23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatdan və polkovnikdən müharibə anonsu

23 May 2018, 09:21
Gündəm
A A
Deputatdan və polkovnikdən müharibə anonsu

Ermənistanın Naxçıvan təxribatının və digər bir neçə faktorun tətiklədiyi müharibə hər an başlaya bilər

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Adil Tatarov şəhid oldu. Bir sıra ekspertlər hesab edir ki, bütün bunlar Ermənistanın açıq şəkildə Azərbaycanı savaşa çəkmək niyyətinin nümayişidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanın Qarabağla bağlı ciddi bir strategiyasının olduğundan ümumən danışmaq yanlış olar. Çünki “hakimiyyət quşu” onun başına qonandan indiyə qədər özü də fərqindədir ki, miqyasagəlməz ölçüdə ağırlığın altındadır və ağlına gətirmədiyi situasiya ilə üz-üzə qalıb.

Sərkisyan rejimini devirmək nə qədər asan idisə, bütün hakimiyyət rıçaqlarını ələ götürmək, ölkədəki prosesləri nəzarətə almaq və bölgədə uzun illər ərzində formalaşmış düzəni dəyişdirmək Paşinyanın gücü daxilində deyil. Çox yaxın zamanlarda buna hər kəs şahidlik edəcək: “Ermənistandakı yeni hökumətin xüsusi əlahiddə Qarabağ planından danışmaq da artıq olar. İlk dövr müəyyən vətənpərvərlik notları ilə, küçədə yürüməklə cəmiyyətin ovqatını harasa kökləmək ola bilər. Amma sən onu səngərdə təkrarlaya bilməzsən. Paşinyanın davranışı çərçivəli qəhrəmanlıqdır.

Zahid Oruc ile ilgili görsel sonucu

Naxçıvana açılan atəş şübhəsiz ki, konkret bir qərara bağlı idi. Onu təsadüfi hadisə saymaq olmaz. Burada bir neçə niyyətlər gizlənə bilərdi. Ola bilsin ki, Vigen Sərkisyanın müdafiə naziri kimi vəzifəsini tərk etməsi fonunda köhnə hakimiyyətin təmsilçiləri Paşinyan iqtidarını boğmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada təxribatlar elə bir səviyyədə ola bilər ki, günün birində Sərkisyanın keçmiş generalları istər Qarabağ cəbhəsi xəttində, istərsə də Ermənistanla bütün sərhəd zolağı boyunca ən müxtəlif avantüralara əl ata bilərlər. Niyyət etibarilə burada hədəf biz olmayacağıq. Əsas məqsəd ölkə içərisində gedən siyasi savaşın, hökumət böhranının və parlamentlə yeni hakimiyyətin arasında gedən davanın gəlib hərbi müstəvidə təxribatlarla müşayiət olunmasıdır. Çox böyük ehtimalla burada elə bir ssenari işlənib ki, həmin məsuliyyət yeni iqtidarın üzərində qalsın”.

Deputat hesab edir ki, Azərbaycanı Qarabağ cəbhəsindən qüvvəsini bölərək Naxçıvana daşımaq, orada imkanlarını sınağa çəkmək, yaxud Türkiyə ilə Rusiya arasında ixtilaf doğurmaq kimi erməni planının olması da təhlil oluna bilər. Ancaq hər bir halda məsələnin mahiyyəti budur ki, Azərbaycanın mövqelərinin yetərincə gücləndiyini İrəvanın baş binalarında bilməmiş deyillər. Azərbaycanın bütün iqtisadi, siyasi, hərbi imkanları kifayət edir ki, Ermənistana Qarabağ cəbhəsi ilə yanaşı, Naxçıvanla sərhəddə də lazımi cavabı verə bilsin: “Odur ki, ötən həftə Ermənistandan Naxçıvana atılan güllə Naxçıvanı deyil, İrəvanın özünü sınağa çəkəcək. Yəqin ki, yaxın vaxtlarda biz bunu görəcəyik.

