14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Mehdiyevin fantastik biznes imperiyası çökdürülür? – Siyahı

15 Sentyabr 2020, 09:29
Gündəm, Manşet
A A
Mehdiyevin fantastik biznes imperiyası çökdürülür? – Siyahı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vəzifədən azad edildikdən sonra vaxtilə onun dəstəyi ilə müxtəlif postlar tutan şəxslər də görəvlərindən uzaqlaşdırılırlar.

Hakimiyyətin bütün pillələrində olan bu şəxslərin həm özləri, həm də onların himayədarları tutduqları vəzifələrdən külli miqdarda var-dövlət toplamaq üçün istifadə ediblər. Mətbuatda bu sərvətlər barədə materiallar müntəzəm olaraq yer alır.

Son vaxtlarsa bilavasitə sabiq PA rəhbərinin ailəsinə, yaxın adamlarına malik biznes və mülkiyyətə dair məlumatlar ölkə mediasında yayımlanır. Məlum olur ki, AMEA prezidentinin ailəsi Azərbaycanda külli miqdarda var-dövlətə sahiblənib. Onlar kənd təsərrüfatından tutmuş bank sektoru, tikinti, nəşr işi və mətbuata qədər əksər sahələrdə fəaliyyət göstərən şirkətlərə malikdirlər. Araşdırmaçı-jurnalist Hafiz Babalının sözlərinə görə, R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları var: “Üzüm bağları onun həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Bundan başqa, qızı Kamilə, oğlu Teymurun mülkiyyətində olan hektarlarla bağlar var. Mehdiyevlər ailəsinin üzvlərinin hamısı vəzifə sahibidir. Qalina Mehdiyeva Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiridir. Kamilə Əliyeva həmin universitetdə Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. General-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir. Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini olub”. H.Babalı bildirir ki, Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib: “Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var: yəni burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.

ramiz.JPG (43 KB)

Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, onun qızının isə 240 sot torpağı var”.

Jurnalistin sözlərinə görə, R.Mehdiyevin şəxsi nəzarətində olan media qurumları da var: “Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ”Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb. “Paritet” qəzeti 2012-ci il dekabrın 20-də fəaliyyətini dayandırıb. Həftədə 3 dəfə dərc olunan qəzetin redaksiyasının bağlanması isə üç il sonra baş tutub.

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət “Medya FM” radiosunun sahibidir.

Məşhurların övladları: Ramiz Mehdiyevin professor qızı - FOTO - modern.az

Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin – “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır. “Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb.

Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. “Ailə NET” internet xidmətindən Bakı şəhəri ilə yanaşı, Xırdalan və Gəncə şəhərlərinin sakinləri də istifadə edir. “Caspian Telekom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.

Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi hazırda “German Hospital” adı altında fəaliyyət göstərir.

ramiz 1.JPG (59 KB)

“Gandezza” ticarət mərkəzi Bakıda, Torqovi adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var”.

Araşdırmaçı qeyd edir ki, R.Mehdiyev ailəsinin biznesini idarə edən Fikrət Əliyevi Elmlər Akademiyasında işə qəbul edib: “Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur. Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin (fəaliyyəti 2010-cu ildə dayandırılıb – red.) rəhbərliyində təmsil olunurdu”.

Qeyd olunanlardan əlavə, Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75 faizinin sahibidir: “Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank ”BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətə çevrilən “Şərq-Qərb” nəşriyyatı da Ramiz Mehdiyevin nəzarətinə keçib. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində  dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.

Şərq-Qərb ASC - Neharada.az

“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var”.

Ölkə mediasının yazdığına görə, R.Mehdiyevin Bakı yaxınlığında yerləşən və Azərbaycanın iki ən böyük ticarət mərkəzləri olan “Sədərək” və “Binə”də də şərikliyi var. Xatırladaq ki, “Sədərək”in sahibi olan Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Y.Qədimovun “sahibkarlıq” fəaliyyəti yalnız “Sədərək”lə bitməyib. O, Şimal bölgəsində fermerlərə məxsus yüzlərlə hektar otlaq sahəsini qanunsuz zəbt edərək turizm obyektləri tikdirirdi. Fermerlərin ölkə rəhbərliyinə ünvanlanan etirazların isə V.Qədimovun sayəsində ünvana çatmasına imkan verilmirdi.

Binə” və “Sədərək”də ticarət niyə “ölür”... - SƏBƏBLƏR - modern.az

“Binə” və “Sədərək” yalnız Azərbaycanın deyil, regionun ən böyük topdansatış mərkəzləridir. Minlərlə sahibkarın fəaliyyət göstərdiyi bu mərkəzlərin sabiq məmurun nəzarətindən çıxarılması prosesinin başlayacağı gözlənilən idi. Digər biznes sahələrində də analoji prosesin gedəcəyi hamıya məlumdur. Bu şəraitdə, iqtisadi imkanları məhdudlaşdırılan sabiq PA rəhbəri hansısa cavab addımları ata, ayrı-ayrı sahələrdə təxribatlar törədə bilərmi?

H.Babalı hesab edir ki, siyasi hakimiyyətdən uzaqlaşdırılan Ramiz Mehdiyevin maddi resursları onun potensial iqtisadi sabotaj imkanlarını sıfıra endirib: “Düzdür, ona sədaqətli sayıla biləcək güclər hakimiyyət qollarında təmsil olunur. Amma akademikin publik açıqlamalarının teksturasının təhlili bunu deməyə əsas verir ki, o və ”ordusu” dərin müdafiəyə çəkilib. Müəyyən təhdid təsiri bağışlayan publik fikirlər də özünüqoruma instinktinin simptomatik təzahürüdür. Düzdur, R.Mehdiyev və ətrafı iqtisadi-maliyyə imkanlarına görə Fazil Məmmədov, yaxud Ziya Məmmədov çəkisində deyil. Onlar “qazandan” daha böyük pay əldə etmişdilər və vəzifədən getdikdən sonra sərvətin bir hissəsini müəyyən yollarla qaytarmalı oldular. Amma onlar da daxil olmaqla, bütün siyasi olimpdən kənarlaşdırılan tərəflər ən azı pozulmuş reputasiyasına görə rejim üçün təhlükəsizdirlər. Ramiz Mehdiyevin siyasi müxalifəti “qidalandırması” barədə yayılan məlumatlar isə onu isterikaya salmağa hesablanmış dezinformasiyadan başqa bir şey deyil. Nəhayət, Mehdiyevin rejimə qarşı hər hansı formada savaşa başlaması perspektivi onun suisidinə bərabərdir. Akademikin siyasi şahmatda usta olduğu hər kəsə məlumdur və bu aşkar səhv gedişi etməz”.

Əvvəlki yazı

Professor: “Sərt karantin qayıda bilər”

Sonrakı yazı

İlham Əliyev: “Postpandemiya dövrünə hazırlaşırıq”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.