05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TRAMP İRANLA MÜHARİBƏYƏ BAŞLAYIR? – Rusiyanın qazandığı yeni fürsətlər

19 May 2018, 17:06
Dünya
A A
TRAMP İRANLA MÜHARİBƏYƏ BAŞLAYIR? – Rusiyanın qazandığı yeni fürsətlər

ABŞ-ın İranla bağlı nüvə müqaviləsindən çəkilməsi ilə əlaqədar Kreml ictimaiyyət qarşısında özünün dərin məyusluğunu nümayiş etdirir. Trampın İranın nüvə proqramından çıxması planı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda ABŞ ittiham edilirək deyilir ki, onların qərarı “özlərinin dar mənfəətləri və konyuktur maraqlarına xidmət göstərir”.

Moskva Trampın bu qərarı ilə əlaqədar “özünün dərin məyusluğunu” bildirərək, bu müqavilənin mühümlüyünü xüsusi qeyd edib. Keçən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa dövlətlərinin liderləri ilə bir sıra görüşlər keçirərək, ABŞ-ın qərarından sonra müqavilənin qorunması məsələsini müzakirə edib.

Lakin Moskva digər maraqlı tərəflərdən fərqli olaraq öz məyusluğunu çox təmkinli şəkildə ifadə edib. Bu onu göstərir ki, ABŞ-ın qərarı Moskvanın əsas maraqlarına toxunmur və hətta əksinə, onun qarşısında bir sıra yeni imkanlar da açır.

Düşünün: ABŞ-ın qəflətən nüvə müqaviləsindən çıxmasından sonra İranın reputasiyası gözlənilmədən yaxşılaşmağa başlayır. Bu vəziyyətlə əlaqədar meydana gələn qeyri-müəyyənlik neftin qiymətini qaldırır. Avropa Vaşinqtona qarşı böyük inamsızlıqla yanaşmağa başlayıb və müvəqqəti olsa da, hər halda NATO üzvləri arasında fikir ayrılığı qaçılmazdır.

Nüvə sazişi iqtisadi baxımdan İrana heç bir üstünlük vermirdi, amma indiki vəziyyətdə Avropa Amerikanın İrana qarşı sanksiyalar tətbiqi məsələsində kənarda duraraq, Tehranla işlərini davam etdirə bilər.

Ən mühüm məsələ isə Amerikanın müqavilədən çıxmasının müharibənin başlanması üçün bəhanə olması və ya İrana qarşı hərbi zərbənin vurulması təhlükəsindən ibarətdir. Moskva bunu aktual təhlükə hesab etmir. Baxmayaraq ki, hətta Ağ Ev administrasiyasının bəzi nümayəndələri İranı asan hədəf saysalar da, çətin ki, Tramp Yaxın Şərqdə daha bir müharibəyə girişsin.

Əgər İran küncə sıxışdırılarsa, onda bu, regiondakı təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmayacaq, lakin müharibədən qaçmaq olar. Moskva hesab edir ki, Trampın qərarı ilk növbədə ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlıdır. İndi ABŞ prezidentinə güclü görünmək lazımdır. Çünki hal-hazırda o, respublikaçıların dəstəyini almaq istəyir.

Əgər vəziyyətə bu cür baxış doğrudursa, onda ABŞ-ın İranın nüvə sövdələşməsindən çıxmasını Moskvanın şərh etməyə ehtiyacı yoxdur. Bu müqavilənin qüvvədə qalması üçün Moskva Avropa və Çin ilə razılığa gəlməlidir və imkan verməlidir ki, Vaşinqton neqativ diplomatik nəticələrlə qarşılaşsın.

