Təhlükəsizlik Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev cəbhədə şəhid edilən hərbiçilərimizin qisasının alındığını bildirib.
Dövlət başçısı baş verənlərin Ermənistanın növbəti təxribatı olduğunu qeyd edib: “Heç bir səbəb olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Buna adekvat cavab verilib…”
İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlət başçısı iclasda çıxış edib.
Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.
Təhlükəsizlik Şurasının iclasının cəbhədəki vəziyyətlə bağlı çağırıldığı şübhə doğurmur.
Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.