14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabiq rəisə qarşı qanunsuzluq – MÜRACİƏT

18 İyun 2020, 13:48
Cəmiyyət
A A
Sabiq rəisə qarşı qanunsuzluq – MÜRACİƏT

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev qanunsuzluqla üzləşdiyini bildirir.

Hit.Az xəbər verir ki, o, iki il əvvəl 10 ildən artıq çalışdığı “Titan-D” MMC, özəl mühafizə və kommersiya şirkətində tutduğu vəzifədən çıxarılıb. Bundan sonra Azərbaycan məhkəmələrində hüquqlarının bərpası üçün məhkəmə davası açıb.

“2018-ci ilin avqustunda məni çağırıb işdən çıxarılmağım haqda məlumat verdilər. Qanunun tələbinə uyğun 1 ay möhlət istədim. Təklif etdim ki, sentyabr ayından işdən getməklə bağlı ərizəsini yazım verim və sentyabr ayında işdən çıxım.

Lakin MMC rəhbərliyi qanunun tələbinə məhəl qoymadı, mənə 1 ay möhlət verməkdən imtina etdi. İşdən çıxarılmağımla bağlı əmrin surətini istədim. Bir neçə gün sonra verdikləri əmrin mülki və əmək qanunvericiliyinə tamamilə zidd olduğunu gördüm.

Bunu özümə qarşı xoş olmayan niyyətin nümayişi kimi qəbul etdim. Əmrdə yazırlar ki, Mahmud Hacıyevlə “Titan-D” MMC arasında bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün, həmçinin MMC ilə “bp” şirkəti arasında bağlanmış müqavilənin müddəti başa çatdığından işdən çıxarılsın.

Əmək Məcəlləsinin 45-ci maddəsində birmənalı şəkildə yazılıb: “Hər hansı bir işçi müddətli müqavilə ilə hər hansı bir yerdə çalışırsa, müddət bitən andan müqavilə müddətsiz statusu alır.
Məcəllənin bu maddəsi sübut edir ki, işdən çıxarılmağımla bağlı gətirdikləri birinci dəlil qanuna ziddir, əsassızdır. Məni bu əsasla işdən çıxara bilməzdilər. Digər dəlilləri də əsassız və saxtadır.

Yazırlar ki, bp şirkəti ilə müqavilə bitib, guya buna görə də əmək haqqı ödəyə bilmirlər, ixtisara gedirlər. Lakin əldə etdiyim müqavilələr sübut edir ki, bu dəlilləri də əsassızdır.

Belə ki, bp şirkəti ilə MMC arasında bağlanan 1 iyun 2016-cı il tarixli 441 000 7688 nömrəli və 1 sentyabr 2018-ci il tarixli bp00287 nömrəli müqavilələr var. 2018-ci il avqustun 31-də məni bp şirkəti ilə MMC arasındakı  müqavilə müddətinin bitməsini əsas gətirməklə işdən çıxarırlar.

Halbuki bp ilə müqvilənin biri qüvvədə olub və məni qanunsuz və əsassız olaraq işdən çıxarandan 1 gün sonra bp ilə daha bir müqavilə bağlanıb.

MMC başbilənlərinin gətirdiyi hər iki dəlilin əsassızlığı və verilmiş əmrin qanunsuzluğu göz qabağındadır” – deyə Mahmud Hacıyev bildirir.

Hüquqşünas deyir ki, baş verən qanunsuzluğun aradan qaldırılması ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib. Uzun illər əməliyyat-istintaq işində çalışmış qocaman hüquqşünas öyrənib ki, MMC rəhbərliyi məhkəməyə təzyiq edir:

“İddia məhkəməyə çatandan sonra mənə məlum oldu ki, MMC-nin direktoru Cəmil Çaparlı Prezident Adminstrasiyasında Protokol Şöbəsinin müdiri olan Elçin Bağırovun bacısının həyat yoldaşıdır. İşə hakim Mədinə Bağırova baxdı və qanunsuzluğa haqq qazandıran qətnamə çıxardı.

