20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səlim Müslümov: “Torpaq, ev, avtomobil, nağd pul və…”

18 May 2018, 09:35
Cəmiyyət
A A
Səlim Müslümov: “Torpaq, ev, avtomobil, nağd pul və…”

Sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin adamları işdən çıxarılır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir. Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq aparat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

Yada salaq ki, S.Babayevin müvafiq əmrlərinə əsasən, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıblar. Hazırda isə ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

mək və əhalinin sosial müdafiəsi nazir ile ilgili görsel sonucu

Yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər gözlənilir. Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Nəsimi Rayon Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Əsgər Əsgərov (sabiq nazirin bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir.

S.Müslümovun işdən çıxarılmasının dəqiq səbəbləri haqda hələ də dəqiq məlumat yoxdur. Mediada korrupsiya faktları ilə bağlı iddialar var ki, bu da rəsmən təsdiqlənməyib.

S.Müslümovun ədəbiyyata yaxın adam olduğu deyilir.  Onun bir neçə il öncə APA-ya müsahibəsində maraqlı bir hissə var. Onu əlavə şərh vermədən oxuculara təqdim edirik.

səlim müslümov ile ilgili görsel sonucu

“Allah, adamın daxili tələbatı olanda ədəbiyyata, incəsənətə, idmana, mədəniyyətin müxtəlif növlərinə, elə elmin, savadın özünə də bir aclıq hiss edir. İstərdim ki, həmişə elə bu ”təamlara” qarşı ac olub, onlarla qidalanmağa daha çox çalışaq. Mənim 52 (sabiq nazirin indi 55 yaşı var-red.)  yaşım var və inanın ki, hələ bu vaxta qədər heç kimin maddi və ya maliyyə baxımından heç nəyinə həsəd, paxıllıq etməmişəm. Amma savadı, elmi, mədəniyyəti, dünyagörüşü yüksək olan insanlara qibtə etmişəm, onlardan öyrənməyə və onları imkanım daxilində qorumağa çalışmışam. İqtisadi nəzəriyyədə hər bir insanın fərdi zənginliyinin üç formada olduğu göstərilir: birincisi, fiziki zənginlik formasında, yəni torpaq, ev, avtomobil, mebel, məişət texnikası, incəsənət əsərləri, qiymətli daş-qaşlar şəklində; ikincisi, maliyyə zənginliyi formasında, yəni səhmlər, istiqrazlar, bank depozitləri, nağd pul, veksellər, çeklər; üçüncüsü isə insan kapitalı formasında, yəni insanın özündə təcəssüm olunan və onun tərbiyəsi, təhsili və təcrübəsi nəticəsində yaranmış, həmçinin Allah tərəfindən verilmiş fitri istedad, yaddaş, reaksiya, fiziki güc və s. zənginlik formasında.

Təbii ki, hər üç formada olan zənginlik insana gəlir gətirə bilər, amma onların içində yeganə batmaz, itməz və dağılmaz  olanı insan kapitalıdır ki, o da başlıca olaraq informasiya alınması yolu ilə formalaşır”.

Vüsal Hüseynov ile ilgili görsel sonucu

Yeri gəlmişkən, rəhbərliyi dəyişən digər bir dövlət qurumunun- Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da kadr islahatlarından danışıb. “Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.  Bunu jurnalistlərə açıqlamasında Vüsal Hüseynov deyib. O bildirib ki, kadr islahatları qurumun daxili idarəçiliyinin bir hissəsidir: “Kadr islahatları mütəmadi aparılan prosesdir. O kadrlar ki, cənab prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk”.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi kadr islahatları çərçivəsində bir neçə şəxsi artıq  vəzifəsindən kənarlaşdırıb. Belə ki, Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər. Qeyd edək ki, DMX ən korrupsiyalaşmış dövlət strukturlarından hesab edilirdi.

“YM”

Əvvəlki yazı

Qəbrdə fırlandığı deyilən mərhum xalq artistimizin məzarı açılıb? – FOTO

Sonrakı yazı

Nəsimi Paşayev istefa verdi

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.