14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İqbal Ağazadə: “Ramiz Mehdiyev nə edirsin etsin, xeyri olmayacaq”

31 Avqust 2020, 12:21
Siyasət
A A
İqbal Ağazadə: “Ramiz Mehdiyev nə edirsin etsin, xeyri olmayacaq”
“Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmayacaq, torpaqlarımız işğaldan azad etməliyik”

Ümid Partiyasının sədri İqbal Ağazadə gündəmin əsas mövzuları ilə bağlı ANXEBER.info-nun suallarını cavablandırır.

-İqbal bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Qarabağa səfər edib. Bu arada məlumatlar yayılıb ki, Qarabağda döyüşmək üçün Ermənistanda könüllü dəstələr yaradılır. Sizcə, nə baş verir? 

– Ümumiyyətlə, biz bu məsələyə ciddi yanaşmalıyıq. Mən Şuşanın 250 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezidentə müraciət etmişdim. Müraciətim araşdırılması üçün Milli Elmlər Akademiyasına göndərilmişdi. Oradan isə cavab gəlid ki, biz bununla bağlı konfrans keçirəcəyik. Bərbad yanaşmadır. Şuşanın əsasını Qarabağ xanı Pənahəli xan qoyub. Adı da əvvəllər Şuşa olmayıb. Amma biz hələ də dünyanı inandıra bilməmişik ki, Şuşa Azərbaycanındır.
Gələn il ermənilər Şuşanı paytaxt elan edəcəklər. Biz bunu əngəlləyə bilmirik. Livandan erməni ailələri Qarabağa köçürülür. Yeri gəlmişkəm, Paşinyanın səfərinin kökündə də bu məsələ dayanır. Mən bilmirəm ora nə qədər erməni ailəsi köçürüləcək. Amma istənilən halda biz torpaqlarımız işğaldan azad etməliyik. Bəzən formul axtarırlar. Sən öz torpaqlarını işğaldan azad etsən dünyanın heç bir ölkəsi deyə bilməyəck ki, niyə belə edirsən. Çünki onlar bu ərazilərin Azərbaycana məxsus olduğunu sənədlərlə təsdiq ediblər. Hə, onlar deyirlər ki, sülh yolu ilə həll et. Sən də görürsən ki, sülh yolu ilə həll olunmur və olmayacaq. Bunu hər kəs bilməlidir. Sən torpaqlarını azad etməlisən! Qarabağ məsələsi təkcə torpaq itkisi deyil. Torpaqlarımızın işğal altında olması bütün sahələrə öz təısirini. Götürək elə iqtisadiyyatı. Gədəbəy, Tovuz, Ağstafa, Goranboy, Göygöl, Daşkəsən, Tərtər, Bərdə, Ağcəbədi, Beyləqan, Füzuli və Ağdam rayonları riskli ərazilərdir. Ora investiya qoymaq mümkün deyil ki, çünki müharibə təhlükəsi var. Beləliklə, Azərbaycanın 12 rayonu iflic vəziyyətdədir. Digər tərəfdən, işğal olunmuş ərazilərimiz münbit torpaqlardır ki, bu kənd təsəsrrüfatı sahəsinə ciddi zərbədir. Ölkənin yükünü işğal olunmamış ərazilərin üzərinə yıxmaq və qeyri-bərabər bölgü həyata keçirmək doğru deyil. Ona görə də mütləq Qarabağ azad olunmalıdır. Bu təkcə torpaq məsələsi deyil. Dövlət başa düşməlidir ki, münaqişənin uzanması ona nələrə başa gəlir.
Torpaqların işğalda olması gələck hakimiyyətlərin, gələck nəsillərin də işini çətinləşdirir. Heç olmasa işimizi çətinləşdirməsinlər.

-Paşinyanın Qarabağa səfəri zamanı belə bir məlumat yayıldı ki, jurnalist ona helikopterinin vurula biləcəyi barədə sual verib. Paşinyan isə bu suala cavab olaraq Azərbaycanı tərəfində belə bir cəsarətin olmadığını bildirib. Sizcə, bu onun növbəti avantürist fikridir, yoxsa Ermənistan ordusuna inanaraq belə cəzarətli danışıb? 

