11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ege Hospitalında ölmüş şəxsi ürək əməliyyatı etmək istədilər

07 İyul 2020, 17:16
Seçmə
A A
Ege Hospitalında ölmüş şəxsi ürək əməliyyatı etmək istədilər

Ege Hospitalında ölüm hadisəsi baş verib.

Reportyor.info xəbər verir ki, bu barədə 72 yaşlı pasiyent Əliyəsər Xasməmmədovun yaxınları məlumat yayıblar.

Yaxınları xəstənin ölümündə hospitalın kardioloq-cərrahı Ülvi Mirzoyevin günahkar olduğunu iddia ediblər. Ə.Xasməmmədovun qızı Səbinə Nəzərova isə iddiasını sosial şəbəkədə ictimailəşdirib:

“Ülvi Mirzoyev ayın 24-ü atamı müayinə edib diaqnoz qoydu ki, stend qoymaq lazımdır. Təklif etdi ki, anju eləmişəm əgər yanınızda pul varsa, indi qoyaq. Çünki 98 faiz damarları tutulub. Dedi ki, 6 ədəd stend qoymaq lazımdır. Soruşduq ki, bu qədər stend qoymaq olarmı? Dedi ki, bəli mən 8 ədəd belə qoymuşam. 10 000 manat ödəyib razılaşdıq. 2 gün sonra buraxdılar, ayın 4-də gecə atam özünü pis hiss edirdi və təcili tibbi yardım yoxlayıb dedi ki, bu qədər stend qoymaq olmaz. Atam səhər öz maşını ilə anamla həkimə gedib. Həkim deyib ki, 1500 manat ödədikdən sonra müayinəyə gəlin. Yarim saat sonra isə sənədləri gətirib ki, imzalayın açıq  əməliyyat edək. Anam həkimə dedi ki, xəstəni göstərin, sonra biz imzalayaq. Deməli, xəstə artıq dünyasını dəyişib və bu özünə həkim adı qoyan məxluq ölmüş insanı əməliyyat etmək istəyirmiş. Biz ondan bunun səbəbini soruşmaq istəyəndə artıq həkimin ortalıqda olmadığını gördük. Üstəlik, 200 manat ödəyərək atam məscidə yumağa göndərib. Sən kimsən ki, kiminsə meyitini icazəsiz məscidə aparasan?!”

Ülvi Mirzoyev
Ülvi Mirzoyev

Ü.Mirzoyev isə “Report”a açıqlamasında qeyd olunanların böhtan olduğunu bildirib.

“Qeyd olunanlar hamısı əsassız fikirlərdir. Bunlar sosial şəbəkələrdə əsası olmayan məlumatları yayırlar. Biz həmin xəstəmiz üçün çox vuruşduq. Mənimlə yanaşı digər həkimlərimiz də xəstəmizin həyatdakı son saniyəsinə qədər onu xilas etmək üçün mübarizə apardıq. Onun ölüm səbəbi biz deyilik, bizim hansısa yanlış hərəkətimiz, yanlış müalicə, səhv əməliyyat olmayıb. Hər şey doğru olub, hər şey Avropa Kardiologiya Cəmiyyətinin, Amerikan Ürək Assosiasiyasının, eləcə də Azərbaycanın Kardiologiya Cəmiyyətinin ümumi tövsiyələri əsasında həyata keçirilib.  Mən Türkiyədə və İngiltərədə universitet bitirmişəm. Nüfuzlu universtitetlərdə təhsil almışam. 20 illik stajım var. Əlbəttə, hər bir həkim səhv edə bilər. Amma konkret olaraq bu xəstəmizlə bağlı bizim heç bir səhvimiz olmayıb. Xüsusən də burada heç bir səhlənkarlıqdan söhbət gedə bilməz. Xəstəmizin anadangəlmə laxtalanma problemi olub. Yüksək dozalarda verdiyimiz qandurulducu dərmanlara baxmayaraq damarlarında tramboz oldu və xəstə ikinci dəfə gələndə biz o trambozu müalicə etməyə çalışsaq da, alınmadı. Ona görə də biz əməliyyat qərarı versək də çatdıra bilmədik və xəstəmizin ürəyi dayandı. Biz dərhal digər reanimasiyan tədbirlərə keçsək də onun həyatını xilas etmək mümkün olmadı”.

Həkim xəstənin yaxınlarının stend sayı ilə bağlı iddialarına münasibət bildirib. Onun sözlərinə görə, heç bir tibbi ədəbiyyatda stend sayında məhdudiyyət yoxdur. Ü.Mirzoyev qeyd edib ki, məsələ stendin sayında deyil, xəstəliyin yayqınlığındadır:

“Tibbdə 100 faizlik nəticə yoxdur, ən çox baş verən ölüm də ürək-damar xəstəliklərindəndir. COVID-19-dan 3 faizlik ölüm nisbəti var – bu xəstəlikdən kimsə rəhmətə gedəndə heç təəccüblənmirlər. Amma ürək-damar xəstəliklərindən kimsə vəfat edəndə, dərhal sensasiya olur və həkimlər hədəfə alınır. Biz Allah deyilik və hər şey də bizim əlimizdə deyil. Xəstənin yaxınları da həmin gün bütün bu məsələlərlə bağlı bizimlə araşdırma aparmadan xəstəxanada hay-küy saldılar və qapını qırdılar. Onlar bizi məsələni izah etməyə imkan vermədilər. Amma biz hər şeyi onların yaxınlarından birinə izah etdik”.

Kardioloq-cərrah xəstənin öldükdən sonra əməliyyat etmək istədiyimiz barədə məlumatlar da əsassızdır: “Guya biz ölmüş cənazəni əməliyyat etmişik, bunlar hamısı absurd fikirlərdir. Hospitalda kamera görüntüləri var. Bu, hər şeydən əlavə insanlığa və ağıla sığan bir şey deyil. Xəstə dünyasını dəyişəndən sonra yaxınları istəyinə uyğun olaraq hospitalın müəyyən işçiləri cənazənin yuyulmasın üçün köməklik göstəriblər. Onun həkimlərlə, şəxsən mənimlə heç bir əlaqəsi yoxdur”.

Əvvəlki yazı

“Lotu Quli” saxlanıldı

Sonrakı yazı

İlham Əliyev bu qanuna dəyişiklik etdi

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.