Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.
Reportyor.info xəbər verir ki, bu barədə “Azəriqaz”ın məlumatında deyilir.
Qeyd edilir ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.