04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ayda 3 min alan deputatların kasıblara “Evdə qal” öyüdü… – Foto

01 İyul 2020, 10:55
Siyasət, Manşet
A A
Ayda 3 min alan deputatların kasıblara “Evdə qal” öyüdü… – Foto

Azərbaycanda havadan Oruellin “1984” romanının qoxusu gəlir – total qorxu və kütləvi psixoz…Bu, aylardır davam edir. Toplum dünyanın informasiya terrorunun qarşısında aciz vəziyyətdədir.

Sanki qaranlıq hücrədəsən və dörd divarın hər birinə toxunuşda qulaqbatıran qorxunc səslər eşidirsən. İnsanlar tamamilə ümidsiz və pessimist olublar. Onları COVİD19-la uzun müddət yaşamağa öyrəşməyə çağırırlar. Bu, mikroba adaptasiyadan əvvəl beyinlərdə immunitet yaradılması siyasətidir.

Bəşəriyyəti barmağına dolayan ÜST kimi mafioz, korporasiya maraqlarına xidmət edən təşkilatın fəaliyyəti bəzi siyasi hakimiyyətləri də qane etməkdədir.

Nədən ki məşhur nəzəriyyəçi Naomi Klaynın “idarə olunan xaos”  metodologiyası işə yaramaqdadır. Xalqları həbsxanada və nəzarətdə iki yolla saxlamaq olur: müharibə şəraitində və epidemiya yayılanda…


***
Lakin Azərbaycanda qanunverici orqanın üzvlərinin ürəyindəndir ki, ölkədə gestapo şəraiti yaradılsın. Anaxeber.info yazır ki, parlament üzvləri deyəsən, karantinlə gestaponu səhv salıblar.

İnfeksiyaya yoluxmaların artması hələ o demək deyil ki, Azərbaycanı zindana çevirsinlər. Gözümüzün qabağında bir neçə ay əvvəl İsveç kimi dövlət heç bir karantin təbiq etmədən virusla yaşamağa davam etdi.

Azərbaycanlı anti-millət vəkilləri isə xora qoşulublar, Siyavuş Novruzov  COVİD19-a inanmayanları cəzalandırmağa çağırır, Fəzail Ağamalı təklif edir ki, heç kimə güzəşt olmasın, SMS də ləğv olunsun, Elman Nəsirovun fikrincə, cərimələr artırılsın, 1000 dollardan çox olsa nəticə verə bilər.

Xalqa 1 manat verilməsini hökumətə təklif etməyən və hamılıqla bir ağızdan sərt qaydaların, cəzaların tərəfdarı olan bu deputatlar sərt karantin rejimini sərt diktatura rejimi ilə əvəzləmək niyyətində görünürlər. Onların sözlərindən belə çıxır ki, maska taxmayanı az qala şəriət hökmləri ilə şallaqlasınlar, falaqqaya bağlasınlar.

“İslahatçı parlamentin” deputatları sayılan bu mandat sahibləri seçicinin xeyrinə olan heç bir təşəbbüslə çıxış etmirlər. Əksinə, iqtidarın yerinə “karantin zopası” ideyaları irəli sürürlər. Halbuki, millət vəkilləri hökuməti ayıq-sayıq etməlidir. Bəyan olunmalıdır ki, Azərbaycan əvvəl gündən İsveç variantına getməliydi.

Karantini uzatmaqla, məhrumiyyətlər tətbiq etməklə, problemi həll etmək mümkün olmayacaq. Ölkə çökür, iqtisadiyyat dibə vurub, insanlar yoxsul vəziyyətə düşürlər. Bu karantinlərin davam etməsi ölkədə sosial zəminli etirazların kütləviləşməsinə çevriləcək.

Deputatlar isə kustar cəza mexanizmləri təklif edirlər. Onlar Yasamalda cəza maşınının hansı nəticə verdiyini xatırlamırlar. Hazırda gərgin vəziyyətdə olan cəmiyyətdə ab-havanı yumşaltmaq zamanıdır.
***

İlk növbədə rayonlara gediş-gəliş şəraiti yaradılmalıdır, Bakı boşaldılmalıdır, kiçik dükanlar açılmalıdır, marketlərin girişlərində nəzarətçilər saxlanmalıdır ki, maskasız daxil olanlara xəbərdarlıq etsinlər, orta və kiçik sahibkarlıq şəffaf şəkildə dəstək göstərilməlidir, 190 manat yardım əhalini geniş planda əhatə etməlidir, yəni ən azı 2-3 milyon vətəndaşa birdəfəlik ödənişlər olmalıdır.

Amma parlamentin əvvəlkindən təfavütü olmayan indiki deputatlarının heç biri xalqın maraqlarına uyğun bu cür təkliflər irəli sürmürlər, kimisi fövqəladə rejim, kimisi ağır cəza tərəfdarıdır.

Bu müddət ərzində bir deputatın dilindən eşitmədik ki, əmək haqlarının artırılmasına çağırış etsin, biri özündə cəsarət tapıb söyləmədi ki, işıq pulu borcu bir ay hesablanmasın yaxud limit artırılsın.

Axı yaydır, insanlar isti havada evlərdə kondisioner işlətməli olur və bu da əlavə enerji xərcidir. Heç bir deputatın ağzından çıxmadı ki, maska pulsuz paylansın və ya qiyməti ucuzlaşdırılsın.

Amma xalqı günahkar, məsuliyyətsiz çıxarmaqda növbəyə düzülüblər. Çünki onlar fevralda keçirilən seçkilərdə laqeyd dedikləri xalqdan səs almayıblar, təyin olunublar. Və ayda 3000 manatdan yuxarı maaş alan, “ağzı isti yerdə olan” deputatların işsiz, borc içində batan əhaliyə “Evdə qal” çağırışı etməsinə nə var ki?!

Ümumiyyətlə, əgər avqustun 1-nə qədər ölkədə karantin rejiminin saxlanıldığı açıqlanırsa, avtomatik olaraq aztəminatlı vətəndaşlara, biznesə, sahibkarlıq subyektlərinə əvvəlki həcmdə də olsa, dəstək verilməliydi.
Rəsmi məlumata görə, iki aylıq bu dəstəyin ümumilikdə maliyyə tutumu 550 milyon manat civarında olub.

Əgər pandemiyaya qarşı mübarizəyə 3.5 milyard manat ayrıldığı bəyan olunubsa, bu məbləği qarşılamaq məntiqlə hökumət üçün problem olmamalı idi. Görünür, reallıqlar heç də deyildiyi kimi deyil.

Deputatlar isə həqiqətləri həmişə olduğu kimi deyə bilmirlər, onlar pandemiya şəraitində belə anti-xalq ritorikadan əl çəkmirlər…

Əvvəlki yazı

Nazirdən məşhur cüdoçu ilə bağlı əmr

Sonrakı yazı

Karantini pozan 1403 nəfər cərimələndi

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.