Tanınmış aktrisa Pərvin Abıyeva ana olmaq arzusuyla yaşadığını deyib.
Reportyor.info xəbər verir ki. Xəzər telekanalında yayımlanan “5/5” verilişinin qonağı olan aktrisa yetərincə tanındığını, artıq ana olmaq istədiyini açıqlayıb:
“Ən böyük arzum ana olmaqdır, ondan başqa arzum yoxdur. Dünya malı dünyada qalır, villa da almaq olar, daha böyük evlər də, biznes də qura bilərsən, amma övlad başqadır. Karyera deyəndə ki, artıq 29 yaşım var və 22 yaşımdan bu sənətdəyəm. Artıq 7 ildir, düşünürəm ki, Azərbaycanda yetərincə tanınıram”.