05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr olub – XİN

27 May 2018, 12:49
Cəmiyyət
A A
Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr olub – XİN

XİN Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıb
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bəyanat yayıb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub.

Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr olub. İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq olub Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edilib. Humət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşıb və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan olub İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi olub.

Bəyanatda qeyd edilir ki, yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoyub. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışıb. Azərbaycan dili rəsmi dövlət dili elan edilib, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edilib. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası – Manat dövriyyəyə buraxılıb. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Diplomatik müstəvidə əsas irəliləyiş Əlimərdan Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edilib. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiqlilikləri ilə xarici nümayəndələri heyrətləndiriblər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olunub və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb. Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna doğru yönəlib. Azərbaycan diplomatiyası 1919-cu ildə ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla, 16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilib.

Ancaq 1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa edib. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə edib: “Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşımızı oyatmaqla, eləcə də müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 100 illik yubileyini fəxrlə və xüsusi bayram əhval- ruhiyyəsi ilə qeyd edir. Bu ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalaması göstərilənlərin canlı təzahürüdür. Bu gün müstəqil, suveren və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu və effektiv idarəçiliyi ilə əldə etdiyi sosial-iqtisadi və insan kapitalı inkişafı, nailiyyətləri və beynəlxalq münasibətlərdə rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını və məramlarını reallığa çevirir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər. Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”.

Əvvəlki yazı

Fransa xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Sonrakı yazı

Mədəniyyət xadimlərinə fəxri adlar verilib – Emin Ağalarov da “Xalq artisti” oldu

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.