27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ayaqyolu.az-da da qeydiyyatdan keçək?” – Azər Qərib

05 Avqust 2020, 11:27
Cəmiyyət
A A
“Ayaqyolu.az-da da qeydiyyatdan keçək?” – Azər Qərib

“Deməli, epidemiyalarla mübarizəni mütəxəssislər aparan vaxtlardı, cəmisi üç ay – bir semestr götür-qoy edib operativ qərar qəbul etdik ki, gedək Tallinə. Ki, sovetin şimal bölgələrində kişi qırtlığına qarşı hərəkata öz tövhəmizi verək, sarışın xanımların gözləri saralmasın intizardan”.

Reportyor.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist Azər Qərib deyib:

“Nə isə, “Sarı gəlin” oxuya-oxuya yollandıq sarıları ağ günə çıxarmağa və gəldik doğma aeroportumuza, o zaman balaca ikimərtəbəli bir bina idi, özü də bina, adı da Bina.

İndi olduğu kimi, o vaxt da Tallinə birbaşa uçuş yox idi, təyarə uçurdu Donetsk şəhərinə, orada dayanırdı bir saat, paputi olanları götürürdü və sonra yenə qalxırdı göyə, kovid-test qiymətləri kimi.

Yəni, uçuş uzun hesab edilirdi, ona görə yola yemək götürmək ayıb sayılmırdı.

Biznes-miznes, belə şeylər yox idi və camaat atvarnoy toyuq, konservi, bişmiş yumurta filan götürürdü yeməyə, təyarədə verilənlərlə qarın doymurdu, karantinsevərlərin gözü doymayan kimi.

Sizdən nə sirrim, sərnişinlər bir necə istiqamətdən birdən yumurta soymağa başlayanda, salonda bir üfunət qopurdu ki, corablarını çıxarsaydılar, ondan yaxşı.

Biz isə 5 nəfər TƏBİB kimi çox yuxardan gedirdik, ikra, balıq, toyuq, kotlet, içki də ki, öz yerində.

Mehriban kollektivimiz yeriyəndə sumkalarımızda butulkalar zingirov çalırdı, cinql bens, cinqıl bens, qabağımızda gedən diksinmişdi ki, bıy, Novıqod nə tez gəldi

Araq, konyak, qırmızı şampan, çeşski pivə, daranq-durunq.

Nə başınızı ağradım, havaya qalxan kimi qəşəng bir süfrə açdıq, düzdük neymətləri və vur ki, vurasan.

Bunu sənin sağlığına, bunu pilotların sağlığına, bunu qender bərabərliyinin sağlığına, nikrasivıx jenşın ni bıvayet, arağdan bol süz, bunu da başı çıxmayan işə başlarını soxanların sağlığına, çort s nim.

Bizim də bir stüardessamız var idi ki, sadəcə qoy qabağına ağla, bax o dərəcədə. Sual verməyin, prosta İnanın. Boy, buxun, qaşları kəman, kiprikləri ox, ləbləri alov, ayğlar başlayan yerdən sonuna qədər, hər yeri möhtəşəm, sərhədsiz sinəsi isə Aeroflotun koftasına elə işkəncə verirdi ki, düymələr dişlərini sıxıb güclə tab gətirirdilər.

Haşiyə çıxıb bir şey deyim.

Yeyib-içən insanların belə bir korporativ hissiyat vergisi var ki, biri birlərini dərhal tanıyırlar. Yəni, baxan kimi bilirsən ki, bizimkilərərdəndir, gözləri nur saçır, cinsindən asılı olmayaraq. Xülasə, stüardessa bir dəfə keçib baxdı, ikinci dəfə keçib baxd, ona bir atəş, buna bir atəş, əyilib nəsə soruşur, bizdə hal qalar?

Yəni, açıq-aşkar görsənir ki, tamah vəzifə borcunu ÜSTələyir, bizə də nə lazım?

Dərhal aramızda pıç-pıç başladı ki, ə sən öl bu bizim adamdı, gəlin dəvət edək, qoşulsun bizə.

Fikirləşdik ki, dəmləşər, telefonunu alarıq, dünyanın işini bilmək olmaz, sarışınlara etibar yoxdur, nağdlnı qoyub nisyəyə qaçanı virus vursun.

Tez səsə qoyduq və səfir kimi seçdik artıq tanıdığınız Tank Mamedi.

Ki, sənin həm beynalaxalq münasibətlərdən başın çıxır, həm cinslərin arasında körpülər qurmağda ustadsan, qoymasan diplomatiya təpiklənsin, get gör neynirsən.

Nə isə, Tank Mamed gedir, pərdəni aralayıb girir içəri, görür xanım oturub bir stəkan limonad qabağında, elə qəmlidir, elə qəmlidir, elə bil pandemiya pullarını bölürlər, buna çatmayıb.

Və dəvətli təklifimizi irəli sürür, amma çalışır üzündən aşağı baxmasın ki, səma pərisi elə bilsin bunun gözü toxdu.

Bilirəm, çox uzun oldu, ona görə keçim mətləbə.

Xülasə, xanım deyir ki, mən sizə orada qoşula bilmərəm, ayıbdı, camaatın anası-bacısı filan, qoy çataq Donetska, orada salonun yarısı düşəçək, Tallinə qədər minən də az olacaq və hamı yatandan sonra siz gələrsiniz bura, pərdəni çəkərik, o ikradan da gətirərsiniz.

Nə başınızı ağradım, yeriniz məlum, yaxşıcana oturduq, yedik-içdik və müvafiq yerlərə xəlvəti nəzərlər də salıb qayıtdıq yerimizə.

Fıs-sa-fıs mürgüləyirik və enməyə yaxın stüardessa aldı sazı, nə dedi.

“Uvajajayemıyeyeye pasajırı” – hık – bir dənə hıçqırıq- “naş samasamalyot” – hık, ik, uff, aff – “naş samasamalyot padlitayit” – ik, hık – əsrarıngiz sinədən digər səslər – “padlitayit naş samalyout” – ayblinustalaya – “k qorodu Vladivostok” – hik, ik, burr, qurrr.

Qardaş, salonda bir həşir düşdü, əşşi konsert e!

Biri ordan çığırır ki, mən Tallinə bilet almışdım, biri burdan bağırır ki, Vladivostokda alimentlərə görə axtarışdayam, aləm dəyib biri-birinə, amma sözüm onda yox.

Nəyi soruşacaqdım, o düz söhbətdir ki, ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?”

Əvvəlki yazı

Koronavirus uzmanları Bakıya niyə toplaşır? – Açıqlama

Sonrakı yazı

Vilayət Eyvazovdan növbəti təyinatlar

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.