04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Bir cüt ayaqqabı, corab və alt paltarı almışam”

01 Avqust 2020, 12:01
Gündəm
A A
Deputat: “Bir cüt ayaqqabı, corab və alt paltarı almışam”

“Bundan öncə paylaşdığım yazıda (maliyyə hesabatında) unutduğum şeylər oldu, onları burada yazıram. Bildirim ki, heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm”.

Reportyor.info xəbər verir ki, bunları millət vəkili Erkin Qədirli 5 aylıq maliyyə hesabatına əlavə olaraq deyib.  Qeyd edib ki, adına yalnız bir əmlak var, o da 2007-ci ilin buraxılışı olan “Toyota Corolla”dır (tiptronik):

“2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20 min manat, ilkin ödəniş isə 2 min manat olub (10%). Krediti “Bank of Baku”dan götürmüşdüm, öz seçimim deyildi, Toyota onlarla işləyirdi. Krediti yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər).

Maşınımı aldığım vaxt ayda 2 min 100 manat maaş alırdım, onu da qeyd edim ki, xarici layihədə çalışırdım. Maşın üçün aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağlamışam. Arada işsiz qaldığıma görə, maddi sıxıntılarım oldu, ona görə kredit ödənişlərim bir qədər yubandı”.

Deputat bildirib ki, adına daşınmaz əmlak yoxdur:

“Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirib. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm.

Bunun deputatlığımla əlaqəsi yoxdur. Bundan öncə paylaşdığım hesabatımda xərclərimlə bağlı suallar oldu (mənə göstərdilər). Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub.

Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm). Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım.

Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq təxminən 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm.

Yalnız yay aylarında kondisionerə görə işıq xərclərim bir qədər artır. Qaz xərclərim lap azdır, çünki evdə nadir hallarda özümə nəsə bişirirəm. Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm, çünki soyuğu sevirəm.

Ən sabit xərcim internetdir – ayda 18 manat. Telefonla çox az daşınıram, çünki telefonda danışmağı sevmirəm. Yemək xərclərim azdır. Geyim xərclərim isə lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda, məsələn, cırılanda, söküləndə alıram.

Deputat olandan bəri özümə yalnız iki köynək, kostyumla geyinmək üçün bir cüt ayaqqabı, kəmər, bir neçə cüt corab və altpaltarı almışam. Ayrıca, bundan öncə paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzağa kartdan nadir hallarda pul xərcləyirəm.

Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan nağd pulla alıram. Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər çox olmasa da, bir az pul yığdığımı güman edə bilərsiniz.

Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi.

12 il BDU-nun Hüquq fakültəsində dərs dedim, axıra qədər barəmdə “əşşi, bu da alır”, “ola bilməz ki, almasın”, “özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar” sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım.

Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm.

Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm. Bunu da yazım, inanmasanız da olar. Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur. İstəklərimin çox az olduğunu yuxarıda yazmışam.

Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi, pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram”.

Xatırladaq ki, millət vəkili ötən gün Qurban bayramına görə deputatlara verilən və sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələ ilə bağlı açıqlama yayıb. O, xalq qarşısında 5 aylıq gəlirinin hesabatını verib və bildirib ki, mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat pul alıb. Ortalama, aya 3.3 min manat gəliri əldə edib və bunlar ancaq maaş hesabına olub.

Əvvəlki yazı

Ermənistan: 291 yoluxma, 11 ölü

Sonrakı yazı

İnam Kərimovun müavini işdən çıxarıldı – Yeni təyinat

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.