04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ülvi Quliyev: Azərbaycan dövləti sosialyönümlü siyasətinə sadiqdir

02 Avqust 2020, 18:19
Siyasət, Cəmiyyət
A A
Ülvi Quliyev: Azərbaycan dövləti sosialyönümlü siyasətinə sadiqdir

Koronavirus pandemiyası dünya əhalisinin həyat və sağlamlığını hədəfə aldığı kimi, istisnasız olaraq bütün ölkələrin iqtisadi durumunu ən ağır sınaqlarla üz-üzə qoymaqdadır.

Beynəlxalq maliyyə qurumlarının proqnozları da ürəkaçan deyil. Bu rəylərə əsasən dünya iqtisadiyyatı qlobal böhranın astanasındadır. İyulun 22-də Xətai rayonunda Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim olunması tədbirində bir rəqəm açıqlamışdı.

 

O,qeyd etmişdi ki,pandemiyanın səbəb olduğu iqtisadi çətinliklər ucbatından dünya ölkələrinin yarıdan çoxu-150-si kömək üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib,Azərbaycan bu siyahıda yoxdur.Şübhəsiz ki, pandemiyanın törətdiyi fəsadlar bizim iqtisadiyyatımızdan da yan ötmür. Nəzərə alsaq ki, ölkəmizin iqtisadiyyatında ağırlıq yükü enerji sektorunun payına düşür və pandemiya ilə əlaqədar olaraq neftin qiyməti kəskin ucuzlaşıb,onda iqtisadi imkanlarımızın hansı səviyyədə əlavə  ciddi sınaqlarla üzləşdiyini dəyərləndirə bilərik.Cənab Prezidentin həmin görüşdə xüsusi vurğuladığı kimi,bütün bunlara baxmayaraq, ölkəmiz kömək üçün heç kimə,heç bir maliyyə qurumuna müraciət etməyib,əksinə bir sıra hallarda başqa dövlətlərə humanitar yardım göstərib.Yaranmış iqtisadi cətinliklər yalnız daxili imkanlarımız hesabına dəf olunur.Azərbaycanın dünya ölkələrinin böyük əksəriyyətindən fərqli vəziyyəti həm də onunla bağlıdır ki,ölkəmiz az qala 30 ildir Ermənistanın hərbi təcavüzünə məruz qalıb,torpaqlarımızın 20%-i işğal altındadır,faktiki müharibə vəziyyətindəyik,düşmənin hərbi təxribatları səngimir,milyona yaxın qaçqın və məcburi köçkünümüz var.Yəni iqtisadiyyatımıza düşən yük göz önündədir.Bütün bunlara baxmayaraq,son illər ərzində 8 mindən çox şəhid ailəsi,müharibə əlili Azərbaycan dövləti tərəfindən mənzillə təmin olunub,onlara 7 minə yaxın avtomobil hədiyyə edilib.Təkcə bu il əlavə olaraq 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə təmin olunması gözlənilir.Məcburi köçkünlərimizin mənzillə təminatı işi  bu gün də davam etdirilməkdədir,nəzərdə tutulan layihələrin  heç biri dayandırılmayıb.Şübhəsiz ki,dövlətimizin sosialyönümlü siyasətinin təməlində Heydər Əliyev neft strategiyası və onun bu illər ərzində Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu icrası dayanır.

 

Prezidentimizin respublikanın şimal-qərb zonasına son günlərdə baş tutan səfəri,iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı bir daha onu göstərdi ki,ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq,regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında da nəzərdə tutulan layihələrdən heç biri təxirə salınmayıb.Bu səfər boyu müşahidə etdiklərimiz əminliklə onu deməyə əsas verir ki,məhz Prezident cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan dövləti sosialyönümlü siyasətinə sadiqdir,sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlarımızın yanındadır.Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım  alır.Cari ildə 90 min insan üçün ictimai ödənişli iş yerləri nəzərdə tutulur.Özünüməşğulluq proqramının ayrılmaz tərkib hissəsi kimi ABAD mərkəzlərinin yaradılması, bu mənada xüsusi önəm  daşıyır.

