23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Elman Nəsirov qeybət etməməlidir” – YAP-çı deputat

17 Sentyabr 2020, 15:55
Gündəm
A A
“Elman Nəsirov qeybət etməməlidir” – YAP-çı deputat

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərini sərt şəkildə ittiham edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Elman Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub:

“Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyasının deputat üzvlərindən birinin sürücüsü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.

Maraqlıdır, Elman Nəsirov Əfv Məsələləri Komissiyasının adını çəkmədiyi hansı keçmiş deputat üzvünü nəzərdə tutur? Çünki onların sayı 4 nəfərdi.

Belə ki, Prezident İlham Əliyevun sentyabrın 8-də imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının tərkibi dəyişib.

Həmin sərəncamla Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Əfv Komissiyasının sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bundan başqa, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı səfir Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova da yeni komissiyanın tərkibinə daxil edilməyiblər…

Əgər Elman Nəsirov “komissiyanın deputat üzvlərindən biri” deyirsə, onda söhbət ya Bəxtiyar Əliyevdən ya Səttar Möhbalıyevdən ya da Məlahət İbrahimqızıdan gedir. Amma bu, sabiq deputat Elmira Axundova da ola bilər.

Deputat Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında ittihama sərt şəkildə reaksiya verib:

“Həmkarım Elman Nəsirovun dediklərinin heç bir əsası yoxdur. Əgər səsləndirdiyinin  arqumenti varsa, onu ortaya qoymalıdır. O, millət vəkilidir. Bu cür məsələlər dedi-qodu, qeybət kimi deyilməməlidir. Əgər Elman Nəsirovda dəqiq fakt varsa, həmin deputatın adını çəkməlidir”.

Məlahət İbrahimqızı həmkarının  gündəmdə qalmaq üçün populist çıxışlar etməməli olduğunu xatırladıb:

“Əfv  Məsələləri Komissiyasının yüzlərlə üzvü yoxdur ki!. Maksimum 4-5 deputat üzvü var. Konkret olaraq deməlidir ki, “filankəsov filankəs Əfv Məsələləri Komissiyasının üzvü olanda, sürücüsü bu işlə məşğul olub” ya da sözünü geri götürməlidir.  Hesab edirəm ki, bu,  millət vəkilinə yaraşmaz. Biz  cəmiyyətdə nə dedi-qodu etməklə, nə  şou yaratmaqla, nə də populist fikirlərlə  məşğul olmalıyıq. Cəmiyyətin yadında belə fikirlərlə qalmamalıyıq”.

Deputat belə bir halın gerçək olmadığı təqdirdə təəssüfləndiyini də vurğulayıb:

“Hesab edirəm ki, bu cür məsuliyyətsiz fikir səsləndirmək millət vəkilinə yaraşmaz. Çünki Əfv Məsələləri Komissiyasınının üzvlüyünə  təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da, sözünü geri götürməlidir.

Əgər Elman Nəsirov həmkarları haqqında əsassız fikir səsləndirirsə, həqiqətən də bu, məndə acı təəssüf hissi doğurur”.

Əvvəlki yazı

DİM: “V qrupda bəzi imtahanlarda dəyişiklik edilib”

Sonrakı yazı

Qurban Məmmədov: “Həbs xəbərini özüm yaymışdım, üzr istəyirəm”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.