22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Məmurların ehtiyatsız çıxışları iqtidarın ayağına yazılır” – Deputat

05 Sentyabr 2020, 12:06
Siyasət
A A
“Məmurların ehtiyatsız çıxışları iqtidarın ayağına yazılır” – Deputat

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin ehtiyatsız çıxışı xalqla iqtidarı üz-üzə qoyub.

Ana Vətən Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının fikrincə, ayrı-ayrı məmurların xətalarının, nöqsanlarının hakimiyyətin ayağına yazılması düzgün yanaşma deyil. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, hər məmur davranışına, çıxışına görə özü məsuliyyət daşıyır, cavabdehdir.

“Ranqından asılı olmayaraq məmurlar birdəfəlik anlamalıdırlar ki, onların çıxışları cəmiyyət tərəfindən diqqətlə izlənilir, yol vermiş olduqları xətalar özlərindən daha çox iqtidarın üzərinə yönəlir. Hər bir səlahiyyət sahibi məsuliyyətli davranmalıdır, sözünü ölçüb-biçib işlətməlidir ki, bu hallar təkrarlanmasın, onların səhvlərinə görə hakimiyyət günahkar çıxarılmasın”, – deyə F.Ağamalı vurğuladı.

Deputat hesab edir ki, BNA-nın şöbə müdirinin məsuliyyətsiz çıxışı haqlı olaraq sosial şəbəkələrdə narazılıq doğurub: “Bu gün Bakıda fərqli bir taksi xidməti özünü göstərməkdədir. Ayrı-ayrı taksi xidmətləri yaranıb, telefonla sifariş qəbul edirlər. Mən özüm də zaman-zaman həmin taksi xidmətlərindən istifadə etmişəm. Sözsüz ki, MMC-lər tərəfindən cəlb olan avtomobillərin arasında komfortsuz, səliqəsizləri az deyil. Bəzi taksi sürücüləri maşında siqaret çəkir, qeyri-etik davranışlara yol verir. Belə hallar mövcuddur. Amma düşünürəm ki, bunlar keçicidir. Şirkətlər işə götürəndə avtomobillərin texniki göstəriciləri ilə yanaşı sürücülərin səviyyəsini də nəzərə almalıdırlar”.

Komitə üzvü düşünür ki, BNA əməkdaşının məsuliyyətsiz çıxışına görə yaranmış xoşagəlməz müzakirələrdən sonra izahat verdi, səhvi düzəltdi: “Qurum açıqlama verdi ki, şöbə müdirinin dedikləri onun şəxsi fikridir, hətta mətbuatdan oxuduğuma görə, Hikmət Babayev inzibati cəhətdən cəzalandırılıb. Onun ”taksiyə imkanlı adamlar minməlidir” ifadəsi yanlış, yerində olmayan sözdür, insanları aşağılamaqdır. Adam var ki, tələsir və taksiyə ehtiyacı var, bu zaman maddi imkanına baxmır. Bu yanaşma normal düşüncə deyil, belə insanlar o xidmətlərdə çalışmamalıdır”.

Deputatın fikrincə, bu gün taksilərdə qiymətlər əlçatandır: “Ümidvaram ki, taksilərin həm texniki, həm sürücülərin səviyyəsi yüksək olsun. Eyni zamanda, karantin dövründə qaydalara riayət etməlidirlər, maska taxılmalı, avtomobildə dezinfeksiyaedici məhlul qoyulmalı, salonda siqaret çəkilməsinə qadağa tətbiq edilməli, hətta şirkətlər tərəfindən kamera quraşdırılmalıdır ki, öz sürücülərinin davranışları izlənilsin. Yəni indiki yanaşma ilə taksi xidmətinin keyfiyyəti yüksəlməlidir. Qiymətlər isə yaxşıdır. Üstəlik, şirkətə zəng edən müştəriyə məbləğ deyilir, əgər razılaşsa təsdiqlənir. Məsələn, şəhərin içindən Novxanıya gedirsən, ənənəvi taksilər 12-15 manata aparır, şirkətə zəng edəndə isə 7-8 manat olur. Ona görə qiymətlərdə əlçatanlıq inkişaf etməlidir”.

 

Əvvəlki yazı

İlham Əliyev İlqar Məmmədovu təbrik etdi

Sonrakı yazı

“Abu İbrahim Dağıstani”yə 19 il həbs verildi

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.