Lakin Moskvanın Trampın müqavilədən çıxmasına göstərdiyi reaksiya təəccüb və maraqla doludur. Siyasi icmalçılar sual verirlər ki, görəsən beynəlxalq təhlükəsizlik hələ nə vaxtadək Amerikanın daxili siyasətinin qurbanı olacaq. Həm də əksəriyyət onu da soruşur ki, nəyə görə “azad dünya”nın liderlərinə özünü kovboy kimi aparmağa izin verilir. Moskva əmindir ki, bu qaydalar artıq çoxdandır ki, mənəvi legitimliyini itirib.

İndi Kreml sadəcə sakit oturub və Avropanın reaksiyasını müşahidə edir. Kreml özünə sual verir ki, Avropa Birliyi ABŞ-ın bu cür satqınçılığından sonra Transatlantik əməkdaşlığını qoruyub saxlaya biləcəkmi.

İndiki diplomatik böhranın şərtləri daxilində Rusiya öz qarşısında çoxqütblü dünyanın formalaşdırılması, Qərb dünyasının həmrəylik dərəcəsinin azalması və fövqəldövlətlər siyasətinə qayıdışı əsas istiqamətlər kimi görür.
Rusiya güman edir ki, Amerika yenidən özünün birtərəfli istinktlərinə müraciət edir. Əgər bu doğrudan da belədirsə, onda ABŞ danışıqların etibarsız iştirakçısına çevrilir, Moskva isə əslində bunu çoxdan bilirdi. ABŞ-ın İranla bağlı sövdələşmədən, Transatlantik əməkdaşlığından və Paris iqlim müqaviləsindən geri çəkilməsi avropalıları qəzəbləndirsə də, Moskvanın ABŞ-a qarşı olan narazılıq siyahısı avropalıların bu xüsusdakı siyahısından xeyli uzundur.

Ancaq Rusiya öz diqqətini Amerikanın silahlanma üzərində ”məsuliyyətsiz addımlarına” nəzarət sahəsinə və regional münaqişələr (ilk növbədə Suriya və Ukraynada) məsələsinə cəmləyir.

Əgər bu ABŞ üçün yeni norma hesab olunursa, onda ABŞ-ın rəhbərlik etdiyi alyansın gələcək siyasətindən nə gözləmək olar?

1953-cü ildə milli təhlükəsizliyin əsas prinsipləri formalaşdırılanda, Amerikanın başlıca xarici siyasət maraqları həmrəyliyin dəstəklənməsi və Sovet İttifaqının önünün alınmasındakı yükün Avropa və Yaponiya ilə bölüşdürülməsindən ibarət idi. O zaman dörd güc mərkəzi – Almaniya, Böyük Britaniya, Yaponiya və ABŞ-ın səylərini birləşdirməsi lazım idi. Ancaq son onilliklərdə Amerikanın birtərəfli addımları öncəki strategiyanın əsaslarını sarsıdıb. Bu isə Rusiya üçün yaxşı xəbərdir, çünki ABŞ-ın bütün müttəfiqlərinin səfərbər hala gəlməsini tələb edən həmin vahid təhlükə ortadan qalxıb.

Moskva uzün müddət çoxqütblülük prinsipinin dəstəklənməsinə çağırışlar edib və indi nəhayət ki, həmin an gəlib çatıb. İndi hərə öz hayındadır. Bu o deməkdir ki, dünya daha təhlükəli olmağa başlayıb. Amma bu qlobal siyasətdə daha dayanıqlı tarazlığın yaranmasına doğru aparacaq. Yəni klassik güclər nisbətinə qayıdış yenidən önə çıxır. Rusiya belə bir oyunun vərdişlərini çox gözəl bilir. Ona görə də, belə bir vəziyyət Moskvaya birqütblülükdən daha çox xoş gəlir.

(The National Interest-ABŞ)

Əvvəlki yazı

“2020-ci ildən sonra da Qran Pri keçirmək istəyirik” – Arif Rəhimov

Sonrakı yazı

Qənirə Paşayeva Avstraliya Xarici İşlər Naziri və Sidney meri ilə görüşdə Qarabağdan danışıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.