08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hüquqşünasdan çağırış: “Korrupsioner məmurlara ömürlük həbs verilsin”

23 May 2018, 09:49
Cəmiyyət
A A
Hüquqşünasdan çağırış: “Korrupsioner məmurlara ömürlük həbs verilsin”

Niyə problemlər məmurlar vəzifədə olarkən açıqlanmır?

Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların böyük əksəriyyəti barədə korrupsiya, mənimsəmə ilə bağlı məlumatlar yayılır. Bu məlumatların bir qismi rəsmi şəxslərin dilindən səsləndirilir, bir qismi yoxlayıcı qurumların hesabatlarında açıqlanır, daha bir qismi isə mətbuatda yayınlanır.

Məsələn, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərlərinin kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hər iki qurumun əvvəlki rəhbərlərinin işini kəskin tənqid etdi. Onun dediklərindən aydın oldu ki, bu qurumlarda korrupsiya, dövlət vəsaitlərini təyinatından yayındırma halları baş verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanunsuzluq hallarının olduğunu isə Hesablama Palatasının açıqladığı hesabatlardan öyrəndik. Məlum oldu ki, nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunda çox ciddi pozuntulara yol verilib. Eyni zamanda nazirliyin birbaşa nəzarətində olan əlilliyin təyinatı sistemində də qanunsuzluqlar baş alıb gedib. Bu məsələ barədə yeni nazir Sahil Babayev də bir neçə dəfə çıxışlarında kəskin fikirlər səsləndirib, sistemdəki qanunsuzluqlara son qoyulacağını bəyan edib.

Rəhbərliyi dəyişən Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki rəhbərliyi barədə ölkə mətbuatında kifayət qədər ciddi ittihamların olduğu məlumatlar yer almaqdadır.

Bütün bunların hamısı birmənalı olaraq vəzifəsini tərk edən sabiq məmurların ardınca baş verir. Yəni kimsə vəzifədə olarkən onun yol verdiyi qanunsuzluqlar dilə gətirilmir, xırda istisnalarla, açıq tənqid olunmur. Bütün korrupsiya halları, mənimsəmələr bir məmur vəzifəsini tərk edəndən sonra üzə çıxır. Burada istisna təşkil edən Hesablama Palatasının açıqladığı hesabatlardır. Yol verilən qanunsuzluqlardan yumşaq dillə yazılsa da, o hesabatlar baş verənlər barədə təsəvvür əldə etmək üçün xeyli qiymətli mənbə sayıla bilər. O halda ki, həmin məlumatlar əsasında qanunu pozanlar ciddi cəzalandırılmış olalar. Azərbaycanda hələ ki Hesablama Palatasının təqdimatları əsasında qaldırılan cinayət işləri üzrə orta və ya yüksək ranqlı bir məmurun, vəzifəli şəxsin məsuliyyətə cəlb olunması halına rast gəlinmir.

Halbuki ölkənin Cinayət Məcəlləsində korrupsiya, rüşvətalma,  dövlət vəsaitlərini təyinatından yayındırma, mənimsəmə kimi cinayətlərə görə cəzalar nəzərdə tutulub.

Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, Cinayət Məcəlləsində mənimsəmə və ya israf edilmə(etibar edilmiş özgə əmlakını talamaq) külli miqdardadırsa, 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək  azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur: “Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə – burada cəza müddəti maksimum yeddi ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır – 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə – maksimum cəza 3 ildir. Rüşvətalma külli miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur”.

Maraqlıdır ki, “külli miqdarda” dedikdə, 5 min manatdan yuxarı məbləğ nəzərdə tutulur. Hüquqşünas hesab edir ki, yuxarıda qeyd olunan cəzalar daha sərt olmalıdır: “Korrupsiya cinayətlərinə görə cəzalar ağır olmalıdır. Xüsusilə ağır korrupsiya hallarında ömürlük həbs cəzası tətbiq olunmalıdır. Yoxsa kimsə oğurlayır, dövlətin vəsaitini talayır, sonra da 10 il iş alır. Həbsxanalarda da heç kimə sirr deyil ki, taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki yazı

Nazirə meydan oxuyan direktor: Şamaxıda feodal qaydaları davam edir

Sonrakı yazı

Əfv daha çox kimlərə şamil olunacaq? – AÇIQLAMA

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.