14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik” – qorxunc proqnoz

24 İyun 2020, 10:27
Gündəm
A A
“Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik” – qorxunc proqnoz

Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə pisləşir. Rəsmi statistika bir yandan, həkimlərin proqnozları digər tərəfdən həyəcan təbili çalmağa əsas verir. Hətta ölkəni İtaliyadakı vəziyyətin gözlədiyini anons edən həkimlərimiz var. Baxmayaraq ki, qonşu Gürcüstanda pandemiya dövründə cəmi 911 nəfər  koronavirusa yoluxub, bizdə rəqəmlər 13 mindən yuxarıdır. 

Amma Avropada da karantinin bərpasına hazırlıq gedirsə, deməli, infeksiyanın ikinci dalğası gəlir. Belə ki, İspaniyanın Araqon şəhəri karantinə qayıdıb, Madrid və Barselonada infeksiya ocaqları aşkarlanıb, Portuqaliya komendant saatı tətbiq edib, Fransada yoluxma artır, bu bəlaların episentri olan Çində yeni yoluxmalar qeydə alınıb, dünyada ən yüksək inkişaf etmiş səhiyyəsi olan ölkələrdən biri – İsrail virusun çəngindədir…

Azərbaycana gəldikdə, 13 mindən artıq yoluxma ilə yanaşı 7 mindən çox vətəndaşımız sağalıb. Aktiv xəstə sayı 5800 nəfərdən yuxarıdır. Yalnız bir ümidverici nüans var – yoluxmalar kəskin artsa da, ölü sayında kəskin çoxalma yoxdur. Ümumi ölənlərin sayı 160 nəfəri keçib. Hər gün stabil yoluxma sayı 500-ə yaxındır, lakin dünyasını dəyişənlər 5-7 arasıdır, yəni bir gündə 20-25 nəfərin virusdan ölməsi müşahidə edilmir.

Bununla belə, həkim Vasif İsmayıl bu statistik analogiyalarla bağlı nikbin deyil. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, yoluxmanın artması ilə paralel ölü sayının kəskin artmamasının səbəbləri var. Doktorun sözlərinə görə, TƏBİB-in siyahısındakı xəstələrin sayı dəyişməyib. V.İsmayıl hesab edir ki, əgər 60 koronavirus xəstəsi süni nəfəs aparatına bağlanıbsa, ölü sayı da 6-7 nəfər civarında olacaq. Onun fikrincə, aparatlara bağlanmayan, evində olan insanlar var: “Onların sayını bilmirik. Ölüm statistikasını belə dəyərləndirməliyik. Evlərdə xəstə insanlar var ki, həkimə çatmadan ölürlər. Biz deyə bilmərik ki, bu, həkimlərin fiziki cəhətdən çatdırmaması ilə bağlıdır, yoxsa xəstəxanalarda yerlərin az olması ilə. Ona görə sərt karantin rejiminin tətbiqinə ümid edirəm ki, yoluxma sayında azalma olacaq. Əks halda, bütün şəhəri bağlamalı olacaqlar”.

V.İsmayılın sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkimlərin sosial mediada həyəcanlı paylaşımları, vəziyyətin İtaliyadan da betər olacağı anonsları təsadüfi deyil: “Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik. Mən həkiməm və hər şeyi cəmiyyətə demək olmur, sosial təlatümə səbəb ola bilər”.

Həmsöhbətimiz bütün həkimlərin, ekspertlərin sosial izolyasiya və maska taxmaq çağırışından savayı heç bir tövsiyə irəli sürməməsinə münasibətini açıqladı:  “Dünyada təyyarə düzəldən cəmiyyətlər sosial məsafənin gözlənilməsi ilə koronavirusa yoluxma sayını aşağı sala bilib. Bizim onlardan fərqli nəsə etməyimiz mümkün deyil. Ona görə belə sadə tövsiyələrə əməl olunsun, yetərlidir. Düzdür, ola bilsin hamını bu xəstəlik tutacaq. Amma ümid var ki, o vaxta peyvənd tapılacaq, insanlar da özlərini qoruyacaqlar”.

Azərbaycanlı həkim Murad Məmmədli isə “facebook” üzərindən karantin rejiminə riayət etməyə və onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşdirməməyə çağırıb. Onun sözlərinə görə, karantin imitasiya xarakteri daşımır, insanlar ciddi olsunlar: “Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən qurtarır. Mən həkiməm, COVID-19 xəstələri ilə işləyirəm. Yalnız Allah bilir biz xəstəxanada nələr çəkirik. Vəziyyət xeyli dərəcədə ciddiləşib. Hər şey biz zənn etdiyimiz kimi olmadı.  Bakıda COVID pasiyentləri üçün ayrılan yerlər bitir. Yoluxma maksimal dərəcədədir. Hər gün ağır pasiyentlərin sayı artır. Bu templə bütün gücümüz və gördüyümüz işlərə baxmayaraq, ölənlərin sayı kəskin artacaq”.

Həkim ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb: “İnanın, ən pisi odur ki, bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq. Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin, görənlərin xatirinə, nəhayət, Allah xatirinə… Siz inanmayacaqsınız ki, biz hansı vəziyyətdə işdən çıxırıq. Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib. Gecələr yuxuda aparatların səsi hamının qulaqlarındadır, Stress, yuxusuz gecələr, bütün bədəndə ağrılar, ac, susuz və təmiz havasız…”

Əvvəlki yazı

“Şoyqunun zəngi olmasaydı…” – nazir o faktı niyə indi açıqladı?

Sonrakı yazı

“Emin 444”-ün qətlində şok nüanslar: həbs edilən dünya çempionunun nümayəndəsi nələr danışdı? – Özəl

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.