14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əliyev İsrail prezidentinin iki xahişini yerinə yetirəcəkmi? – Şərh

18 İyun 2020, 13:30
Siyasət, Manşet
A A
Əliyev İsrail prezidentinin iki xahişini yerinə yetirəcəkmi? – Şərh
Ermənistan ona görə İsraildə səfirlik açmaq istəyir ki, İsrail-Azərbaycan əməkdaşlığına mane olsun”. Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İranla əməkdaşlığa əhəmiyyət verir:
“O, İranda rəsmi səfərdə oldu və iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacibliyindən danışdı. Buna baxmayaraq, Ermənistan hakimiyyəti İsraildə səfirlik açıqlması istiqamətində də müəyyən işlər görür.
Ermənistan və İsrail rəsmiləri arasında görüşlər olub. Ermənistan rəsmiləri və diplomatları İsraildə səfirliyin açılması mümkünlüyünü istisna etməyiblər. Ermənistan ona görə İsraildə səfirlik açmaq istəyir ki, İsrail-Azərbaycan əməkdaşlığına mane olsun. İrəvan bu əlaqələrdən narahatdır.
İsrailin Azərbaycana müasir silahlar və hərbi texnika satması Ermənistanda böyük narazılıq yaradır. İsrailin Azərbaycana satdığı son raketlər İrəvana çatmaq imkanına malikdir. Buna görə də Ermənistanın hakimiyyət nümayəndələri İsraildə səfirlik açmaq və bu yolla İsrail-Azərbaycan hərbi əməkdaşlığına mane olmaq istəyirlər. Ancaq İrəvan ciddi maneə ilə üzləşib”.
Politoloq qeyd edib ki, Tehranda Ermənistan səfirliyi qarşısında etirazların sayı artıb: “İran vətəndaşları Ermənistanın İsraildə səfirlik açmaq istəyinə etiraz edirlər. İranlılar tələb edirlər ki, Ermənistan İsraildə səfirlik açmaq planından əl çəksin və İsrail ilə bütün əlaqələri kəssin. İrandakı eitrazlar İrəvanı qorxudub. Çünki Ermənistan rəsmiləri anlayırlar ki, səfirlik qarşısında etirazların arxasında İran hakimiyyəti dayanır.
Tehran Errmənistan səfirliyi qarşısında etirazlara şərait yaratmaqla İrəvana xəbərdarlıq mesajı göndərir. Bu arada, İsrail prezidenti Reuven Rivlinin Azərbaycan prezidenti İlham Əliyev məktubu diqqəti cəlb edir. Məktubda belə bir hissə var: “Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail dövlətinə tarixi səfərə dəvət edirəm”.
Məktubun ikinci hissəsindəki fikir də maraqlıdır:
“Azərbaycanın yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”.
Elxan Şahinoğlu İsrail prezidentinin Azərbaycan prezidentindən iki xahişi olduğunu vurğulayıb:
Birinci xahiş odur ki, Tel-Əviv Azərbaycan prezidentinin İsrailə rəsmi səfərə gəlməsini istəyir;
İkinci xahiş isə odur ki, Azərbaycan İsraildə səfirlik açsın.
İsrail rəsmiləri illərdir bu iki xahişi səsləndirirlər. Eyni sözləri İsrailin Azərbaycandakı səfiri son müsahibəsində vurğulayıb. Səfir öz ölkəsinin prezidentinin fikirlərini təkrarlayıb. Əlbəttə, Azərbaycan İsraillə əməkdaşlığın inkişafında maraqldır. İsrail neftə tələbatının təxminən 35-40 fazini Azərbaycan nefti hesabına ödəyir. Azərbaycan İsraildən aldığı müasir hərbi texnikadan məmnundur. Misal üçün Azərbaycanın İsraildən aldığı LORA müasir raket kompleksləri böyük dağıdıcı gücə malikdir”.
Elxan Şahinoğlu hesab edir ki, rəsmi Bakı da İran faktorunu nəzərə alır:
“İran indiki halda belə Azərbaycan-İsrail münasibətlərindən narazıdır. Halbuki bu münasibətlər İrana qarşı yönəlməyib. Aydındır ki, Azərbaycanın İsraildə səfirlik açması ilkin aylarda Tehranın Azərbaycana qarşı siyasətinin sərtləşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, rəsmi Bakı Tel-Əvivdə səfirlik açdıqdan bir müddət sonra İran-Azərbaycan münasibətlərinin yenidən əvvəlki axarına qayıdacağını da ehtimal etmək olar. Türkiyənin illərdir İsraildə səfirliyi var və bu amil Ankara-Tehran münasibətlərini gərginləşdirmir. Tel-Əvivin istədiyi kimi, Azərbaycan prezidentinin yaxın müddətdə İsrailə səfər edəcəyini proqnozlaşdırmaq çətindir və bu, yalnız İran amili ilə əlaqəli deyil. Rəsmi Bakı Türkiyə və ərəb dünyası amili ilə də hesablaşır. Belə bir səfər nə vaxtsa reallaşacaqsa, Azərbaycan prezidenti İsraillə yanaşı Fələstinə də keçəcək və bu ərəb ölkəsinin lideri ilə də görüşəcək. İsrailə səfər edən digər liderlər də belə edir. Elə Rusiya prezidenti Vladimir Putin bir neçə ay əvvəl İsrarilə səfərini yekunlaşdırdıqdan sonra Fələstinə keçərək bu ölkənin rəhbəri Mahmud Abbasla da görüşdü”.
Politoloqun fikrincə, hazırki vəziyyətdə Azərbaycanın müxtəlif nazirlərinin İsrailə səfərləri reallaşa bilər:
“Ayrıca, iki ölkənin hökumətlərarası komissiyaları fəaliyyət göstərir ki, nazirlər il əzrində müxtəlif görüşlər həyata keçirirlər. Azərbaycanın İsraildə səfirliyi olmadan da iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək mümkündür. Və bu əməkdaşlıq İrana qarşı yönəlməyib. Azərbaycan İranla əməkdaşlığın inkişafında və dost münasibətlərinin davamında maraqlıdır. Rəsmi Bakı müstəqil xarici siyasətində həm İran, həm də İsraillə yaxşı münasibətlərə malik olmaq istəyir”.
Əvvəlki yazı

Başçı müavini və direktor koronavirusa yoluxub

Sonrakı yazı

Sabiq rəisə qarşı qanunsuzluq – MÜRACİƏT

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.