07-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aslan İsmayılovun Ramiz Mehdiyevə yaltaq məktubları – Sensasiya

26 Avqust 2020, 19:21
Gündəm, Manşet
A A
Aslan İsmayılovun Ramiz Mehdiyevə yaltaq məktubları – Sensasiya

Aslan İsmayılovun Ramiz Mehdiyevə yazdığı məktublar, bağışladığı kitablara qoyduğu dərkənarlar əlimizdə! Bir adam mənsəb üçün nə dərəcədə yaltaqlıq edərmiş, ilahi! İndi də ağasını sadiq yaratıq kimi müdafiə edir!

Məsələn:

«Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyevə, həqiqi hüquqi dövlət quruculuğu arzuları ilə vəkil Aslan İsmayılovdan». (Mehdiyevə bağışladığı “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabına yazdığı dərkənar)
Siz Allah, Ramiz Mehdiyev həqiqi filosofdur? Yəqin ki, Aslan bu bir cümləni necə yazmaq, hansı ifadəni necə və nə üçün işlətmək üzərində çox düşünüb və hər birinin də mənası, özü də siyasi mənası var.

“Həqiqi filosof”, yəni Platon, Aristotel, Sokrat, Konfutsi, Mövlanə, Heydər Hüseyinov və nəhayət, Ramiz Mehdiyev onların sırasında. “Dövlət quruculuğunu hamıdan yaxşı” bilir? Bir daha düşün: hamıdan? Ay Aslan, bu nə düşüklük, bu nə yaltaqlıq, bu nə fantaziya?

****

Aslan İsmayılovun 2014-cü ildə Ramiz Ənvəroviçə yazdığı məktub isə oxuyan hər kəsi iyrəndirir. Sitatlara başlayaq: “Sizin fəaliyyətiniz mənim üçün çox maraqlı olub. Sizin hələ gənc yaşlarınızdan Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyərkən keçirilən şahmat birinciliyində rəqibinizin olmadığından, qələbələrin çox asan başa gəldiyindən turniri başa çatdırmadan tərk etməyinizi də eşitmişəm. Sizin qloballaşan dünya, yeni texnologiyalarla, KİV-lərlə bağlı yazılarınızdan, yaşıdlarınızdan fərqli olaraq, daim mütaliə etdiyinizi, dünyada gedən prosesləri mütəmadi və diqqətlə izlədiyinizi görməmək mümkün deyil”…
Yalançının başına bir qara daş düşsün! Bu qədər də olmaz axı!

**

İndi bir buna baxın: Aslan yazır: “Ramiz müəllim, Sizin bütün yazılarınızı həmişə çox maraqla oxumuşam. Ancaq təxminən son 5 ildəki çıxışlarınız, yazılarınız məni az-çox həyat təcrübəsi olan, ölkədə baş verən ictimai siyasi proseslərlə yaxından maraqlanan bir vətəndaşı çaş-baş salıb. Xüsusilə, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışınız və bununla əlaqəli olan, şübhəsiz ki, Sizin də xəbərdar olduğunuz, Azərbaycan qəzetinin 30 oktyabr 2014-cü il sayında müxbir İxtiyar Hüseynlinin imzası ilə dərc olunmuş “Mənəviyyat manifesti” məqaləsi beynimi tamam qarışdırdı.

Sizin çıxışınız və məqalə çoxlu sayda sosioloji sorğu və statistik məlumatlarla zəngin olduğundan elmi, praktiki nöqteyi nəzərindən çox dəyərlidir. Sizin çıxışınız həqiqətən İxtiyar Hüseynli yazdığı kimi mənəviyyat manifestidir və tarixdə qalacaq. Bu tipli yazıları daim izləyən biri kimi deyirəm ki, bu günə qədər heç bir müxalifət, vətəndaş cəmiyyətinin nümayəndəsindən ölkədəki acınacaqlı vəziyyəti bu cür açıq təsvir edən ikinci yazı oxumamışam”.

