21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib – “Toka qoşanda…”

19 May 2018, 16:56
Cəmiyyət
A A
Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib – “Toka qoşanda…”

Rusiyanın Stavrapol vilayətində Azərbaycan vətəndaşı, qanunsuz silah və narkotik dövriyyəsində ittiham olunaraq ötən ilin martında həbs edilən biznesmen Mehman Quliyevin işi üzrə məhkəmə prosesi gedir. Virtualaz.org “Kavkazskiy uzel” portalına istinadla xəbər verir ki, təqsirləndirilən Quliyevin qardaşı bu cinayət işinin qurama olduğunu, Mehmandan istintaqda ifadəni işgəncə altında, toka verməklə aldıqlarını deyib. Məhkəmədə Mehmanın qohumları da iştirak ediblər, ancaq qardaşı Rasimdən başqa onların heç biri cinayət işinə və irəli sürülən ittihamlara dair fikir bildirməyiblər. Çünki “problemlə qarşılaşmaq” istəməyiblər.

239556_srcMehman Quliyev Azərbaycan vətəndaşı olduğundan onun azərbaycanlı diplomatların da dəstəyinə ümid etmək haqqı var, amma Azərbaycanın konsulluq əməkdaşları bir dəfə də olsun onun məhkəməsinə getməyiblər.Qardaşının dediyinə görə o, vəkil Ələddin Musayevlə birlikdə diplomatik nümayəndəliyə gediblər, amma orada deyiblər ki, 10-15 diplomatın Rusiyada yaşayan hər azərbaycanlının problemi ilə məşğul olmağa imkanı yoxdur.

Rasimin dediyinə görə Mehmanın işi onların bizneslərini əllərindən almaq üçün saxtalaşdırılıb. Həbsdəki biznesmenin qardaşı iş üzrə hər iki müstəntiqin erməni olduğuna da diqqəti cəlb edib. “Dağlıq Qarabağ problemi Rusiyada yaşayan azərbaycanlılarla ermənilərin münasibətlərinə də təsir edir. Mən hesab edirəm ki, Mehmanın işinə qəsdən erməni müstəntiq cəlb ediblər, hesablayıblar ki, o istintaq üçün şübhə doğuran məqamlarla bağlı dərinə getməyəcək. Amma birinci müstəntiq məsuliyyətli və ağıllı adam idi, ona görə də işi ikinci müstəntiqə-yenə də erməniyə verdilər”-Rasim Quliyev deyir.
Məhkəmədə vəkil deyib ki, müdafiə etdiyi şəxs rus dilini pis bilir və onun adından yazılan ifadəyə məcburi qol çəkib. Çünki Quliyevə işgəncə veriblər, onun hər iki əlinin barmaqlarında toka verilmənin izləri var. Məhkəmədə prokuror bu xəsarət izlərinin həqiqətən işgəncə nəticəsində yarandığını dəqiqləşdirmək üçün təkrar ekspertiza barədə vəsadət qaldırıb.
Mehman Quliyev özü isə məhkəmədə əllərinin barmaqlarında, boynunda və çənəsində toka verilmə nəticəsində yaranan xəsarət izlərini göstərib: “Toka qoşanda az qala tavana qədər sıçradım”.

239557_srcMehmanın qardaşı deyir ki, həbsdən əvvəl güc strukturlarının əməkdaşları onları təhdid edirdi və xəz biznesindən əl çəkməyi tələb edirdi. “Yanıma gəlib hədələdilər ki, əgər xəz alverindən əl çəkməsəm qardaşımın gününə salacaqlar. Bundan sonra oğlum-Azərbaycan vətəndaşı saxlanıldı və Azərbaycana deportasiya edildi. Hansı ki, onun Rusiyada yaşamaq icazəsi var idi”-Rasim deyir.

O bildirir ki, təzyiqlər nəticəsində biznesi əlindən çıxıb, hazırda Rasim Mehmanın Azərbaycanda yaşayan ailəsinin, həm də öz ailəsinin qayğısına qalmağa məcburdur. Mehmanın Azərbaycanda arvadı və üç azyaşlı uşağı yaşayır.

Biznesmen Mehman Quliyev ötən il martın 7-də Stavrapolda OMON-un iştirakı ilə həbs edilib. Istintaqın versiyasına görə onun avtomobilindən narkotik və patronlar aşkar olunub.

Əvvəlki yazı

“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək” – Ülvi Mehdiyev

Sonrakı yazı

“2020-ci ildən sonra da Qran Pri keçirmək istəyirik” – Arif Rəhimov

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.