09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ASALA” Nikolun səyi ilə silahlanır” – Həmid Herisçi

28 İyul 2020, 10:08
Seçmə
A A
“ASALA” Nikolun səyi ilə silahlanır” – Həmid Herisçi

Avropada azərbaycanlılara hücum və vəhşilik edən ermənilərdən birinin köynəyinin arxasında “ASALA” yazılması bir çoxlarını düşünməyə vadar edib – bu terror təşkilatı xortlayırmı?

Telejurnalist, konspiroloq Həmid Herisçi “Yeni Müsavat”a bildirdi ki, bu yaxınlarda hamımız Azərbaycan və Ermənistan prezidentlərinin tarixdə ilk dəfə üzbəüz döyüşünü, yəni qarşılıqlı dialoqunu, qarşıdurmasını gördük.

Onun sözlərinə görə, Azərbaycan prezidenti, öz erməni həmkarının Ramil Səfərov barədə dediklərini anında cavablandırdı:

“Nikol Paşinyanla terrorçu ”ASALA” cinayətkarları arasındakı incə əlaqəyə diqqət çəkdi. Təxminən bunları vurğuladı: “Ramil Səfərov barədə danışmağa haqqınız yoxdur. Bu, sadəcə sizin təxribatlara güzgü effektli cavabımızdır. Məşhur, əli qanlı, 8 nəfər zavallı insanın, o cümlədən Fransa vətəndaşının qatili ”ASALA” terrorçusu Varujan Karapetyanı 2001-ci ildə məhz Ermənistan dövləti rəsmi qərarla azadlığa buraxıb.  Mənzil, işlə təmin edib. Biz yox, siz terrorçulara həmişə qucaq açıbsınız. İttihamlarınız yersizdir”.

Diplomatiya tariximizin qızıl səhifələrinə düşmüş bu epizodda Prezident İlham Əliyev incə şəkildə “Fransa, ASALA, Varujan Karapetyan, Nikol Paşinyan” fiqurlarını bir şahmat taxtası üzərinə yığıb. Diqqəti çox vacib mövzuya – “ASALA” terrorçularına yönəldib. Niyə? “Niyəsi” aydındır”.

H.Herisçi hesab edir ki, Köçəryan-Sərkisyan tandemi ilə qarşıdurmada Paşinyan məhz köhnə və müasir “ASALA”-ya arxalanır: “Terrorçular həmişə vaxtaşırı rebrendinq edərək adlarını dəyişirlər. ”ASALA” indi “Sasna tser”, yəni “Sasun qaplanları” adlanır. Qarabağ klanı ilə əlaqələri mürəkkəbdir. Səbəb?- arxadan açılan güllə!

Yəni 1993-94-cü illərdə “ASALA” Qarabağı işğal edərək onu nəlbəki üstə Robertə, Serjə hədiyyə etsə də, əvəzində arxadan zərbə qazanıb.

Məşum gecələrin birində Köçəryan-Sərkisyan bu “ASALA”çıları ucdantutma güllələyib. Qarabağda axırlarına çıxıblar.

İki-üç il əvvəl tanınmış “Exo Moskvı” radiosu öz qısa dalğalarında Serj Sərkisyana aid xüsusi müzakirə keçirib.

Verilişin müəllifi Aleksandr Venediktovu xahiş edirəm cibinizə qoymayın – o, heç vaxt sadə mövzuları gündəmə gətirmir.

Nəyi, hansı nadir faktı efirdə səsləndirirsə, ayıq olun, demək burda mütləq “torbada pişik var”.

Dəqiq desək, torbada pişik yox…məxfi informasiya var. Veriliş əsnasında həmin bax bu Aleksandr Venediktov qəfil dillənib, nə dillənib…

Dinləyici “Levon”un (Levon Ter-Petrosyan!) adından sensasion bir faktı geniş ictimaiyyətin diqqətinə çatdırıb.

Deyib ki, məşhur beynəlxalq terrorçu Monte Melkonyan, habelə onlarla digər adı bədnam “ASALA” yaraqlısını Qarabağda arxadan atılan atəşlə məhz Serj Sərkisyan qətlə yetirdib”.

Yazçının fikrincə, indi “ASALA” rebrendinq edib, “Sasna tser” (“Sasun qaplanları”) adını qazanıb: “Bu da izləri itirməyin bir başqa yoludur.

“Sasna tser”, yəni “ASALA” indi o qətliamı törədənlərin qanına susayıb – Serjdən, Robertdən intiqam almağa hazırlaşır. Paşinyan bu intiqam dəstəsindən, yəni “Sasna tser”dən öz məqsədləri üçün istifadə edir.

Nikol üçün Qarabağı 1992-ci ildəki kimi yenə də “ASALA”, yəni “Sasna tser” fəth etməlidir. İlk addım atılıb. Şuşa artıq Köçəryanın, Serjin deyil, Paşinyanın, “Sasna tser”in nəzarətindədir”.

H.Herisçinin sözlərinə görə, Prezident İlham Əliyevin son “şahmat konfiqurasiyaları”nda, yuxarıda vurğuladıqlarımız məqamların hamısına dair mesajları da görmək mümkündür: “O demək istəyirdi ki, ”ASALA” ilə əlaqələrin bizə bəllidir. Şuşaya ikinci dəfə soxulmağınız da bizə bəllidir. Zərbəmiz həmişəki kimi güzgü effektli, sarsıdıcı olacaq.

Beləliklə, gəlin “ASALA” mövzusuna felin keçmiş halında baxmayaq. “ASALA” indi Nikolun səyi ilə yenidən dirçəlir, silahlanır.

Həmişəki kimi yenə də Fransanın “Frankafoniya” modeli əsasında bölgəyə soxulur”.

Müsahibimiz qeyd etdi ki, prezidentin nişan verdiyi “ASALA” terrorçusu Varujan Karapetyan Suriyanın Qamışlı şəhərində doğulub.

“Bu şəhərdə indi də ”ASALA”-nın dayaq nöqtəsi var. Orada o qondarma “Rodjava” adlı kürd kvazidövləti qurur. Ötən ilki “Barış pinarı” əməliyyatı zamanı Ərdoğan bu quldur yuvasını, bu bayağı Çənlibeli məhv etsə də, son anda Rusiya bax, bu Qamışlını xilas etdi. Özü də gör kimin? – Nikol Paşinyanın təkidi və xahişi əsasında!

Yəni, “ASALA”-nın xahişi əsasında. Putin bu “ASALA” bazasını nəzarətə almaqla elə Ermənistanda da Paşinyanla yeni sövdələşməyə başladı. Girov götürdüyü Qamışlı bazası vasitəsi ilə həm “ASALA”-nı nəzarətə aldı, həm də Paşinyanı…

Gördüyümüz kimi, şahmat davam edir. Ancaq bu oyunda bizim sözsüz ki, İlham Əliyev kimi bacarıqlı qrosmeysterimiz var. Oyun bizə bəllidir”.

 

Əvvəlki yazı

İranla sərhəddə narkotik əməliyyatı

Sonrakı yazı

Adil Qeybulla: “İnsanlar evə qapanmaqdan yorulublar”

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.