20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır

18 May 2018, 01:08
Cəmiyyət
A A
İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır

Ekspert: “Əgər aldığınız əmlakın dəyərinin 40% həcmində ilkin ödəniş edilirsə, aylıq ödəniş limitinə olan məhdudiyyət ortadan qaldırılacaq”

Dövlət başçısı mayın 2-də “İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana görə, ilkin mənzil bazarından ipoteka ilə aldığı əmlaka görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq. Xatırladaq ki, hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70%-dən çox ola bilməz. Artıq bu tələb ilkin ödənişi 40%-dən çox olanlara aid edilmir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, ipoteka kreditlərində ilkin ödəniş məbləğinin ləğv edilməsi daha düzgün olardı: “Çünki bu kreditlər yığımları olmayan və yaxud da yığımları çox aşağı olan təbəqə üçündür. İndiki halda sadəcə olaraq ipoteka kreditlərinin qaytarılmasında risklər var və bir çox vətəndaşlar bundan əvvəl götürdüyü kreditləri qaytara bilmirlər. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, ilkin ödəniş məbləği aşağı olanda kreditləri idarəetmə də çətinləşir. Bir növ kreditlərin qaytarılması riski də artıb”.

Onun fikrincə, hazırda bu dəyişikliyi etməklə bir növ ipoteka kreditlərinin qaytarılmasında risklərin aşağı salınmasına çalışırlar, daha çox risklərin azalmasını stimullaşdırırlar: “Amma inanmıram ki, indiki halda 40%-dən çox ilkin ödəniş edənlər ipoteka krediti götürsünlər. Çünki əgər 40 faiz yığım varsa, bu halda mənzil almaq haqqında daha çox düşünərlər nəinki ipotekadan kredit götürmək”.

İqtisadçının qənaətincə, ümumiyyətlə, ipoteka kreditlərinə əlçatanlığın artırılması üçün sosial ipotekada ilkin ödənişin ləğvi daha məqsədəuyğun olar: “Çünki indiki ipoteka modeli daha çox elitar modeldir. Əgər biz onu kütləviləşdirmək istəyiriksə, ipotekaya çıxış imkanlarını artırmalıyıq”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bunun satıcılara birbaşa təsiri yoxdur: “Sadəcə bu, tələbi artırsa, satıcıların və ya inşaat şirkətlərinin satışının artmasını stimullaşdıra bilər. Burada dolayı təsirdən söhbət gedə bilər. Bu, daha çox ipoteka kreditləri ilə ev almaq istəyənlərin işinin asanlaşmasını təmin edir. Əgər aldığınız əmlakın dəyərinin 40% həcmində ilkin ödəniş edilirsə, aylıq ödəniş limitinə olan məhdudiyyət ortadan qaldırılacaq. Əvvəl isə ilkin ödənişiniz 40% olsa belə yenə aylıq gəlirinizin 70%-ə qədərini ipoteka kreditinin ödənişinə yönəldə bilərdiniz”.

Əvvəlki yazı

Qayınana kürəkəninə intim münasibət təklif etdi və azyaşlının gözü qarşısında… – Bakıda ŞOK OLAY

Sonrakı yazı

Laçın rayonunun işğal olunmasından bu gün 26 il keçir

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.