14-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi – Fotolar

26 İyul 2020, 17:39
Manşet
A A
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi – Fotolar

İyulun 26-da İstanbulun “Bakırköy Azadlıq Meydanı”nda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.

Reportyor.info xəbər verir ki, aksiya qardaş Türkiyədən Azərbaycana dəstək məqsədilə keçirilib. Aksiya “Maskanı tax, bayrağını al, aramıza qatıl” şüarı, Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Məclisi, “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi, Çayeli Dərnəklər Federasiyası (ÇAYDEF), Avcılar Əhlibeyt Platformu, Rize Dərnəklər Federasiyası, Dünya Yozqatlılar Konfederasiyası, Türkiyə Müstəqil Krım Dərnəkləri Platformu, İstanbul Yozgatlılar Federasiyası, “Gənc İradə” (GİD), “İsmail Gaspırali Krım Tədris və Mədəniyyət”, “Bolqarıstan Türkləri”, “Yozgat Sənayeçi və İş Adamları”, “Türk Axivçilər”, “İstanbul Qumukları”, “Böyükçəkməcə Yozgatlılar”, “Üsküdar Rizelilər” dərnəklərinin təşəbbüsü ilə keçirilib.

Aksiyada hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən “Hazarfem”in rəhbəri Nuran Acar Ermənistanın Azərbaycana qarşı illərdir davam edən işğalçılıq siyasətindən bəhs edib, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb.

Türkiyənin qardaş Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.

Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub, son hadisələr zamanı Serbiyanın Ermənistana dəstəyi şiddətlə qınanıb.

Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.

Tədbirdə mediaya açıqlama verilib. Açıqlamada deyilir ki, yaxın günlərdə təcavüzkar Ermənistanın qardaş ölkə olan can Azərbaycana qarşı törətdiyi xain təxribatı qınamaq və bu hadisələr zamanı şəhid olan qardaşlarımızı anmaq üçün burada toplaşmışıq:

“Məqsədimiz burada toplanan qeyri-hökumət təşkilatları ilə qardaş ölkənin – Azərbaycanın tək olmadığını dünyaya bir daha çatdırmaqdır. Eşq olsun can Azərbaycana ki, belə igid və geniş ürəkli insanları var”. AZƏRTAC

İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi  - Fotolar
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi  - Fotolar
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi  - Fotolar
Əvvəlki yazı

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı (VİDEO)

Sonrakı yazı

“ Karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək” — Deputatdan AÇIQLAMA

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.