İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri vəzifəsinə təyinat olub.
Reportyor.info Report-a istinadən xəbər verir ki, bu vəzifə Günel Bəhramqızıya həvalə edilib.
O, indiyə qədər nazirlik yanında Dövlət Vergi Xidmətində çalışıb, “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “İqtisadi zona” verilişinin aparıcısı olub.