 

Diqqətçəkən əsas məsələ odur ki,cənab Prezidentin 2018-ci ildə anonsunu verdiyi islahatlar sistemli yanaşma siyasətinə söykənir.Həmin yanaşmanın mühüm tərkib hissələrindən biri korrupsiya və rüşvətxorluqla mübarizədir.Burada söhbət yalnız cinayət təqibi tədbirlərindən getmir.Son bir il ərzində icra başçılarının,digər yüksək vəzifə sahiblərinin həbsləri gözümüz önündə baş verib.Bu mübarizədə qətiyyət və siyasi iradə  ortadadır.Lakin o da aydındır ki,ümumbəşəri problem olan bu cür əməllərlə mübarizədə yalnız cinayət təqibi tədbirləri yetərli deyil.Bu mənada “ASAN xidmət”konsepsiyası islahatlara sistemli yanaşmanın əyani göstəricisidir .Baləkən rayonunda xidmətin regional bölməsinin açılışı bu nöqteyi-nəzərdən diqqət çəkməyə bilmir.Çünki ASAN-ın əsas məqsədi odur ki,ictimai xidmət sahəsində vətəndaşların daha çox üzləşdiyi bürokratik əngəllər ,korrupsiya və rüşvətxorluq imkanları aradan qaldırılsın.Cənab Prezident nitqində bir məqamı  xüsusi vurğuladı və qeyd etdi ki,ASAN-da calışanların böyük əksəriyyəti gənclərdir,bu xidmətdə fəaliyyət və təcrubə onları yeni düşüncə daşıyıcısı, vətəndaşa təmənnasız xidmət,əsl vətənpərvərlik  ruhunda formalaşdırır.Heç şübhəsiz ki,belə bir yanaşma islahatların sistemli uğurunu şərtləndirir.

 

Cənab Prezident bu səfər çərçivəsində etdiyi çıxışında,işğalçı Ermənistanı, Tovuz istiqamətində düşmənin törətdiyi hərbi təxribatı,bu təxribatın hədəflərini və müəllifi olan Paşinyanı,erməni cəmiyyətini cavabsız qoymadı.Prezidentimizin açıqlamaları,hər bir cümləsi,qətiyyətin,siyasi iradənin,Xalqımıza və Ordumuza  sonsuz güvəncin nümayişidir.Azərbaycan ictimaiyyətinin bu mühüm açıqlamaları izləmək,eşitmək imkanı olub.Şübhə etmirəm ki,artıq onlardan Ermənistanın siyasi hakimiyyəti ilə yanaşı,erməni cəmiyyətinin də xəbəri var.Cənab Prezidentin tarixi  əhəmiyyətli açıqlamalarından birini bir daha  xatırlatmaq istərdim.Prezidentimiz dedi:”Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq,heç vaxt! Bu,heç vaxt danışıqlar predmeti olmayıb.Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur.Biz onun ətrafında danışıqlar aparırıq ki,işğal edilmiş torpaqlar nə vaxt,hansı ardıcıllıqla azad edilsin.Əgər Ermənistanın baş naziri deyirsə ki,”biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”,deməli o,danışıqları məhv edir.Mən 7 şərtin qarşısına bir şərt qoyuram,bir şərt-erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan  çıxarılmalıdır,Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir,Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar!Budur mənim şərtim və məsləhət görürəm ki,onlar bu şərti qəbul etsinlər”.Necə deyərlər,şərhə ehtiyac yoxdur!

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

Əvvəlki yazı

Ombudsman Fuad Qəhrəmanlıya baş çəkdi

Sonrakı yazı

Hindistanın DİN rəhbəri koronavirusa yoluxdu

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.