Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə toy, ad günü, bir çox tədbirlərin təxirə salınmasına görə bir çox sənət adamı işsiz qalıb.
Axşam.az xəbər verir ki, müğənni Nura Suri özünə fərqli sahələrdə iş axtarmağa başlayıb. O bildirib ki, nəhayət çalışmağa başlayıb:
“Son iki aydır ki, başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və bir tikinti şirkətində işə başladım. Müğənniliklə yanaşı, başqa bir işimizin olmağı da vacibdir. Bir həftə öncə əmək müqaviləsi bağlamışıq.
Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Hələ ki, bu, bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər. Allah köməyimiz olsun”.