Sürücüsü Nevzat Demirkıran Türkiyənin məşhur aktrisası Hülya Avşarı məhkəməyə verib.
Reportyor.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisnın sürücüsünü heç bir təzminat ödəmədən işdən qovması olub. 20 ildən çox sənətçinin sürücülüyünü edən N.Demirkıran ona hədə-qorxu gələrək məhkəməyə verib . O “bu günə qədər heç kimin malına əl uzatmamışam. Haqqımı halal etmirəm. Avşarın 6-7 ildir işi yoxdur. Qızı sürücülük vəsiqəsi alandan sonra mənə ehtiyacı qalmadı” – deyə bildirib.
Qeyd edək ki, sentyabrda məhkəmənin ilk iclası olacaq.