-Bilirsiniz, hakimiyyət uzun müddətdir sülh siyasəti yürüdür. Manipulyasiya edir, yoxsa buna inanır, bu ayrı mövzudur. Hər halda torpaqların sülh yolu ilə alınmasına çalışmış kimi görünür. Amma ortada nəticə yoxdursa, o zaman Paşinyan haqlı çıxır. Bizim cəsarətimiz olsa uzun illər torpaqlarımız işğalda qalarmı? Ona görə də Paşinyan nə desə haqqı var. Boynumuz qıldan incədir. Torpaqlarımız azad etsək, o zaman əlbəttə ki, Paşinyan da belə danışa bilməz.

-Gündəmi məşğul edən məsələrdən biri də Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqaldır. Hökumət düşərgəsi məsələyə karantin qaydalarının pozulması kontekstində yanaşır, amma ictimaiyyət hesab edir ki, baş verənlər iqtidardaxili ziddiyyətlərdir… 

– Ramiz Mehdiyevin dövlət, cəmiyyət, demokratik proseslər üçün nə dünənki addımlarının xeyri olub, nə də sabah atacaq addımları bir xeyir verəcək. Nə edirsin etsin, xeyri olmayacaq.

İstəyir müxalifətə keçsin, istəyir xalqı təşkilatlandırsın. Adam 30 il hakimiyyətdə olub bu ölkəyə nə verdi ki, müxalifətdə olub nə versin. Ona görə də mən bu mövzulara yer ayırmıram. Öz daxili işləridir, özləri çözsünlər.

Hesab edirəm ki, bu məsələdən şou düzəldib gündəmi zəbt etmək cəmiyyətin ziyanınadır. Ziyan odur ki, biz cəmiyyət, müxalifət sakit tamaşıçıya çevrilib. Bu gün Azərbaycan dövlət olaraq təhlükədədir, amma baxın, müxalifət nəyi müzakirə edir.

Hakimiyyətdə kimi “vurdular”, kimi işdən çıxardılar və ya çıxaracaqlar. Müxalifətin işi bu deyil axı. Müxalifətin vəzifəsi ictimai nəzarəti həyata keçirmək, cəmiyyəti toparlamaq və ən azı növbəti mərhələdə qalib gəlməkdir.  Biz Ümid Partiyası olaraq buna köklənmişik, siyasətimizi buna uyğun qurmuşuq.

-Bəz mülahizələrə görə, əslində baş verənlər Rusiyaya yaxın kadrların təmizlənmə

si prosesidir…
-Bilirsiniz, Rusiya Azərbaycanı hər zaman təhdid edib. Azərbaycan hakimiyyətinin daxilində də rusyönümlülər həmişə olub. Yəni dünən də var idi, bu gün də var. Köhnə komandada var idi, yeni komandada var. Mən hesab edirəm ki, ölkənin bu vəziyyətə düşməsində əsas amil sistemin doğru olmamasıdır. Ona görə də biz konkret olaraq fərdlərə üzərində dayanmırıq. Biz hesab edirik ki, hakimiyyətin idarəetmə sistemi, yanaşma fəlsəfəsi doğru deyil.

-Hakimiyyət islahatlara başladığını bəyan edib və bir sıra məmurlar görəvindən alınıb, eyni zamanda korrupsiyaya qarşı mübarizə çərçivəsində yüksək vəzifəli şəxslər həbs edilib. Sizcə, bu addımlar nəhayətdə idaretmə sisteminin də dəyişməsinə gətirib çıxaracaqmı?

-Kadr dəyişikliklərdən başlayaq. Azərbaycanda hansı nazirliyin rəhbərliyi dəyişməyib ki? Hər bir nazirlik ən azı 2, ən çoxu 3-4 dəfə kadr dəyişikliyinə məruz qalıb, nazirlər əvəzlənib və s. Amma mahiyyət dəyişməyib. İdarəetmədə hər hansı dəyişiklik baş verməyib. Ölkənin problemlərin həll olunmamış qalıb. Tolstoyun məşhur bir sözü var: Yarımçıq hamilə olmaq olmaz. Yaxud deyir ki, bakirəliyi pozmadan hamilə qalmaq olmaz.
Sən seçkini saxtalaşdıracaqsansa, saxta parlament yaradacaqsansa, digər sahələrdə heç nə edə bilməyəcəksən. Çünki bu mümkün deyil. Sən rüşvət və korrupsiyanın kökünü kəsmək istəyirsənsə, o zaman dairə və məntəqə seçki komissiyalarından başla. Sən xalqın səsini oğurlayacaqsansa bundan sonra onun pulunun oğurlanıb-oğurlanmamasının əhəmiyyəti olmayacaq. Sən ən yaxşısı onun səsini oğrulama. O pulunu oğurlayanları yerində oturdacaq. Ona görə də deyirəm ki, sistem dəyişməsə problemlər həll olunmur. Sən müxalifətçini şərləyərək həbs elə amma əvəzində hansısa məhkəmə çəkişməsində bir doğru qərar çıxar. Bu heç nəyi dəyişmir və dəyişməyəcək. Deməli, sənin sisteminə, idarəetmə fəlsəfənə qarşı çıxan adamlar qanunsuz mühakimə olunacaqlar. Ona görə də sistem bütövlükdə dəyişməlidir.

