11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azad İsazadə: “Orduya könüllü yazılmaq şoudursa, lağa qoyacaqlar”

21 İyul 2020, 09:52
Cəmiyyət
A A
Azad İsazadə: “Orduya könüllü yazılmaq şoudursa, lağa qoyacaqlar”

Bizim müğənnilərin, şou-biznes adamlarının vətənpərvərliklə bağlı addımları məsxərəyə qoyulur, lağlağıya çevrilir, qeyri-səmimilik kimi qarşılanır. Toplumun belə reaksiyası, ikrah hissi ilə qəbul eləməsi də haradasa anlaşılandır.

Çünki həmin toy əhli, şou adamlarının hərəkətləri süni təsir bağışlayır, bəzi hallarda əttökənlik var. Xalq onları həmişə efirdə şadyanalıq edən, hoppanıb-düşən görüb, ziyalı kimi qəbul etməyib, çıxışları şit, bayağı təəssürat oyadıb, ona görə son hadisələrdə sənət adamlarının davranışlarına cəmiyyətdən müsbət münasibət görmək olmur.

Gəlin baxaq, aşıq, xınayaxdı mərasimlərinin təşkilatçısı Nazilə Səfərli qoltuğuna kondisioner vurub şəhid generalın evinə gedir, anası da geri qaytarır. Müğənni Ədalət Şükürov, Aygün Kazımova, Zamiq və s. xalqın şadlıq evlərində, şou verilişlərdə görməyə adət etdiyi sənətçilər səfərbərlik şöbələrinin qarşısında növbəyə düzülür, orduya könüllü yazılmaq üçün qeyiyyatdan keçirlər, sonra sosial mediada hesablarında paylaşırlar və bütün addımlar cəmiyyətdə reklam olaraq qəbul edilir.

Hərbi ekspert, psixoloq Azad İsazadə “Yeni Müsavat”a bildirib

ki, başqa ölkələrdə də belə reaksiyalar görürük. Onun fikrincə, orduya könüllü yazılmaq pis addım deyil:

“Sadəcə, nümayişdirsə, şoudursa, əlbəttə, lağa qoyacaqlar. İkincisi, bu gün könüllü yazılmaqla heç də bizi orduya aparmırlar. Lakin sabah səfərbərlik elan olunsa, hamını aparacaqlar, istər könüllü yazılan olsun, istər olmasın…”

Ekspert vurğuladı ki, Azərbaycanın Silahlı Qüvvələrində könüllü xidmət anlayışı yoxdur: “Qarabağ döyüşlərində özümüzü könüllü sayırdıq. Amma hərbi qulluqçu kimi qəbul edirdilər.

Mən hərbi komissarlığın binasına daxil olana qədər könüllüyəm, ondan sonra əgər qəbul edirlərsə, əmrə tabe olan hərbi qulluqçu sayılıram. Ona görə həmin siyahı ilə sabah orduya aparsalar, hərəsi bir vəzifə tutacaq”.

A.İsazadə könüllü orduya yazılmağı, şəhid ailələrinə köməyin mediaya çıxarılmasını düzgün saymır: “Əgər bunu etmisənsə, reklamdır. Sosial şəbəkədə də reklam kimi qarşılayırlar. Amma bəzilərinin xoşuna gəlir.

Məsələn, Vahid Mustafayev könüllü yazılıb və ona inanıram. Çünki I Qarabağ müharibəsində bir yerdə döyüş gedə-gedə səngərdə olmuşuq. Vahid mülki jurnalist idi, amma eyni güllənin altında otururduq.

Ona görə Vahidin könüllü yazılmasına inanıram. Amma kimsə buna inanmaya bilər. Mən Vahidi qorxmaz kimi tanıyıram.

Əgər o vaxt qorxmurdusa, deməli, yenə qorxmayacaq. Sadəcə, bəziləri bunu reklam kimi anlaya bilər. O adamları da qınamamalıyıq.

Unutmayaq ki, son 20 ildə televiziyalar reklam və şou üzərində qurulub. O qədər şouya öyrəşmişik ki, ciddi vətənpərvərlik addımları atılanda ona inanmırıq”.

Əvvəlki yazı

Cəbhədən son xəbər – Rəsmi

Sonrakı yazı

Adil Qeybulla: “Belə karantin olmur axı”

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.