Qarşıdakı dönəmdə, ümumiyyətlə, cəbhə xəttində bir qədər narahatlıqlar müşahidə oluna bilər. Bilirsiniz ki, yetərincə böyük TANAP kimi əhəmiyyətli layihə işə düşməkdədir. Erməni mediası “Rusiyanın kürəyinə vurulan zərbə”, “Azərbaycanın xəyanəti”, “Qərblə birləşərək Rusiya əleyhinə oynanılan oyun” və sair kimi başlılarla yazılar yazır. Bu cür təbliğat açıq şəkildə bu məkanı zəhərləməyə xidmət edir ki, bəlkə Putinin diqqətini çəksin.

Bir sözlə, iqtisadi müstəvidə dəyişikliklər hərbi məkanda da müxtəlif narahatçılıqlar doğura bilər.

Seçkilərin ertələnməsi və artıq seçkilərin arxada qalması da öz-özlüyündə müharibə perspektivini gücləndirir. Azərbaycanın bütün hərbi, siyasi, kəşfiyyat elitası qarşısında duran vəzifə ondan ibarətdir ki, biz durğun bir şəkildə, sadəcə, passiv seyrçi kimi gözləməməliyik ki, Ermənistanda klanlar bir-birini məhv edəcəklər, qardaş qırğını meydana çıxacaq və bu, asanlıqla bizim Xankəndinə getməyimiz demək olacaq. Ermənilər ən ağır şəraitdə  belə hələ ki özlərinin qanını tökməyiblər. Biz gözləməməli və digər müstəvidə hərəkət etməyi bacarmalıyıq. Ermənistanlı əsgərlərin silahı qoyub Qarabağdan Ermənistana qaçması vəziyyətini Azərbaycan yetişdirməlidir. Son bir ayda, açığı, biz seyrçi mövqe tutduq. Halbuki müəyyən fürsətlər, imkanlar var idi”.

Şair Ramaldanov ile ilgili görsel sonucu

Sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə teleqraf.com-a müsahibəsində bildirib ki, mitinq yolu ilə küçədən hakimiyyətə gələn Paşinyanın populyarlığı sürətlə düşür. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində hələlik heç bir addım atılmayıb. Serj Sərkisyan klanının hakimiyyəti də yetərincə güclüdür. Daxildə müəyyən gizli və aşkar proseslər gedir.

Təbii ki, bu fonda daxili auditoriyanın, cəmiyyətin diqqətini müəyyən şəkildə yayındırmaq və guya Azərbaycandan, Naxçıvan bölgəsindən ola biləcək hansısa gərginliyə diqqəti yönəltmək üçün təxribat yolu tutdular. Qarabağ cəbhəsində hər hansı təxribat bu gün Ermənistan üçün populyar deyil. Bu saat Naxçıvan populyardır. Ona görə ki, Naxçıvan istiqamətində baş verən hansısa təxribat və ya Azərbaycanı o istiqamətdə hansısa addımlar atmağa məcbur etmək Ermənistan cəmiyyətinin diqqətini müəyyən formada əsas problemlərdən yayındıracaq. Onların düşüncəsinə görə Azərbaycandan olan təhlükə erməni cəmiyyətini toparlanmağa məcbur edəcək. Ona görə də yeni hakimiyyətin diqqəti Qarabağda yox, Naxçıvana yönəlib. Azərbaycanı təxribata çəkmək, onun müəyyən adekvat addım atmasına nail olmaq istəyirlər”.

Polkovnik qeyd edib ki, Ermənistan təxribatçı addımlarından əl çəkməsə, Azərbaycan təbii ki, müəyyən addımlar atacaq. Naxçıvanla bağlı artıq müəyyən tapşırıqlar verilib. Mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görülüb və görülür.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Əvvəlki yazı

Əli İnsanov nəhayət, azadlığa buraxıla bilər

Sonrakı yazı

Nazirə meydan oxuyan direktor: Şamaxıda feodal qaydaları davam edir

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.