07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bəzi adamların sosial media nə üçündür bilmədən…”

19 Sentyabr 2020, 10:24
Sosial
A A
Deputat: “Bəzi adamların sosial media nə üçündür bilmədən…”

Azərbaycanda ayrı-ayrı deputatlar sosial medianın fəaliyyətini buxovlamaq üçün elə absurd, ağılasığmaz ideyalar, təşəbbüslər irəli sürürlər ki, adam nəinki mat qalır, bunun hansı təfəkkürün məhsulu olduğunu aydınlaşdıra bilmirsən.

Onlardan kimisi facebook-a daxil olmaq üçün şəxsiyyət vəsiqəsindən istifadə etməyi tələb qoyur, kimisi bütövlükdə sosial medianı bağlamağa çağırır, bəziləri qanunvericiliyə dəyişiklik edərək şəbəkələrin fəaliyyətini tənzimləməyin tərəfdarıdır.

Kəsəsi, ifadə azadlığının ən əlverişli məkanı olan sosial şəbəkələri məhdudlaşdırmaq, ölkəni İran, Şimali Koreya, Türkmənistan yoluna dəvət etmək anormal yanaşmadan başqa heç bir əhəmiyyət kəsb etmir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının da fikrincə, maneələr artdıqca sosial medianın texnoloji imkanları da genişlənəcək. “Yeni Müsavat”a bu mövzuda danışan deputat hesab edir ki, külli halda məhdudlaşdırmalar ciddi nəticə verməyəcək.

S.Rüstəmxanlı çıxış yolunu cəmiyyətin mədəni səviyyəsinin yüksəlişində görür: “Sözün qədrini bilməklə, məsuliyyət hissini artırmaqla, qarşılıqlı hörmətlə, həmvətənlərinə qiymət verməklə bu işlər düzəlir. Nöqsanlar var, müxtəlif fikirdə olmaq mümkündür, amma narazılıq ədəb-ərkan daxilində ifadə olunmalıdır. Mübarizə aparmaq olar, ancaq əxlaqı pozan yox, normal mətnlərlə sosial şəbəkədə fikirlər deyilə bilər.

Bəzi adamların mətbuat, sosial media nə üçündür bilmədən əlinə telefon alıb ortalığa düşməsi, ağzına nə gəldi deməsi, qulaq şahidi olduğu sözlər əsasında nüfuzlu adamların cəmiyyətdəki mövqeyinə zərbə vurması sosial media azadlığı deyil”.

Deputatın sözlərinə görə, bu, sosial medianın qaragüruhudur: “Ona görə hətta demokratik ölkələrdə sosial şəbəkələrlə bağlı müəyyən nizam yaratmağa çalışırlar. Məsələn, Türkiyədə də qərar qəbul olundu.

Nə dərəcədə effektli olacağını bilmirəm. Bizdə də tətbiq edilsə necə olar, deyə bilmərəm. Lakin müəyyən sərhədlər qoyulmalıdır, ölçü-biçi yaradılmalıdır.

Sadəcə, bu işdən xəbərsiz, cahil məmurların öhdəsinə qoymaq olmaz. O zaman “qurunun oduna yaş da yanacaq”.

Yəni hansısa cəza tədbirləri, cərimələr mexanizmləri olmalıdır ki, hər kəs sözünün sərhədlərini bilsin”.

Əvvəlki yazı

Bu gün: 117 yoluxan, 135 sağalan, 1 ölü…

Sonrakı yazı

“Baku Steel Company” maaşları vermir

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.