24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron Reyestr Xidmətindən prezidentə – Şikayət

13 Avqust 2020, 10:43
Sosial
A A
Abşeron Reyestr Xidmətindən prezidentə – Şikayət
Vətəndaş Bəhram Yolçuyev mülkiyyət hüquqlarının pozulması, torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. B.Yolçuyev müraciətinin mediada işıqlandırılmasını xahiş edib.
Onun müraciətini təqdim edirik:
“Hörmətli Cənab Prezident! Mən daim Sizin səmimi dəstəkçiniz, tərəfdarınız olmuşam. Sizin davamlı olaraq olaraq apardığınız islahatlar biz sadə vətəndaşların ürəyincədir. Çıxışlarınızda bildirirsiniz ki, hüquqlarımız pozulanda Sizə müraciət edək. Mənim ümidim göydə Allah, yerdə Sizsiniz. Möhtərəm İlham Əliyev!
Mən Abşeron rayon 2 saylı DNK. 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli “Alıcı və Satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi” ilə Dövlət Aktına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişəm.
Alqı-satqıdan sonra keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən Dövlət Aktında qeyd olunan torpaq sahəsi akta və Mehdiabad qəsəbəsinin islahat xəritəsinə uyğun şəkildə naturada mənə təhvil verilmişdir.
Təxminən 2014-cü ilin əvvəllərində tanımadığım şəxslər mülkiyyətimdə olan əkinə tam yararlı olan təsərrüfat təyinatlı torpaq sahəsini zəbt edərək fərdi yaşayış evi inşa etməyə başlamışlar.
Pozulmuş hüquqlarımın bərpası üçün müxtəlif tələblərlə aidiyyəti üzrə məhkəmələrə müraciət etmişəm.
Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, mənim torpaq sahəmdən 2269 metr aralıda, Binəqədi-Novxanı yolunun kənarında yerləşən, İsgəndərov Yaşar Məmməd oğlu ona xüsusi mülkiyyətində olan 0,38 ha torpaq sahəsinin 0,28 hissəsini 13.02.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında bacısı İsgəndərova Sevil Məmməd qızına bağışlamış, həmin torpaq sahəsinə dair Sevilin adına çıxarış və plan ölçü sənədi verilmişdir.
Plan ölçü sənədi tərib edilərkən ƏMDK yanında DƏDRX-nin Abşeron ərazi İdarəsi tərəfindən saxtakarlığa yol verilərək, Sevilin adına tərtib olunmuş plan ölçü sənədində torpaq sahəsinin koordinatları, ölçüləri və konfiqurasiyası tamamilə fərqli şəkildə tərtib olunaraq mənim mülkiyyətimdə olan torpaq sahəsinə işlənmişdir. Elə həmin dövrdə də mülkiyyətimdə olan və Sevilin adına işlənmiş 0,28 ha torpaq sahəsi 2-3 sot hissələrə bölünərək ayrı-ayrı şəxslərə satılmış və məhkəmə qərardadı ilə tikiniti aparılmasının qadağan edilməsinə baxmayaraq, təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz olaraq fərdi yaşayış evləri və yarımçıq tikililər inşa edilməklə torpaq sahəm yararsız hala salınmışdır.
Mənim torpaq sahəmin plan ölçü sənədi də Dövlət Aktında göstərilən koordinatlardan kənara, yəni digər Dövlət aktlarına əsasən qonşuların müliyyətində olan torpaq sahələrinin üzərinə işlənmişdir. Reyestr Xidmətinin yaratmış olduğu bu uyğunsuzluğun aradan qaldırılması üçün tərəfimdən verilmiş iddia əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-21/2019 saylı 17.01.2019-cu il tarixli qərarı ilə ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № 0011477 saylı çıxarışa uyğun olaraq mülkiyyətimdə olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada mənə tanıdılması öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır.
Eyni zamanda cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə, İsgəndərova Sevil Məmməd qızına və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi, torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa olunması və mülkiyyətimdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq mənə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm.
İddiam həmin məhkəmə tərəfindən qismən təmin edilmişdir.