Buyurun, gizli yox, açıq yaltaqlıq nümunəsini, aslan yox, tülkü taktikasını özünüz dəyərləndirin. Bu, həmin Aslan İsmayılovdur! Və hər zaman belə olub! Bizim arxivlərdə eşələnən, şüşə binada yaşayıb, üstümüzə daş atan Aslan. Onun “arxivini” azcana qurdalayanda, bütün zibilləri ortaya çıxır! Üzdə bir cür, özəl məktublarında başqa cür olan Aslan İsmayılov!

****

Ramiz Mehdiyevə facebook-da ilk müraciət edən şəxs Aslan İsmayılov ...

Aslan İsmayılovun Ramiz Ənvəroviçə 2014-cü ildə yazdığı məktubdan daha bir sitat: “Ramiz müəllim, Siz həqiqətən elm sahəsində çalışmış, həqiqi alimsiniz və elmin millətin, dövlətin inkişafındakı rolunu məni kimilərdən qat-qat yaxşı bilirsiniz”…

Hansı insan özünü bu qədər alçaldar? Görün bu Aslan Ramiz Dayısının harasına qədər əyilir! Ən əsası da, onun yazdıqları düzdürmü?
Daha sonra isə məqsədini açır və bunca rəzilliyin, yaltaqlığının səbəbini açıqlayır:

“Özümlə bağlı bildirirəm. Mən dövlətimin yanındayam və ölənə qədər də olacam. Sizin yazılarınızın yanında olduğum kimi hakimiyyətin də yanında, ölkəm üçün faydalı olmaq istəyirəm”.

Bu da belə oldumu? Aslan Ramiz müəllimə yaltaqlanıb, vəzifə istəyirmiş!

*****

Məktubun növbəti qismində isə o, müxalifətə qarşı işverənliyə keçir: “Ramiz müəllim, mən də Sizin kimi bu günki müxalifətdən çox narazıyam və hesab edirəm ki, bu günki durumumuzda onların da xüsusi əməyi var”.

Di, ha!!! Gö…zə girənlik bu olsa, gərək! Aslan İsmayılov indi sosial şəbəkə vasitəsi ilə özündən qəhrəman düzəldir. Lakin bu qəhrəmanın “yırtığı” var və bütün havası yavaş -yavaş çıxır.

****
Aslan İsmayılovdan daha bir yaltaqlıq zirvəsi. Düşük vəkil Ramiz Ənvəroviçə daha sonra yazır: “Şəxsiyyətlərdən söhbət düşmüşkən yenə təkrar edirəm, Sizin kimi bir insanın şəxsiyyətin tarixdə rolunu, xüsusilə islam dünyasında, bilməməsi mümkün deyil. İmkanınız olanda hakimiyyətin ən yüksək (???)səviyyəsində təmsil olunanların şəxsi keyfiyyətlərinə nəzər yetirsəniz yaxşı olar”.
Ay səni xatakar! Kimi işarə verirsən, gerizəkalı? Utanmadınmı, bunları yazmağa?

Busan da! Mahiyyətin budur!

Ən sonda Aslan İsmayılov Ramiz ƏNVƏROVİÇƏ çox provokasion, lakin bu gün üçün aktual təklif də verir, onu iqtidara qarşı müxalifətə keçməyə səsləyir: Sitat: “… Həqiqətən ölkədə köklü dəyişiklik etmək istəyirsinizsə, istefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasınlar”.

Belə!!! Bu təklif indi daha çox aktualdır və görünən də budur ki, Aslan İsmayılov Ramiz MEHDİYEVİ yenə qızışdırır, onu iqtidara qarşı açıq müxalifətə çağırır. Əlindəki sosial media imkanlarından da Ramiz Ənvəroviçin müdafiəsi, onun açıqlamalarının yayılması məqsədi ilə istifadə edir.

Nədə olmasa, ikisi də eyni mərkəzə bağlıdır!

Mərkəziniz yansın!

Rauf Arifoğlu,
Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri

Əvvəlki yazı

MMP Mehriban Əliyevanı təbrik etdi

Sonrakı yazı

Azərbaycanda dəhşətli qəza – ölənlər və yaralılar var

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.