21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva: “Siyasi baxışından asılı olmayaraq, hamı…”

20 İyul 2020, 13:47
Siyasət
A A
Qənirə Paşayeva: “Siyasi baxışından asılı olmayaraq, hamı…”

İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü – dövlət sərhəddinin Tovuz istiqamətindəki təxribatları və hərbi müdaxilə cəhdi gündəmin əsas mövzusu olaraq qalmaqdadır və bu çox təbiidir.

Tovuz olaylarından, ordumuzun düşmənə layiqli cavabından sonra, Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyinin olduğu bir daha öz təsdiqini tapdı. – Bu birlik yeni güc, qüvvət qazandı.

Reportyor.info xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıqlayıb.

Komitə sədrinin sözlərinə görə, siyasi baxışından, yaşından, təhsilindən, statusundan, sosial-mədəni durumundan, məşğuliyyət növündən, cinsindən, harada doğulmasından və s. asılı olmayaraq, bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə səmimi dəstək ifadə etdi:

“Özəlliklə, vətəndaşlarımızın qlobal pandemiyanın törətdiyi çətinlikləri, məhrumiyyətləri unudaraq, səfərbərlik ruhunda toparlanması çox qürurvericidir. Bu toparlanmanın məhz düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi vaxtda təzcalla etməsi o qürurun dərəcəsini, əyaranı daha da yüksəldir.

Respublika ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən kənarda qalmaması, praktiki olaraq, məsələlərə müxtəlif yanaşma tərzini bir qırağa qoyaraq, eyni Bəyanata imza atması, özlüyündə bir hadisədir. – Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, müxtəlif proqramı, fərqli məram-məqsədi olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını qabartmayaq, həmrəylik nümayiş etdirdi, Ali Baş Komandanın yanında olduqlarını aydın şəkildə bildirdi.

Etiraf edək ki, çoxdan arzuladığımız, bir çox ölkənin siyasi mədəniyyət gündəmində (və tarixində) qibtə ilə izlədiyimiz an nəhayət, bizim siyasi mühitdə də təcalla etməkdədir. Artıq bizdə də, dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır. Bu, gerçək təhlükəni dəf etmək imkanının, bir yumruq kimi birləşmək şansının ifadəsidir.

Digər tərəfdən, bu hadisə, cəmiyyətimiz üçün sosial-psixoloji baxımdan müsbət ismarıncların verilməsi deməkdir və siyasi istiqrara rəng qatmaqdır. – Özəlliklə, dəliqanlı gənclərimiz üçün siyasi ayrılıqdan daha üstün milli keyfiyyətin yaxud xəlqi ehtiyacın mövcudluğunun parlaq göstəricisidir.

Siyasi partiyaların möcud durumu düzgün dəyərləndirməsi, sərhəddəki son hücumların təsadüf olmadığını – Ermənistanın (və onun havadarlarının) təcavüzkarlıq planlarının yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirməsi tarix baxımından, bugünün düzgün analizi baxımından və gələcəyə baxışımızın aydınlaşması baxımından önəmlidir.

“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik.

Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”. – Bu, 43 siyasi partiya sədrinin qoşulduğu “Bəyanat”da bildirilir. Üstəlik, bu Bəyanatdan sonra, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da, ayrıca açıqlamalarla, Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdi.

Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını qətiyyətlə alması, düşmənə canlı qüvvə və texnika itkisi baxımından ağır zərbələr vurması, işğalçının hərbi obyektlərini dağıtması qədirbilən xalqımız tərəfindən coşğunluqla qarşılandı. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər Xiyabanına gəldi. – Bu yüksək qiymətə layiqdir.

Dünya gördü ki, Azərbaycan xalqı öz ordusu ilə bir ürək, bir candır; dünya gördü ki, Azərbaycan xalqını yalnız ədalətli sülh təmin edə bilər. O tarixi gecəni bugünümzə, tariximizə qazandıranlar və eyni güclə gələcəyimizə yazanlar çox sağ olsun! Ancaq əfsus ki, onların arasına cəmiyyətin tör-töküntüləri də girərək, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı.

Buna baxmayaraq, heç bir daxili və xarici siyasi güc, dövlətimizi, xalq-dövlət birliyini, Ali Baş Komandan-xalq həmrəyliyini sarsıda, şübhəyə sala bilməzdi. Xalqımız hər şeyi görür, düzgün qiymət verir.

Əlbəttə, dövlətimiz də xalqımızla birlikdədir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Gərək, siyasi həyatımızın bütün iştirakçıları da bu planlamada özünəxas töhfələrlə görünsün.

Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduğunu birmənalı şəkildə ifadə etsə də, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə belə, olaylara ya münasibət bildirmir ya da yanlış münasibət bildirir. Bu, özünü ölkə taleyindən, birlikdən qıraqda qoymaq, kənar müşahidəçi statusuna üstünlük verməkdir və qəbul ediləsi hal deyil.

Onlar sabah-birisigün yenə adətkar şəkildə hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verərsə, buna heç təəccüblənmərik. Tənqid etmək bu dünyanın ən sadə, ən bəsit işidir, ancaq məsuliyyət daşımaq, məsuliyyət bölüşmək hər adamın işi deyil, hər qurum-quruluş məsuliyyət daşıya bilməz. Necə deyərlər, hər kəs özünə yaraşanı edir; siyasi hikkəsini yenmək hər adama nəsib olmur…

Əlbəttə, xalqımız bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi çevrələrin, marginal qrupların, radikallaşmışların Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür. Belələrinə ən layiqli cavabın isə növbəti seçkilərdə bir daha veriləcəyinə şübhə yoxdur. Hər kəs haqq etdiyi müamiləni görməlidir… Bayrağımız uca, istiqrarımız, həmrəyliyimiz möhkəm olsun! Salam-sayğılarla,

Əvvəlki yazı

İcra başçısının “tender kralı” ilə yarım milyonluq işi

Sonrakı yazı

“Rusiya bizə qarşı yeni cəbhə açır” – Sülhəddin Əkbər

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.