Həmin qətnamədən iş üzrə tərəflərin verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi, İsgəndərova Sevil Məmməd qızı, Piriyev Əbülfət Salah oğlu, Mustafayev Kamran Qasım oğlu, Səfərova Minəvər Şahvələd qızı, Orucov Əlövsət Həsən oğlu, Ağa-zadə Rəşad Fərhad oğlu, Fətullayev Xəzər Vaqif oğlu, Əkbərov Faiq Ramiz oğlu, Babayev Baba Ədalət oğlu, Məmmədov Sahib Şamil oğlu, Hüseynov Sənan Raqif oğlu, maraqlı şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoru və Abşeron rayonu 2 saylı Notariat Kontoru tərəfindən kassasiya şikayəti verilməmiş, qətnamə onlara nisbətdə qanuni qüvvəsini almışdır.
Həmin qətnamədən yalnız cavabdeh Babayev Nemət Asif oğlu şikayət vermiş iş Ali Məhkəmənin hakimi İsmayıl Xəlilovun icraatına verilmişdir. Məhkəmə iclasında hakim tərəfindən verilmiş suallardan məlum olmuşdir ki, o iclas keçirilənədək iş materialları ilə ətraflı tanış olmamış, işin mahiyyətini başa düşməmişdir.
Belə ki, verilən suallara cavab olaraq iş materiallarına müvafiq məhkəmə qərarları və ekspertiza rəyləri əlavə edildiyi bildirilmiş, hakim o zaman işi vərəqləmiş həmin sənədlərin işdə olmasını təəssüf hissi ilə təsdiq etmişdir.
Buna baxmayaraq İ.Xəlilov hansısa marağa görə kassasiya şikayətini təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə qətnaməsini ləğv etmişdir.
Qeyd etmək istərdim ki, bu nəticə barədə iclasdan bir neçə gün əvvəl cavabdehlər tərəfindən qonşular arasında yayılan məlumata görə Ali Məhkəmənin sədri ilə “razılaşma” olması barədə məlumatlar yayılmışdır.
Mülki iş materiallarına tərəflər arasında qanuni qüvəyyə minmiş və mənim haqlı olduğumu özündə əks etdirən iki ədəd məhkəmə qətnamələri əlavə olunsa da, İsmayıl Xəlilov həmin qətnamələrin mövcudluğuna, həmin qətnamələrlə müəyyən olunmuş işin faktiki hallarına əhəmiyyət verməmiş cavabdehlər qarşısında götürdüyü öhdəliyə əməl edərək qanunsuz qərar qəbul etmişdir.
Cənab Prezident!
2013-cü ildən başlayaraq zəbt olunmuş torpaq sahəmin boşaldılması, torpaq sahəmin təyinatından kənar istifadənin qarşısının alınması üçün ƏMDK-nə, Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə və müxtəlif məhkəmə instansiyalarına müraciət etmişəm.
Lakin, ƏMDK-nin tabeçiliyində olan cavabdeh qurumlar tərəfindən müraciətlərimə baxılmamış, aidiyyəti dövlət məmurlarının qəbulunda olarkən haqlı olduğum üçün müvafiq tədbirlər görüləcəyi bildirilsə də bu günə kimi heç bir tədbir görülməmişdir.
Göründüyü kimi, acgöz məmurlar və ədalətsiz, maraqlı hakimlər mənim və əlil övladımın haqqına girərək öz vətənimdə mənim torpağımı yağmalamaqla məşğul olurlar. Bütün məhkəmələrdə mənim haqlı olduğum bildirilsə də, maraqlı şəxslər tərəfindən işə “barmaq” edilməsi səbəbindən, mənim ziyanıma qanunsuz qətnamələr çıxarılır.
Hazırki işdə də Ali Məhkəmə sədri Ramiz Rzayevə ənənəvi olaraq əvvəlcədən məruzə edilərək “xeyir-dua alma” mərasimində qarşı tərəfin duaları əlahəzrət sədr tərəfindən qəbul olunduğu üçün mənim ziyanıma qanunsuz qətnamə qəbul edilərək iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Dövlət məmurlarının, məhkəmə hakimlərinin haqsızlıqları və özbaşınalıqları səbəbindən dəfələrlə sarsıntı və iztirablara məruz qalmışam. Nəticədə 2 dəfə ürək əməliyyatı keçirmişəm.
Cənab Prezident!
ƏMDK-nin torpaq sahəmə başqa şəxslərin adlarına saxta sənəd verən, qanunsuz tikinti işlərinin aparılmasına şərait yaradan məmurların, işə qeyri-obyektiv yanaşan hakimlərin, icara məmurlarının cəzalandırılması, mülkiyyətimdə olan kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş qanunusuz tikililərin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması, zəbt olunmuş torpaq sahəmin boşldılaraq mənə təhvil verilməsi, qanuni qüvvəsini almış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-21/2019 saylı 17.01.2019-cu il tarixli qərarının icra edilməsi və hazırki işin nəzarətə götürülməsini Sizdən xahiş edirəm”.
Əvvəlki yazı

Yasamalda bu yol yenidən qurulur – Fotolar

Sonrakı yazı

Koronavirusun ikinci dalğası gəlir? – Açıqlama

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.