08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“İyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir” – Qənirə Paşayeva

05 Avqust 2020, 23:05
Cəmiyyət, Seçmə
A A
“İyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir” – Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Tovuz istiqamətində baş verən hadisələr barədə danışıb və aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırıb.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Tovuz rayonu istiqamətində iyul ayında işğalçı Ermənistanın hücumları, təxribatları və dövlətimizin verdiyi layiqli cavab barədə fikirlərimi söyləmək istəyirəm. Sözlərimə Ali Baş Komandanımıza təşəkkürlə başlamaq istəyirəm. Çünki Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistan öz layiqli cavabını aldı. Eyni zamanda birinci vitse prezidentimiz Mehriban xanıma da təşəkkür etmək istəyirəm. Çünki bu günlər ərzində rayondakı insanlarımızın vəziyyəti daima diqqət altında saxlanıldı və təbii ki, bu da çox yüksək qiymətləndirilməlidir. Hörmətli Sahibə xanım başda olmaqla parlamentimizə də təşəkkür edirəm. Çünki siz də daima vəziyyətlə maraqlanırdınız. Millət vəkili həmkarlarımız gəlib Tovuzda oldular. Bu da insanlarımız arasında yüksək qiymətləndirildi. Ölkəmizdə və ölkə hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılara təşəkkür edirəm ki, bu çətin məqamlarda daima dövlətimizin yanında oldular, Ali Baş Komandanımızın ətrafında birləşdilər. Qəhrəman şəhidlərimizin, onların ailələrinin qarşısında baş əyirik. Yaralı hərbiçilərimizə, əsgərlərimizə Allahdan şəfa diləyirik və inanırıq ki, müalicələrini yüksək səviyyədə başa çatdırıb ailələrinin yanına qayıdacaqlar. Cənab Prezidentimiz Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın mülki əhaliyə, onların evlərinə, əmlaklarına vurduqları zərərlərin aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Həmin istiqamətdə işlər sürətlə davam etdirilir ki, bu da ön cəbhədə insanlarımız arasında yüksək dəyərləndirilir. Ön cəbhə kəndlərində yaşayan insanlarımızın da qarşısında baş əyirik. Ən çətin zamanlarda belə onlar öz evlərini tərk etmədilər, Ali Baş Komandanımıza, ordumuza inanırıq deyərək düşmənə layiqli cavab verdilər.”

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda əhalinin su probleminin aradan qaldırılması istiqamətində Zəyəmçay su anbarının tikilməsinə dair sərəncamla bağlı cənab Prezidentə təşəkkürünü bildirib. Millət vəkili deyib ki, cənab Prezidentin sərəncamı ilə yeni tikiləcək su anbarları arasında Zəyəmçay su anbarı da var ki, bu layihə Tovuz, Şəmkir rayonlarında kənd təsərrüfatı ilə məşğul olan insanlarımız üçün çox önəmlidir.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müzakirə olunan layihə ilə bağlı təkliflərini də səsləndirib: “Sözügedən layihədə bəzi qruplara diqqət etmək lazımdır. Mən də kənd rayonunu təmsil edən millət vəkili olaraq deyə bilərəm ki, pay torpağı olan insanların məşğul sayılması yanaşmasına təkrar baxmalıyıq. Əgər bir insanın 10 sot torpaq sahəsi varsa onun 1 hektar torpaq sahəsinə malik insanla eyni statusda məşğul sayılması məsələsi doğru yanaşma deyil. Mən düşünürəm ki, az pay torpağına sahib insanlarımıza qarşı yanaşmanın dəyişməsinə ehtiyac var ki, onlar digər proqramlardan yararlana bilsinlər. İkinci bir kateqoriya həyat yoldaşını itirmiş, dağılmış ailələrdəki xanımlarımızdır. Bu gün ən ciddi problemlərimizdən biri həmin qadınların alimentlə bağlı üzləşdiyi problemlərdir. Özünüməşğulluq proqramlarında həmin qadınların məsələsinə daha da çox diqqət yetirmək lazımdır. Son olaraq seçicilərin adından demək istəyirəm ki, iyul-avqust ayı üçün də 190 manatın verilməsi çox vacibdir.”

Əvvəlki yazı

Polad Həşimovun adı bu küçəyə verildi (FOTOLAR)

Sonrakı yazı

Polad Həşimov küçəsi ilə bağlı – Açıqlama

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.