Ermənistanın Amulsar bölgəsində növbəti etiraz aksiyası keçirilib.
Reportyor.info ki, aksiya zamanı polislə iştirakçılar arasında toqquşmalar olub.
Dinc nümayişçiləri dağıtmaq üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Sakinlər aksiyanı davam etdirəcəklərini bildiriblər.
Məlumata görə, polis 14 etirazçını saxlayıb.
Xatırladaq ki, aksiya iştirakçıları “Amulsar” yatağının istismara verilməsinə qarşıdırlar. Onlar yataq istismara verilərsə, hakimiyyəti ölkəboyu etirazlarla hədələyiblər.