Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.
Reportyor.info-nun məlumatına görə, Q. Əliyev iyun ayının 20-si gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib ki, icra başçısının müavini iyunun 14-də ağır vəziyyətdə iki tərəfli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan profilaktik tədbirlərə baxmayaraq, o, xəstəxananın reanimasiya şöbəsində vəfat edib.