12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəbirə Məmmədova istintaqa cəlb olundu: “Binə”də nə baş verir?

17 Sentyabr 2020, 13:30
Cəmiyyət, Banner
A A
Kəbirə Məmmədova istintaqa cəlb olundu: “Binə”də nə baş verir?
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Binə” və “Sədərək” ticarət mərkəzlərinin adı çəkilir. Bu ticarət mərkəzlərində milyardlarla vəsait dövr edir.
İllərdir dövlət qurumları bu 2 ticarət mərkəzində real dövriyyənin müəyyən olunması üçün addımlar atırlar. 2019-cu ildə bu istiqamətdə görülən tədbirlər nəticəsində bəzi müsbət dəyişikliklər qeydə alınıb. Bilinib ki, illərlə ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb.
“Yeni Müsavat”a daxil olan məlumata görə hazırda “Binə” və “Sədərək”də total şəkildə yoxlama aparılır. “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın istintaq altında olduğu deyilir. Ticarət mərkəzlərinin hər birinin mühasibatlığında ciddi nöqsanların olduğu, vergidə dövlətə fırıldaq gəldikləri deyilir. Ötən il “Binə” Ticarət Mərkəzində çalışan sahibkar Sevindik Cəfərov mətbuata açıqlamasında vergidən yayınma sxemləri haqda olduqca ilginc açıqlamalar vermişdi. Demişdi ki, ticarət mərkəzində 2 mağazası var və hər bir mağazaya görə, 250 manat vergi ödəyir. Elektrik enerjisinə, kondisionerə görə ayrıca pul verir. Avtomobillə bazara gəlib-gedən sahibkarlar 50 qəpik pul ödəyir. Amma ödədikləri pullara görə qəbz ala bilmirlər.
Sahibkar bu qaydaların bazar rəhbərliyi tərəfindən qoyulduğunu və dəyişmək gücündə olmadıqlarını açıqlamışdı: “Müdirin ”pulyığan”ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın “pulyığan”ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil”.
Aydın məsələdir ki, ticarət mərkəzlərində xırda sahibkarların ödəmə etmədən fəaliyyət göstərməsi qeyri-mümkündür. Amma həmin pullar hara gedir sualı uzun illər idi ki, açıq idi.
2019-cu ilin mayında Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər – “Binə” və “Sədərək” ticarət mərkəzlərinin vergidən yayınmasının qarşısı demək olar ki, alınması haqda xəbərlər yayıldı. Həmin xəbərlərdə deyilirdi ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.
Həmin xəbərlərdə qeyd olunurdu ki, “Binə” və “Sədərək”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirmişdi ki, vergi orqanlarının apardığı təbliğat işləri, e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.
Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz ”karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.
Qeyd olunurdu ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.  Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların rəsmiləşməsi, vergiyə cəlb edilməsi mümkün olur”.
Bununla belə, iddialar var ki, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarlar 10 illərlə vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. 1 ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib. Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunub. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın və “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin özlərinin müəyyənləşdirdiyi “vergi qaydaları” əsasında aparılıb. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb. Burada bütün məsuliyyət birmənalı olaraq bazar rəhbərlərinin üzərinə düşür. Sahibkarlardan vergi şəklində toplanılan ümumi məbləğin dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması illərlə sual altında olub. Hazırda bu və digər məsələlərlə bağlı hər iki ticarət mərkəzində yoxlamalar davam edir.
Əvvəlki yazı

AAYDA üç sərhədlə yolu yaxşılaşdırır – Foto

Sonrakı yazı

Sabaha gözlənilən hava şəraiti açıqlandı

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.