23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sərt karantin bir neçə həftə də uzadıla bilər” – Həkim

30 İyul 2020, 11:22
Cəmiyyət
A A
“Sərt karantin bir neçə həftə də uzadıla bilər” – Həkim

Ölkədə koronavirusa yoluxma halının xeyli azalması həm məsuliyyətli vətəndaşların artması, həm də uzadılan sərt karantin rejiminin nəticəsidir.

Bunu həkim-infeksionist Azər Nağıyev deyib. O bildirib ki, bugünkü günə olan epidemioloji vəziyyət davam edərsə, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər:

“Karantin rejimi uzadıldı, bir tərəfdən də insanlar indi daha çox məsuliyyəti dərk etməyə, qaydalara daha çox riayət etməyə başladılar. Bu da nəticəsini verdi. Bugünkü günə olan vəziyyət davam edərsə, düşünürəm ki, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər.

Birdən bütün sahələrdə yumşaldılmaya getmək qeyri-mümkündür, amma bir neçə əsas sahələrdə yumşaldılma ola bilər. Amma son günlərdə statistika əksinə dəyişərsə, sərtləşdirilmiş karantin rejiminin uzadılması qaçılmaz ola bilər, bir neçə həftə də uzadıla bilər.

Sosial məsafəyə riayət etmək, tibbi maskadan istifadə zərurəti və gigiyenik qaydalara əməl etməklə, fikrimcə, yaxın aylarda, hətta bir neçə il bu şərtlər daxilində yaşamağa artıq məhkumuq. Bunu etməsək, ən azından xəstəliyin artması, yoluxma halları, bədbəxt sonuclarla qarşılaşa bilərik.

Yəni, bu qaydalarla biz uzun müddət yaşamalıyıq. Bu həyat tərzini artq özümüz-özümüzə təlqin etməliyik. Sözügedən 3 qaydanı müvəqqəti qayda kimi yox, ən azından uzunmüddətli bir qayda kimi qəbul etməliyik. Həyat tərzimizə çevirməliyik bu qaydaları”.

Həkim-infeksionist qeyd edib ki, tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə razı deyil: “Belə götürək, onsuz da, sosial məsafə və gigiyenik qaydalar normal insanın həyat tərzidir, hər hansı bir pandemiya olmasa da. Amma tənəffüs yollarının qorunması, bəli, insan ömür boyu buna riayət etmək məcburiyyətində deyil.

Amma belə bir xəstəliklər olanda ola bilər ki, bir neçə ay, yaxud bir neçə il riayət etsin. Hətta tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə heç razı olmaram. Ya bunu biz könüllü şəkildə etməliyik, ictimai qınaq olmalıdır, hər birimiz bir-birimizə xatırlatmalıyıq, ya da cərimə olmalıdır.

Çünki üzümüzə gələn payız aylarında maska taxmamağımız qeyri-mümkündür. Maskadan istifadə mütləqdir. Ona görə ya bunu könüllü, ya məcburi etməliyik.

Mənə elə gəlir ki, artıq ayın 5-dən sonra rayonlara gediş-gəliş üçün yollar açılacaq. Ən azından bir neçə həftə insanların istirahət yerlərinə, doğmalarına baş çəkməyə icazə veriləcək. Bu, mənim subyektiv fikrimdir, çimərliklərin açılması mütləqdir”.

Əvvəlki yazı

Vilayət Eyvazov onu işdən çıxardı

Sonrakı yazı

AAYDA Neftçala əhlinə dəstək oldu

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.