25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?- “Dərman mafiyası işi”

19 May 2018, 17:31
Gündəm
A A
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb?- “Dərman mafiyası işi”

Son günlərin əsas mövzusu olan “Dərman mafiyası işi” ilə bağlı yeni iddialar var.

AFN xəbər verir ki, məsələ dərman biznesi ilə məşğul olan deputatları da vurmağa başlayıb. Bir müddət öncə xanım deputat Elmira Axundovanın adı bu işdə keçdikdən sonra Bakı Ürək Mərkəzinin direktor müavini Rəşad Mahmudovun vəzifəsindən uzaqlaşdırılması da “Dərman mafiyası işi” ilə bağlanır. Artıq R.Mahmuvodun bu məsələ ilə bağlılığı haqda bəzi iddialar səsləndirilsə də, bunların həqiqətə nə qədər yaxın olması haqda hələlik heç bir ehtimalımız olmadığı üçün kluarlarda bu işdə adı daha çox hallanan başqa bir deputat – Cavanşir Feyziyevlə bağlı xəbərlərin üzərində dayanmağı lazım bildik. Mətbuat C.Feyziyevin artıq özünümüdafiə məqsədilə hərəkətə keçdiyi, haqqında internet mediada əvvəllər dərc edilmiş neqativ yazıların sildirilməsi üçün addımlar atdığı barədə yazır.
Məlumatsız oxuculara xatırlatmaq yerinə düşər ki, C.Feyziyev “Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun “Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı. Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə “Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı. Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur. Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq.
Mövzu ilə bağlı söhbətləşdiyimiz əczaçı deyir ki, son təxminən bir ildən çox müddətdə “Avromed” yenidən bazarda əvvəlki mövqeyini bərpa etməkdədir: “Yenə bazarda aparıcı paya malik olmaq istiqamətində gedir işlər. Saxta dərmanlar məsələsi bir az qəlizdir, bunu hər sıravi əczaçı bilə bilməz. Təcrübəmdə işlədiyim apteklərin hər hansı birində alıcı tərəfindən saxta olduğu üçün geri qaytarılan dərman görməmişəm. Lakin böyük firmaların böyük partiyalarla saxta dərmanlar gətirməsi haqda son günlər tez-tez eşidirəm”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, “Avromed”in apteklərində heç bir başqa firmanın dərmanı satılmır: “Onlar apteklərində yalnız öz dərmanlarını satırlar. Əksinə, başqa firmaların aptekləri onlardan mal götürür. Eşitdiyimə görə, rəhbəri deputatdır”.
C.Feyziyevin adının bu işdə hallandırılmasına sosial şəbəkələrdə daha çox rast gəlinir. Deputatın bu işdə mütləq cəlb edilməli olduğu barədə şərhlər mövcuddur. Detallı olmasa da, insanların bu cür mövqe sərgiləməsinin ehtimal ki, hansısa əsaslı səbəbləri var. Yaxud bəlkə də sadəcə C.Feyziyevin ən böyük dərman firmalarından birinin rəhbəri olması bu cür iddialara səbəb olur. Məsələ hər nədirsə, təəssüf ki, adıçəkilən deputata ulaşmaq, ondan hansısa suala cavab almaq müşkül məsələyə çevrilib. AFN olaraq bir müddət bundan əvvəl “Avromed”in bazardakı rolu ilə bağlı deputata bir neçə sual ünvanlasaq da, cavab ala bilməmişik. Hər bir halda, bütün yazılanlarla bağlı C.Feyziyevin mövqeyini verməyə hazırıq.

Əvvəlki yazı

Qənirə Paşayeva Avstraliya Xarici İşlər Naziri və Sidney meri ilə görüşdə Qarabağdan danışıb

Sonrakı yazı

”İcra başçısının 11 illik yarıtmaz fəaliyyətini yazdı həbs olundu”…Kiçik padşahların böyük loxmaları

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.