12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əhalinin 57,6 faizi ikinci dalğadan qorxur – STM

19 İyun 2020, 15:45
Cəmiyyət
A A
Əhalinin 57,6 faizi ikinci dalğadan qorxur – STM

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün repsondentlər arasında sorğu keçirib və tədqiqat əsasında insanların müxtəlif qorxuları öyrənilib.

STM-dən bildirilib ki, qorxu məfhumu bir çox respondentlər üçün hadisənin baş vermə ehtimalı ilə eynidir. Belə ki, bəzi respondentlər üçün qorxu baş verəcək hadisənin fəsadlarını düşünməkdən yaranır. Bəziləri üçün isə hadisənin baş vermə ehtimalının az və ya çox olmasından asılı olaraq qorxu hissi dəyişir.

Tədqiqatın sorğusunda Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1212 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.

Tədqiqatın metodoloji prinsiplərində tədiqaqat əraziləri, respondentlərin seçimi, tədqiqat metodları, sorğu anketinin quruluşu, sahə işi, sorğunun aparılması üsulu, etik prinsiplər, təlimat, məlumatların işlənməsi və təhlili qaydalarına uyğun riayət edilib.

“Qorxu İndeksi”nin icmalında qeyd olunub ki, anketdə soruşulan sual tiplərinin eyni olması nəticələrin qarşılıqlı müqayisəsinə imkan verdiyindən, nəticələrin ifadəsində orta ədəddən istifadə edilib. Orta ədəd dəyəri 1 və 5 arası olub, daha yüksək ədəd daha çox qorxunu bildirir.

İndeksin hazırlanmasında sosial-demoqrafik nəticələrin təhlilinə görə, Seçmənin 51.9%-i kişi, 48.1%-i qadınlardan ibarət olub. Rəyi soruşulanların 31.7%-i 18-33 yaş, 34.5%-i 34-49 yaş və 27.3%-i 50-65 yaş aralıqlarında olub. Əhalinin qorxularını məzmuna görə qruplaşdırsaq, soruşulan suallar vətəndaşın sağlamlığı, maddi vəziyyəti, gözlənilməz bədbəxt hadisəyə məruz qalmaq və digər məsələlərlə bağlı olub.

Ən geniş yayılmış iki qorxu mövcuddur – ailə üzvlərinin xəstələnməsi və keyfiyyətsiz ərzaqların istehlakı nəticəsində sağlamlıqlarına dəyə biləcək ziyana görə mövcud olan qorxu. Hər iki hadisədən əhalinin 70%-dən çoxu bu və ya digər dərəcədə qorxur. Respondentlər ailə üzvlərinin xəstələnməsindən (72%) daha çox qorxur, nəinki özlərinin xəstələnməsindən (46%). Bu nəticəni belə izah edə bilərik ki, sorğuda əsasən gənclər və orta yaş qrupuna aid insanlar iştirak edib və böyük ehtimalla ailələrində daha yaşlı insanların olması respondentlərdə ailə üzvlərinin xəstələnməyinə dair qorxunun mövcudluğuna səbəbdir. Maraqlıdır ki, daha aşağı yaşlı insanlar özünün xəstələnməyindən daha çox qorxurlar (F(5)=3.47, p<0.01).

Başqa sözlə, yaşlı insanlar xəstələnməkdən daha az qorxur. Qadınların xəstələnməklə bağlı qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir (t(1191)=4.634, p<0.01, orta ədəd dəyərləri – 2.38 – qadın və 2.05 – kişi).

Diqqət çəkən məqam odur ki, respondentlərin yarısı (51.6%) COVID-19-a yoluxmaqdan heç qorxmur. Müqayisə üçün deyək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin mart ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, əhalinin 44.9%-i COVID-19-a yoluxmaqdan heç qorxmadığı halda, 27.5%-in qorxu dərəcəsi az olub. Beləliklə, qorxmayanların səviyyəsində müəyyən artımın olduğunu müşahidə edə bilərik. Lakin çox qorxanların göstəricisində 10% azalma baş verib. Demoqrafik göstəricilərdən yalnız gender amili COVID-19-a yoluxmaq qorxusu ilə korrelyasiya təşkil edir. Belə ki, qadınların qorxu səviyyəsi kişilərə nisbətdə daha yüksəkdir ((t(1193)=3.226, p<0.01, orta ədəd dəyərləri – 2.14 – qadın və 1.92 – kişi). Qorxunun azalmasının əsas səbəbi mövcud şəraitə alışmaqdır.

COVID-19 pandemiyasına yoluxmaqdan qorxanlarla yanaşı, pandemiyanın ikinci dalğasının baş verə biləcəyindən qorxanlar da o qədər çox deyil. Belə ki, pandemiyanın ikinci dalğasından çox qorxanlarla, heç qorxmayanlarin faiz nisbəti bərabərdir (müvafiq olaraq ”çox qorxuram” deyənlər 35.2%, ”heç qorxmuram” deyənlər 35.3%). Ümumilikdə respondentlərin 57,6%-i ikinci dalğanın baş verməsindən qorxduğu halda, 38,5%-i qorxmur.

STM digər qorxular sırasında qəzaya düşmək və cinayət xarakterli təhdidlərə məruz qalmaq qorxusu, cinayət xarakterli təhdidlərdən qorxu, təbiət hadisələrinin baş verməsindən qorxu kimi tendensiyaları da araşdırıb.

Əvvəlki yazı

Yumruq davasına çıxan Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA

Sonrakı yazı

Baş Prokurorluqda növbəti təyinatlar

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

11 Avqust 2025, 10:56
Yağıntılı və küləkli hava şəraiti davam edir

Yağıntılı və küləkli hava şəraiti davam edir

11 Avqust 2025, 10:53
Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

11 Avqust 2025, 10:52
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verdi – TAM MƏTN – VİDEO – YENİLƏNDİ

09 Avqust 2025, 16:09
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edildi

09 Avqust 2025, 16:06
NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

NATO Azərbaycan və Ermənistanın sülh yolunda atdığı addımı müsbət qarşılayır

09 Avqust 2025, 16:04
Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

Paşinyan İlham Əliyevlə foto çəkdirib – Video

09 Avqust 2025, 13:58
Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

Ağ Ev Trampın Prezident İlham Əliyevi qarşılaması ilə bağlı paylaşım edib – VİDEO

09 Avqust 2025, 13:52
Bitkoin cüzi bahalaşıb

Bitkoin cüzi bahalaşıb

09 Avqust 2025, 13:51
Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

Fransa Azərbaycan-Ermənistan razılaşmasını qətiyyətli irəliləyiş kimi qiymətləndirir

09 Avqust 2025, 13:48
Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

09 Avqust 2025, 13:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.