12-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Arash” firmasını Oqtay Əsədova nə bağlayır?

16 İyun 2020, 14:44
Cəmiyyət
A A
“Arash” firmasını Oqtay Əsədova nə bağlayır?

Azərbaycanda hər sahənin öz “tender kralı”nın olduğu heç kimə sirr deyil. Həmin “krallar”ın isə bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğunu da bilməyən yoxdur.

Həmçinin, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinə dair ən böyük şübhələrin məhz dövlət satınalmaları və tenderlərlə bağlı olduğunu da mütəxəssislər dəfələrlə səsləndiriblər. Amma nə faydası, yenə “köhnə hamam, köhnə tas…”

Hər sahənin öz “sahibi” olduğu kimi, son 10 ildən artıq müddətin nəticələri göstərir ki, tibbi ləvazimatların təchizatı, avadanlıqların satınalınması başda olmaqla, səhiyyə sisteminin də favoriti “Arash Medical Company” MMC-dir.

Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” təkcə həmin yarandığı il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

“Araş Medical Company MMC” son 9 il ərzində əksəriyyəti Səhiyyə Nazirliyindən olmaqla ümumi dəyəri 250 milyon manatdan yuxarı dövlət satınalması əldə edib. Bu, olduqca böyük məbləğdir və ona görə də bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmır.

Belə ki, sözügedən şirkətin sabiq spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsus olduğu bildirilir və qeyd olunur ki, bu şirkətin səhiyyə sisteminin “favorit”inə çevrilməsində Oqtay Əsədovla Səhiyyə naziri Oqtay Şirəliyevin münasibətlərinin xüsusi rolu var. Hələlik mətbuatda bu iddianı təkzib edən məlumat dərc olunmayıb.

Maraqlıdır ki, Oqtay Əsədov artıq xeyli vaxtdır vəzifəsilə vidalaşsa da, sözügedən şirkətin səhiyyə tenderlərilə bağlı işləri yenə öz qaydasında gedir. Belə ki, son məlumata görə, “Analitik Ekspertiza Mərkəzi”nin avadanlıqların satın alınması üçün elan etdiyi tenderin qalibi “Arash Medical Company” olub.

Qurum laboratoriya avadanlığının satın alınması üçün “Arash Medical Company” MMC ilə 290 min 68 manat məbləğində müqavilə bağlayıb. Əlbəttə ki, bu məbləğ şirkətin indiyə qədər qazandığı satınalmalarla müqayisədə çox kiçikdir.

Təbii ki, normal, azad rəqabət şəraitində və məmur oliqarxiyasından uzaq bir mühitdə hansısa şirkətin çoxlu sayda tender qazanmasına adi hal kimi baxıla bilər. Ancaq Azərbaycan reallıqları və yuxarıda sadalanan şərtlərin heç birinin ölkədə olmaması belə satınalmalarla bağlı ciddi şübhələrin yaranmasına əsas verir.

Bu şübhələri Mədəniyyət Nazirliyində aparılan həbslər və nazirliklə tender müqavilələri bağlayan şirkət rəhbərlərinin “otkatlar”la bağlı istintaqa verdikləri ifadələri daha da gücləndirir…

Bir daha xatırladaq ki, mətbuatda dərc edilən rəsmi statistik göstəricilərə görə, son 9 ildə sözügedən şirkət 250 milyon manatdan artıq dəyərdə tenderin qalibi olub…

Əvvəlki yazı

Bakıya icazəsiz gələnlər geri dönür: Son vəziyyət- Özəl fotolar

Sonrakı yazı

Deputatdan çağırış: Rusiya sərhədindəki vətəndaşlarımız gətirilsin

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

11 Avqust 2025, 10:56

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.