-Hakimiyyətin nəhayətdə bu addımı atacağını gözləmək olarmı?

-2020-ci ilin 9 fevralında keçirdikləri seçki kadrları dəyişməsini heçə endirir. Hətta yeni parlamentdə oturan yeni simalar belə cəmiyyətə heç bir töhfə verə bilməzlər. Axı onlar da bilir ki, xalqın səsi ilə orada oturmayıblar. Onlar da bilir ki, o seçici, o vətəndaş onlara səs verməyib. Onları ora təyin ediblər. İstəyir həmin adam intellektual olsun, lap Harvard Universitini bitirsin. Bu heç nəyi dəyişmir. Ən böyük insani keyfiyyətlərdən biri və birincisi ədalətdir. Adamlar özlərinə münasibətdə ədaləti pozurlar və beləliklə, ədalətsizliyi qəbul edirlər. Ədalətsizliyi qəbul edirsənsə, o zaman sənin cəmiyyətə verə biləcəyin heç bir fayda yoxdur. Sən heç nə edə bilməzsən. Son anda necə gəlmisənsə, o cür də hərəkət etməyə məcbur olursan. Səni xalq seçməyibsə, səni ora təyin edənlərin sözünü demiş olacaqsan. Səni xalq seçmiş olsaydı, xalqın sözünü deyərdin. Buna görə parlamentdə, məmurlar arasında xalqın sözünü deyən yoxdur.
Yalan statistikalarla ölkəni idarə etmək olmaz. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi adlı bir təşkilat deyir ki, əhalinin 79 faizi ona tətbiq olunan cərimələrin artırılmasını istəyir. Bu qədər absurd olmaz. Bu nonsendir. Hətta sən 1000   respodent arasınnda sorğu keçirmisənsə və onların 790 nəfəri belə deyibsə, sən araşdır gör o insanın haqqını harada pozmusan ki, o, öz gerçək mövqeyini ifadə edə bilmir.
Bütün bunlar kadr dəyişikliyi ilə həll olunan məsələlər deyil. Sistem dəyişikliyi olmalıdır. Lakin hakimiyyət bunu edə bilmir, yaxud etmək istəmir.

-Koronavirus pandemiyası ilə bağlı xüsusi karanatin rejimi daha bir ay uzadıldı. Sosial şəbəkələrdə bu addım siyasi məqsədlərlə izah edilir. Sizin bununla bağlı fikirləriniz bilmək maraqlı olardı.

-Mən bunu panik vəziyyətlə izah edirəm. Çünki bu gün Azərbaycanda səhiyyə sistemi acınacaqlı durumdadır. Dərman çatışmazlığı var, xəstəxanaların sayı o qədər də çox deyil. Yəni, yoluxma kütləvi xarakter alacağı təqdirdə Azərbaycanın səhiyyə sistemi heç nə edə bilməyəcək. Xəstəxanaların sayı cavab vermir. Dərman çatışmazlığı var və s. Həkim personalının sayı azdır. Xüsusilə Azərbaycanda infeksionistlər, virosoloqlar çox azdır. Bu məsələlərdə çatlşmazlıq olduğundan hakimiyyət karantin rejimini uzatmaqla vəziyyətdən çıxmağa çalışır.

Əvvəlki yazı

Ramiz Mehdiyev 2.5 milyonluq villasını satır

Sonrakı yazı

DYP həftəsonu kimləri ezamiyə ilə rayonlara buraxmır? – Şərh, aydınlıq…

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.