hüquqşünas Əkərm Həsənov sosial şəbəkədəki hesabında yazıb. O, bildirib ki, burada məqsəd başqa borcalanlara dərs verməkdir. Ekspert daha sonra hər iki işlə bağlı qeydlərini paylaşıb: “İttiham aktları sadəcə biabırçılıqdır. Onları oxuyanda ölkəmizin hüquq sisteminin nə gündə olduğu aşkar olur.

Pirallahıda yaşayan Azərbaycan Beynəlxalq Bankının sabiq əməkdaşı Ələkbərov Nadir Kamal oğlu qardaşı Elşənlə birlikdə sələmçiliklə məşğul olaraq vətəndaşlara 3-5% aylıq dərəcə ilə borc verir. Belə borcalanlardan biri Rusiyada doğulmuş Azərbaycan vətəndaşı Panfilova Valeriya Viktorovnadır. Borcun əksəriyyətini qaytarsa da, Nadir Ələkbərov nəinki bunu danır, üstəlik Panfilovanı dələduzluqda ittiham edir. O, bir neçə şəxsin də eyni ittihamla Panfilovanın üzünə durmasına nail olub. Amma işdə heç bir əsaslı sübut yoxdur və mən bunu prosesdə sübut edəcəyəm”.

Ə.Həsənov bildirib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə yarım ildən çoxdur ki, baxılır. Müvəkkili Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə – külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. “Mən bu işə bir neçə gündür ki, qoşulmuşam. Növbəti iclas 30 may saat 10.00-da olacaq”.

Hüquqşünas daha sonra növbəti problemlə bağlı məlumat verir: “Məmmədov Ramiz Şahmurad oğlu Füzulidən olan Mahmudov Qədir Mahmud oğluna  aylıq 10%-lə borc verib. Borc ödənilsə də, Mahmudovun əlində sübut yoxdur. Buna görə də Məmmədov Mahmudovu məhkəməyə verib və işi udub. Lakin işsiz Mahmudov məhkəmə qətnaməsini yalnız qismən icra edə bilib. Buna baxmayaraq inzibati qaydada 10 günlük həbs edilib. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət də etmişəm. Avropa Məhkəməsi artıq mənim bu kimi şikayətlərim üzrə kommunikasiyaya başlayıb. Lakin indi Mahmudova qarşı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə cinayət işi də açılıb. Bu gün saat 10.00-da Xətai rayon məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə hazırlıq iclası olacaq. Növbəti iclasın vaxtı barədə əlavə məlumat verəcəyəm”.

Əkrəm Həsənov sonda hər iki işi hüquq sistemimizə, cəmiyyətimizə ləkə, rüsvayçılıq adlandırıb: “Buna görə də cəmiyyət olaraq fəal olmalıyıq. Əks halda, sabah hər kəsi belə absurd və sübutsuz ittihamlarla həbs etmək olacaq. Yalnız mətbuat deyil, hamı fəal olmalıdır, ictimai qınaq vacibdir. Xahiş edirəm, sözügedən sələmçilərin başqa qurbanları da varsa, mənimlə əlaqə saxlasınlar”-deyə hüquqşünas fikirlərini yekunlaşdırıb.

 

Əvvəlki yazı

Azərbaycanın “ən bədbəxt” qadınının keçmiş həyat yoldaşı ittihamlara cavab verdi – MÜSAHİBƏ

Sonrakı yazı

Fransanın məşhur jurnalı Ərdoğanı Hitlerə bənzətdi –Türkiyədən sərt reaksiya gəldi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.