Ötən gün sosial şəbəkələrdə və mətbuatda sabiq deputat Hadı Rəcəblinin nəvəsinə toy etməsi barədə məlumat yayılıb. Yaxınların verdiyi məlumata görə, sadəcə “Sea Breeze” restoranında 7-8 nəfərin iştirakı ilə nikah mərasimi baş tutub.
“Sea Breeze” restoranının sahibi, müğənni Emin Ağalarov Baku TV-yə açıqlama verərək heç bir toydan söhbət gedə bilməyəcəyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan mətbuatında “Sea Breeze”də toy keçiriləcəyi barədə məlumatlar yayılıb. Mən hər kəsi əmin edirəm ki, bu, belə deyil.
Restoranın terrası 6 nəfər üçün nəzərdə tutulub, karantin qaydalarına tam əməl olunur, hovuz fəaliyyət göstərmir, ara məsafəsini saxlamaqla dəniz fəaliyyətinə icazə var, toydan isə söhbət gedə bilməz”.