11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Prezident və xanımı maska taxır, onlardan artıqsınız?”

26 İyun 2020, 12:14
Gündəm
A A
Deputat: “Prezident və xanımı maska taxır, onlardan artıqsınız?”

Deputat Aqil Abbas Prezidentin Gəncədəki çıxışını şərh edərkən “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısı məsələni dəqiq qoydu: “Dedi ki, maska taxmasalar, karantin qaydalarına əməl etməsələr, cəzalar sərtləşdirilə bilər. Çünki cənab İlham Əliyev özü və xanımı maska taxır, onlardan artıqsınız? Mən hesab edirəm ki, bu prosesə ziyalılar, hörmətli Şeyxülislam qoşulmalıdır, xalqa çağırışlar olunmalıdır. Yəni cəmiyyətin inandığı, qəbul etdiyi simalar milləti maska taxmağa, sosial təcridə əməl etməyə çağırmalıdır.

İnsanlar hansısa şou adamına niyə inansınlar? Çin, Amerika, Rusiya kimi nəhəng dövlətlər bu bəlanın əlindən xilas ola bilmirsə, görün, bizim vəziyyətimiz nə ola bilər? Ona görə hər kəs öz məsuliyyətini anlamalıdır və Prezidentin çağırışına qoşulmalıdır, maska taxmalı, dezinfeksiya etməlidir. Bizim insanlar gözləyirlər ki, hər evdən biri ölə, onda inansınlar. Əsasən də yas məclislərində qadınlar öpüşüb-görüşürlər. Olmaz axı!

Gözümüzün qabağında Türkiyə, Rusiya, İran, Avropa, Amerika koronavirusun əlində giriftar qalıb, bizim camaat hələ də fikirləşir ki, görəsən, bu epidemiya var, ya yoxdur”.

Deputat bununla belə, Operativ Qərargahın da yanlışlıqlara yol verdiyini düşünür: “Mən statistikaya baxdım, səhv etmirəmsə, 578 min adama işləmək icazəsi verilib.  Bundan əlavə, 54 min dövlət qulluqçusu var. Üstəlik, 1 milyon 700 mindən çox vətəndaş icaze-gov.az-da qeydiyyatdan keçib və hərəkət icazəsi alıb.

İnsanlar isə ehtiyac oldu-olmadı küçəyə çıxırlar. Hamının evinin yanında market var, bəs lazımsız yerə çöldə nə gəzirsən? Amma sərt karantin dövründə 2 saatlıq icazə verilməsi də azdır. Çünki bir adam Yasamaldan Əhmədliyə gedirsə, 2 saata işini çatdıra bilməz.  Ümumiyyətlə, Operativ Qərargah qadağaları düzgün tətbiq edə bilmədi. Məsələn, “Mall” deyilən iri ticarət mərkəzlərini açmaq kimə lazım idi? Toylar yoxdursa, geyim-keçim almırsansa, “Mall”ların açılmasına ehtiyac yox idi. Bundan başqa, həftəsonu karantini səhv idi, ondansa bu sərt karantin düzgündür. Həmçinin ictimai nəqliyyatda intervalı artırmaq, avtobusları çoxaltmaq lazımdır”.

A.Abbas qeyd etdi ki, ona “Xalqın 99 faizi Allaha inanmır, koronavirusa necə inansın” sözünə görə irad tutublar: “Mənə dedilər ki, millətin 99 faizi Allaha inanır.  Amma Allah buyurur ki, spirtli içki haramdır, rüşvət alma, yalan danışma, kiməsə quyu qazma, aldatma, xəyanət etmə və s. Əgər biz buna əməl etmiriksə, Allaha inamsızlıqdır. Mən bu kontekstdə fikrimi söyləmişdim ki, insanlar virusa necə inansınlar”.

Əvvəlki yazı

Eynulla Fətullayev: “İlham Əliyevin Elçibəyin fərariliyi ilə bağlı fikirlərinə tam şərik çıxıram”

Sonrakı yazı

Bakıda “unikal” dələduzluq: İş polisdə… –

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.