23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əliyev Putinlə niyə açıq danışdı? – Pərdəarxası…

02 Sentyabr 2020, 10:21
Siyasət, Manşet
A A
Əliyev Putinlə niyə açıq danışdı? – Pərdəarxası…

Azərbaycan – Rusiya münasibətləri tarixinin ən gərgin dövrünü  yaşamaqdadır. Bu dəfə bir ilkə imza atıldığını və istisnanı gözdən qaçırmaq da olmaz – Bakı Moskva ilə ənənəvi üslubda danışmır.

Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana gəlişi, Ermənistana daşınan silah-sursatla bağlı manipulyasiya xarakterli açıqlaması təsadüf sayıla bilməz.

Kreml indi daha ehtiyatlı leksikona üstünlük verir. Çünki həm Azərbaycanı  özündən tamamilə izolyasiya etmək istəmir, həm də görünən aysberqə rast gəlib.

Anaxeber.info-nun Analitik Şöbəsi Sergey Şoyqunun səfəri, ardınca Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya gedişini təhlil edərək yazır ki, Putin administrasiyası Bakı ilə danışıqlarda korrekt, incə hərəkət edir. Çünki Kreml Cənubi Qafqazda aysberqə – Türkiyəyə rast gəlib.

Azərbaycanın son 20-25 ilində Rusiyanın birinci şəxsinə zəng edilərək narazılıq bildirilməyib, hesabat istənməyib.
Ona qədər isə Tovuz döyüşləri ərəfəsində Ermənistana silah ötürən daha bir ölkə – Balkanlarda rus siyasəti yürüdən, medalın o biri üzü olan Serbiya rəsmi Bakıya izahat verməli oldu.

Hətta Serbiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gələrək Belqradın addımına şərh verməli oldu.
Azərbaycan xarici siyasətində hər zaman balans yürütməyə üstünlük verib, Rusiya ilə əlaqələr isə əlahiddə status daşıyıb, həssaslığa, diqqətcilliyə əhəmiyyət verilib.

Bəs, rəsmi Bakını bu dəfə gücləndirən, cəsarətləndirən faktor hansıdır? Hakimiyyət həm Rusiya, həm Serbiya ilə nə üçün açıq şəkildə danışır? Şübhəsiz ki, bu xüsusatda da Türkiyə amilini nəzərə almaq lazımdır. İstər Putinə zəng, istər Şoyqunun Bakıdakı açıqlaması göstərir ki, Moskva əslində kiminlə soyuq müharibə apardığını qəbul etməkdədir.

Rusiya anlayır ki, Ankara Suriya və Liviyadan sonra Cənubi Qafqazda strateji mübarizəyə girişib.
Aralıq dənizi sahillərində hegemonluğu qismən ələ alan, Liviyada Rusiyaya ağır zərbə endirən Türkiyə növbəti strateji savaşını Cənubi Qafqaza daşıyıb.

Moskva isə həm Azərbaycan, həm Belarusla bağlı strateji yanlışlığa yol vermək istəmir. Əgər Minsk itirilsə, ikinci Ukrayna təkrarlanmış olacaq və Qərb Moskvanın qulağının dibindəki daha bir ölkəni onun orbitindən çıxaracaq.
Eynilə də Azərbaycanla çilingağac oynamaq vaxtı deyil, bununla Türkiyənin regiondakı mövqeləri daha da möhkəmlənəcək.

Çox maraqlıdır ki, Kreml Azərbaycan-Türkiyə hərbi təlimlərinə, 11 min türk hərbçinin ölkəmizə gəlişinə müşahidəçi statusunda qalmaqdadır.  Putin hakimiyyəti tərəfindən təlimlərlə bağlı hər hansı rəsmi münasibət bildirilməyib. Üstəlik, təlimlər yekunlaşsa da, türk hərbçilərin ölkəmizi tərk etmələri haqda heç bir informasiya verilmir.

Bu, çox geniş missiyanın və Türkiyənin Qafqazdakı strategiyasının təməlinin qoyulmasıdır. Görünür ki, NATO Türkiyənin vasitəsi ilə Azərbaycanda hərbi bazanın qurulmasını, Moskvanın dişini sındırmağı arzulayır.
Belə bir addım Azərbaycanın da əlini gücləndirmiş, xarici siyasətini qüvvətləndirmiş olacaq.

Ona görə də rəsmi Bakının Kremllə ilk dəfə fərqli üsulda danışması həm də Ankaraya olan arxayınlığın göstəricisidir.  Əslində illərlə qardaş və dost Türkiyənin hərbi bazasının burada yerləşməsi arzulanıb, konfederasiya yaradılması təklif edilib, amma Rusiyanın təzyiqi səbəbindən mümkünsüzləşib.

Həmçinin, Azərbaycan iqtidarının içindəki ruspərəst “5-ci kolon”un təsirləri, Türkiyənin də ürəklə yaxınlaşmağa cəhd etməməsi prosesi uzun müddət gecikdirib.

İndisə tarixi fürsət yaranıb, Ərdoğan-Əliyev əlaqələri ən yüksək səviyyədədir, tarixdə heç vaxt olmadığı qədər Azərbaycan-Türkiyə yaxınlaşması var, Ankara strateji mübarizəsinin coğrafiyasını genişləndirir və Cənubi Qafqazya qədər irəliləyə bilib, o zaman gözləmək, tərəddüd etmək vaxtı deyil, soyuq başla, siyasi iradə nümayiş etdirməklə buna getmək lazımdır – hərbi bazanın Naxçıvan, Bakı və Abşeronda qurulması…

Bu, aramızdakı anti-Rusiya ritorikası güclü olan, NATO üzvlüyü üçün dəridən-qabıqdan çıxan Gürcüstana da sərfəlidir.  Təhlilçilərin fikrincə, son hərbi təlimlərdən sonra türk ordu qüvvələrinin Azərbaycan ərazilərində yerləşməsi, baza yaradılması son dərəcəd realdır.

Və Putin hakimiyyəti heç bir halda etirazını bildirməyəcək. Çünki Rusiyanın da Ermənistanda hərbi bazası yerləşir, düşmən ölkəni pulsuz silahla təmin edir və buna görə heç kimə hesabat vermir. Növbə bizimdir…

Əvvəlki yazı

Mehdiyevdən Həsənova: “Xislətini gizlədə bilmişdi”

Sonrakı yazı

“BNA-nın bu konspesiyası quldurluqdur” – Ekspert

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.