15-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Nazirlərimizi qorumalıyıq”

11 İyun 2020, 11:06
Siyasət
A A
Deputat: “Nazirlərimizi qorumalıyıq”

“Biz bu gün ilk növbədə xarici işlər, müdafiə, daxili işlər nazirlərini qorumalıyıq. Ermənilərin əlinə hər hansı bir əsas verməməliyik ki, bizim xarici işlər nazirinə qarşı onların hər hansı iddiası olsun”.

YAP-ın icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov bu fikirləri “Yeni Müsavat”a XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciət etməsini şərh edərkən söylədi. Hakim partiya funksioneri E.Məmmədyarovu hələ ABŞ-da çalışdığı illərdən tanıdığını bildirdi:

“Bəzən ”üstümüzü unlu görüb adımızı “dəyirmançı” qoyurlar”, amma mən 1995-ci ildə ABŞ-da oxuyanda Məmmədyarov səfirin müavini idi. Məmmədyarov çox qabiliyyətli və bacarıqlı bir kadrdır. Dünyagörüşü, düşüncəsi kifayət qədər inkişaf edib.

Bu mənada çox düzgün seçilmiş kadrdır. Sadəcə, Elmar Məmmədyarov mətbuat üçün çalışmır, öz işini görür. Bəzən görürsünüz bəziləri şou göstərirlər. Elə bizim bəzi nazirlərdə də belə adət var. Prezident ölkəyə rəhbərlik edir, ölkədə iqtisadi-siyasi inkişaf gedir, nazirlərin hər biri az qalır ki, bu işləri öz adına yazsınlar. Bunlar ümumi, qlobal siyasəti həyata keçirən komandanın nümayəndələridir.

Məmmədyarovda isə belə adət yoxdur ki, özünü göstərsin. Gəlib iki dəfə çıxış edər, özünü göstərər, ondan sonra hamımız “bəh-bəh”lə deyərik ki, Məmmədyarovun əvəzi yoxdur.

Amma o, öz işini görür və çox düzgün də edir. O cümlədən digər bir sıra strukturlarda da. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri hamısı öz işlərini görür. Görürsünüz, mətbuatda yoxdurlar, gəlib mətbuatda başqaları kimi şou göstərmirlər”.

Belə iddialar da səslənir ki, XİN rəhbəri vaxtaşırı dövlət başçısı, ailə üzvləri barədə müxtəlif materiallar yayan, əsassız fikirləri dövriyyəyə buraxanlarla bağlı müvafiq qurumlara müraciət etmədiyi halda, özü barədə yazılanlara belə kəskin reaksiya verir. S.Novruzov isə bu kimi iddiaları əsassız saydı: “Bu kimi məsələlərlə bağlı da səfirliklər vasitəsilə müəyyən müraciətlər edilib. Əfsuslar olsun ki, o ölkələr bu məsələyə özlərinin prinsipləri ilə yanaşırlar, Azərbaycanın prinsipləri ilə yox.

Bizdə milli-mənəvi dəyərlər əsasdır. Bir adamın atasını söyürlərsə, hamı təəccüblə baxır ki, bunun atasını söydülər, cavab vermədi. Fransada atası məlum deyilsə, kimi söyəcəksən ki? O xarakterli yazılar, iddialarla bağlı hər bir səfirlik müvafiq ünvanlara müraciətlər edir, mən bunu bilirəm. Amma bunu araşdırmırlar, sadəcə, kağız kimi baxıb qoyurlar kənara”.

Komitə sədri E.Məmmədyarovun DTX-ya müraciətinə normal yanaşdığını vurğuladı: “Digərləri də hörmətli Əli müəllim Nağıyevə müraciətlər etməlidir. Adın keçir, müraciət elə! Birdən deyirlər ki, filan kafe Siyavuş Novruzovundur. Vergidən yayınmaq üçün, ya hansısa məqsədlə kimsə yalandan belə bir fikir deyib. Mən də deyirəm ki, həmin kafeni qaçqınlara bağışlayıram.

Bəzən də olur ki, kafe sahibi deyir ki, qardaş, mənim obyektimi qaçqınlara bağışlayırsan? Deyirəm, mənim adım niyə hallanır? İndi xarici işlər naziri də müraciət edib ki, araşdırın, yoxlayın, bu, normal haldır. Mən XİN-in əməkdaşlarını, naziri yaxşı tanıyıram. Belə iddialar inandırıcı deyil. Bir daha bildirirəm ki, biz öz nazirlərimizi – müəyyən nazirlərimizi, mən oğru-quldur, banditi demirəm – qorumalıyıq!”

Qeyd edək ki, E.Məmmədyarov barəsində yazılan yazılarla əlaqədar olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi müraciət edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Öncə vurğulamaq istərdim ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişəm.

Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib” –  L.Abdullayeva bildirib.

Diplomat ardınca deyib: “Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”

Əvvəlki yazı

“Polis nə etməliydi, qucağında öpüb aparmayacaqdı ki?!” – Sabiq rəis

Sonrakı yazı

“Kəbleyi”nin göndərdiyi heroin Corat bağlarından tapıldı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.