10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ədalət Vəliyev daha partiya sədri ilə görüşdü

31 İyul 2020, 17:50
Gündəm, Cəmiyyət
A A
Ədalət Vəliyev daha partiya sədri ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 30-da Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə görüşüb.
Reportyor.info xəbər verir ki, görüşdə koronavirus pandemiyası, onun mənfi nəticələrinin aradan qaldırılması istiqamətlərində dövlət səviyyəsində həyata keçirilən tədbirlər; iyul ayının 12 -də Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təcavüzü və onun nəticələri; iqtidar-müxalifət münasibətlərinin mövcud vəziyyəti və perspektivləri; “Siyasi partiyalar haqqında” qanuna dəyişiklərin edilməsi zərurəti; qanunlara riayət edilməsinə nəzarətin gücləndirilməsi; rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə; əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Şöbə müdiri Ədalət Vəliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
O qeyd edib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər pandemiyanı nəzarət altına almağa imkan verib, onun ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə, heç bir sosial proqram təxirə salınmayıb.
Ədalət Vəliyev pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət büdcəsindən 3,5 milyard manat ayrıldığını, işsizlərə və pandemiya ilə əlaqədar olaraq işini müvəqqəti olaraq itirən vətəndaşlara Prezidentin göstərişi ilə ayda 190 manatın verildiyini qeyd edib.
İyul ayının 12-də Ermənistanın Azərbaycanla Tovuz rayonu istiqamətindəki sərhəddə törətdiyi təcavüzə toxunan Ədalət Vəliyev  onu ermənilərin işğalı davam etdirmək cəhdi olduğunu qeyd etmiş və  qətiyyətlə pisləyib.
Ermənistanın bu təcavüz hərəkətinə qarşı Azərbaycan xalqının göstərdiyi misilsiz birliyi, xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini, 43 siyasi partiyanın birlikdə, dörd partiyanın ayrılıqda Ali Baş Komandana dəstəyini ifadə edən bəyanatını yüksək qiymətləndirən şöbə müdiri bunları xalq-iqtidar birliyinin nümayişi kimi qiymətləndirib.
Ədalət Vəliyev ölkədə iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması, siyasi partiyalarla münasibətlərin sivil formalarının bərqərar olması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində yeridilən siyasətin dönməz olduğunu vurğulayıb.
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin güzəranına mənfi təsir etdiyini qeyd edərək, onun nəticələrinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, ancaq bu sahədə müəyyən boşluqların da olduğunu qeyd edib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında”, “Pensiya haqqında” qanunların müstəsna rol oynadığına toxunan Teyyub Qənioğlu bu qanunların vətəndaşların mənafeyinə daha da uyğunlaşdırılmasının vacibliyinə diqqət çəkib.
Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın müstəsna roluna toxunan Teyyub Qənioğlu bu sahənin daha sürətlə inkişafı üçün hökumətin maliyyə-kredit siyasətinin daha da təkmilləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydaya düşməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin təqdirəlayiq  olduğunu, PA-nın strukturunda Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasının əlamətdar hadisə hesab etdiyini qeyd edən Teyyub Qənioğlu ölkə həyatında siyasi partiyaların rolunun yüksəldilməsi üçün “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin, xüsusilə də partiyaların maliyyələşməsi ilə bağlı maddələrə yenidən baxılmasının vacibliyini nəzərə çatdırıb.
Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini pozmaq, yeni ərazilər işğal etmək cəhdini qətiyyətlə pisləyən Teyyub Qənioğlu xalqımızın, mövqeyindən asılı olmayaraq, demək olar ki, bütün siyasi partiyaların işğalla barışmayacağını, Ali Baş Komandan ətrafında sıx birləşdiyini nümayiş etdirdiyini yüksək qiymətləndirərək torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduğunu qeyd edib.
Sonda tərəflər hakimiyyətin təşəbbüsü ilə başladılan siyasi dialoqu müsbət qiymətləndirib, onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.
Əvvəlki yazı

Qanunsuz yolla hacı olmaq istəyən 25 nəfər saxlanıldı

Sonrakı yazı

Avqustun 5-dən sonra hansı qərarlar verilə bilər? (AÇIQLAMA)

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.