Apelyasiya şikayəti verdim və hakim Namiq Cəfərovun sədrliyi ilə şikayətim araşdırıldı. Hakim müstəqilliyini sübut edib qanuna tabe oldu, təqzyiqlətə baxmayaraq qanunu əsas göötürüb qərar verdi.

Mədinə Bağırovanın qanunsuz qətnaməsi ləğv olundu, işə bərpa olunmağım, işdən qanunsuz çıxarıldığım müddət üçün əmək haqqımın hesablanaraq ödənməsi haqda qərar verildi.

Bu qərardan sonra Elçin Bağırov yenidən məhkəmələrə təzyiqə başladı və iş Ali Məhkəmədən yenidən apelyasiya instansiyasına qaytarıldı. Hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə işə yenidən baxıldı və Səbayel Məhkəməsinin qərarı qüvvədə saxlanıldı.

Yenidən Ali Məhkəməyə şikayət etdim. Hakim Əhməd Abbasoğlunun sədrliyi ilə iş yenidən araşdırıldı. Heç bir təzyiqə baxmayaraq qanuni və əsaslı qərar çıxarıldı.

Bir daha sübut olundu ki, işdən çıxarılmağım qanunsuzdur, Mülki Məcəlləyə, Əmək Məcəlləsinə tamamilə ziddir. Ali Məhkəmə bir qayda olaraq daxil olan işləri apelyasiya instansiyasına geri qaytarır.

İşim üzrə isə qanun pozuntuları o qədər göz qarşısındadır ki, işi apelyasiyaya qaytarmadı, birbaşa qərar verdi. Ali Məhkəmənin qərarı verildiyi gündən qüvvəyə minir. Amma 2019-cu ilin dekabrında verilmiş qərar icra olunmadı”.

Mahmud Hacıyev deyir ki, Elçin Bağırov bu dəfə məhkəmə icraçılarına təzyiqlər etməyə başlayıb: “Ali Məhkəmənin qərarının icrasını Prezident Adminstrasiyasında çalışan məmur Elçin Bağırov faktiki olaraq dayandırıb!!!

Prezident İlham Əliyev məhkəmə hüquq islahatlarını gerçəkləşdirdiyi bir vaxtda belə bir addım atılır və bunu edən də məmurdur! 6 ay qərarın icrası bu şəkildə, qanunları saymadan, Konstitusiyanı tapdamaqla dayandırıldı və sonra Konstitusiya Məhkəməsinə müraciət olunub ki, Ali Məhkəmənin qərarına yenidən baxılsın!

Və bu məsələ haqda mənə heç bir məlumat verilməyib! Bu, qanunsuzluğun hansı səviyyədə olduğunu göstərir.

Konstitusiya Məhkəməsi haqda Qanunun 37-ci maddəsinə görə sorğu, müraciət, şikayətin icraata qəbul edilməsindən imtina olunması üçün əsaslara görə bu kimi mülki işlərin icraata qəbul olunması qadağan olunur.

Konstitusiya Məhkəməsi qanunsuz olaraq bu işi icraatına qəbul edib. Bu məhkəmə, ədliyyə orqanlarına Elçin Bağırovun təsirlərinin nəticəsidir”.

Mahmud Hacıyev preizdent İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, prezidentin köməkçisi Fuad Ələsgərova müraciət ünvanlayıb:

“İlham Əliyevin korrupsiyaya qarşı prinsipial mübarizə nümayiş etdirdiyi bir vaxtda dövlət məmurlarının özəl komersiya şirkətlərinin işində iştirakını qadağa etdiyi zamanda Elçin Bağırov bacısının həyat yoldaşının MMC-nin işində yaxından iştirak edir.

2 ildir ki, məmur tutduğu postdan istifadə edərək məhkəmə orqanlarına təsir göstərir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə də müraciətlər etmişəm.

Ümid edirəm ki, mənə qarşı qanunsuzluqlara nəhayət ki, nöqtə qoyulacaq və işə bərpa olunmaqla yanaşı mənə ötən 2 illik müddət üçün əmək haqqım ödəniləcək”.

Əvvəlki yazı

Əliyev İsrail prezidentinin iki xahişini yerinə yetirəcəkmi? – Şərh

Sonrakı yazı

Əliyevlə Putin zəngləşib

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.