12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ermənistan Rusiyadan razılıq alıb” – Sərdar Cəlaloğlu

16 İyul 2020, 09:45
Siyasət
A A
“Ermənistan Rusiyadan razılıq alıb” – Sərdar Cəlaloğlu

Ermənilərin son təxribatlarından sonra Tovuz rayonu istiqamətində başlayan gərginlik davam edir. Ermənilərin Tovuz cəbhəsində savaşa başlamasının səbəbləri barədə ən müxtəlif fikirlər meydana çıxıb. Çoxları indiki şəraitdə düşmənin təxribata əl atmasını təsadüfi saymır.

Burada Rusiya izi daha çox axtarılır. Bu da əsassız deyil. Çünki son günlərdə ruspərəst qüvvələrin, o cümlədən ölkə daxilindəki “beşinci kolon”un fəallaşması müşahidə olunurdu.

Bütün bunların ardınca belə hadisələrin baş verməsi sıradan bir olay kimi dəyərləndirilmir. Xüsusən günlər öncə qiyamçı polkovnik, Rusiyanın müəyyən dairələrinə bağlı Surət Hüseynovun “dirilməsi” və bir-birinin ardınca açıqlamalar verməsindən sonra bu cür hadisələrin yaşanması çoxsaylı suallar yaradır.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu diqqətçəkən fikirlər səsləndirdi: “Bir neçə gün bundan qabaq ruspərəst qüvvələrin fəallaşması, ”beşinci kolon” nümayəndələrinin aktivləşməsi və SSRİ-nin bərpa olunacağı yönündə müəyyən bəyanatları, Azərbaycanın parçalanacağı yönündə fikirlər səsləndirmələri, Surət Hüseynovun çıxışları bir çox mətləblərdən xəbər verirdi. Digər tərəfdən, bu fikirlərimə əlavə olaraq onu da deyim ki, Rəhim Qazıyevin müraciəti də düzdürsə, bütün bunlar bir planın tərkib hissəsidir.

Burada o qədər də ciddi bir təhlükə yoxdur. Sadəcə olaraq, bunlar araşdırılmalıdır ki, bunlar arasında nə dərəcədə əlaqə var. Surət Hüseynov bildiyim qədəri ilə özü mətbuatda çıxış etmək istəyib. Cümşüd Nuriyev bir-birinin ardınca qəribə-qəribə təhlillər yazır, “Azərbaycan parçalanacaq, yaxud işğal olunacaq” və s.

Əvvəl də deyirdi ki, SSRİ 2024-cü ildə bərpa olunacaq. Sonra da deyir ki, 2-3 aya Azərbaycan parçalanacaq. Bunlar hamısı ictimai rəydə şok yaratmağa, psixoloji gərginliyə səbəb olmağa hesablanıb.

Üstəgəl, Tovuza ermənilərin hücumu bunların ardından baş verdi. Biri var ki, Qarabağda münaqişə aktivləşsin və Azərbaycan cəmiyyəti buna uyğunlaşsın. Biri də var ki, Qarabağa aid olmayan bir əraziyə hücum edilsin. Ermənistanın bu hücumu Azərbaycan cəmiyyətinə mesajdır.

Təhdid etməyə, qorxutmağa, Azərbaycanı basqı altında saxlamağa hesablanıb. Həm daxildə, həm də xaricdə yüzdəyüz bunların bir-biriləri ilə əlaqələri var. Gəncə qiyamında iştirak edən şəxslərin, eləcə də aktivləşən adamların hərəkətlərinə fikir vermək lazımdır. O zaman bir komanda kimi onların hamısı Rusiyanın bilavasitə rəhbərliyi altında o işləri görüblər. Ona görə də onların hər birinin bəyanatına, addımlarına fikir vermək, onları izləmək lazımdır”.

ADP sədri Tovuz hadisələrində birbaşa Rusiya izi görür: “Rusiya ilə Ermənistan arasında hərbi ittifaq var. Ermənistan Rusiyanın xəbəri, razılığı olmadan heç bir hərbi əməliyyata başlaya bilməz. Onların müqaviləsi belədir. Müharibə şəraitində erməni qoşunlarına Rusiyanın generaliteti rəhbərlik edir. Müqavilənin şərtlərindən biri budur. Ona görə də təsadüfi deyil ki, özləri müharibə başlayır və dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edirlər ki, bu məsələ müzakirə edilsin. Bütün bunlar onu göstərir ki, qabaqcadan planlaşdırılmış bir məsələdir”.

Əvvəlki yazı

Tovuz istiqamətində döyüş gedir – Rəsmi

Sonrakı yazı

Deputat: “Qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik”

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.