21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalistlərin ağzı qapadılır: “Bakcell”in PR menecerləri iş başında – Bəs, minlərlə abunəçilər necə olacaq?

15 May 2018, 12:52
Manşet
A A
Jurnalistlərin ağzı qapadılır: “Bakcell”in PR menecerləri iş başında – Bəs, minlərlə abunəçilər necə olacaq?

“Bakcell”in PR menecerleri bir-bir redaksiyalarla təmasa keçib, onların əməkdaşlarının “Bakcell” nömrəsi işlədib-işlətməməsi ilə maraqlanırlar.

Bu barədə Mia.az-a bir neçə saytdan məlumat verilib.
Bildirilib ki, son bir ayda mediada kifayət qədər tanınan jurnalistlərin “Bakcell”i açıq şəkildə oğurluqda, cibgirlikdə, bir sözlə, soyğunçuluqda ittiham etməsindən sonra adıçəkilən şirkətin əməkdaşları hərəkətə keçiblər:”Hazırda “Bakcell”in nümayəndələri ictimai rəyə az-çox təsir edən, əsasən də ucuz reklam əməkdaşlıqları qurduqları redaksiyalarla təmasa keçiblər. Onlar əsasən, reklam adı ilə hər ay 70-100 manat pul və ya bu məbləğ civarında kontur verdikləri saytlarla əlaqə yaradıb, əməkdaşları arasında bu şirkətin abunəçilərinin olub-olmaması ilə maraqlanır, onların telefon nömrələrini götürürlər. Səbəb isə son həftələr jurnalistlərin “Bakcell”in oğurluğunu ictimailəşdirib, etiraz etmələridir”.
Saytlardan birinin redaktoru Mia.az-a deyib ki, mobil operatorun əməkdaşları azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun “Bakcell”in fırıldaqları haqda sosial şəbəkədə yazdığı statusdan sonra onlarla əlaqə yaradıblar: “Bəli, bir şirkətin PR menecerləri bizimlə də “kontakt” yaradıb, işçilərimiz arasında “Bakçell” nömrəsi işlədənlərin nömrəsini istədilər. Bu, onu göstərir ki, “Bakcell” son vaxtlar həqiqətən də jurnalistlərin etirazından çox narahat olub və ehtimal olunan növbəti etirazların ictimailəşməsinin qarşısını almaq istəyirlər. Düzü, mənə də maraqlıdır ki, jurnalistlərin nömrələrini nəzarətə götürüb, onların ağzını da yumduqdan sonra nə olacaq? Belə çıxır ki, jurnalistlərin daha cibinə girilməyəcək. O halda, bəs, milyonlarla sadə abunçilər necə olacaq, onlarla necə davranacaqlar? Yəni onların da nömrəsi avtomatik şəkildə fırıldaqçı şirkətlərin şəbəkəsinə daha qoşulmayacaq, yoxsa, jurnalistlərin ağzını 70-100 manatlıq “reklam”la qapatdıqdan sonra tribuna tapmayan minlərlə abunəçinin “yüklənməsi” yenə davam edəcək?”.
Yeri gəlmişkən, qeyd edək ki, “Bakçell” şirkətinin nömrələri avtomatik olaraq qondarma fırıldaqçı şirkətlərin sisteminə qoşulmaqla, balansları abunəçilərdən xəbərisz boşaldılır.
Bununla bağlı ilk etirazı APA holding-in əməkdaşı Nizam Rzayev dilə gətirdi.
Həmin vaxtı Mia.az sosial şəbəkədə yazılan bu etirazı ictimailəşdirdi. Şirkət isə məsələyə rəsmi izahat vermək əvəzinə, sayta zəng edib, yazının çıxarılmasını istəyib…
Bunun ardınca isə jurnalist Taleh Şahsuvarlı “Bakcell”in balans oğurluğuna daha sərt etiraz bildirib.
Bundan sonra bir neşə jurnalist də etirazlarını dilə gətirməyə cəsarətləndi.
Daha sonra isə “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov “Feysbuk”da “üsyan” etdi. O, belə yazmışdı:
“Telefona 10 manat yüklədim, heç nə danışmadığım halda, 3 günə qurtardı. Birinci dəfə dedim, yəqin nəsə texniki səhv olub. İkinci dəfə dedim, içinə zəhər, indi nə məsələdir görəsən? Üçüncü 10 manat da üç günə qutarandan sonra getdim Bakcell-in müştəri xidmətlərinə”.
Onun sözlərinə görə, müştəri mərkəzində ona izah ediblər ki, guya hansısa kənar şirkətlərin servislərinə qoşulub: “”Vialink”, “Simtoday”, “Navigator”, sizin it bizim örkəni apardı… Hamısının da adını birinci dəfə idi eşidirdim. Nə qədər and-aman elədim ki, mən belə zir-zibilə qoşulmamışam, xeyri olmadı. Bir siyahı verdilər ki, həmin şirkətlərə bir-bir zəng vurub, xidmətlərini ləğv etdirim.
Heç vaxt qoşulmadığım “xidmət”ləri ləğv etdirmək üçün durub itə-qurda zəng vururam…
Özü də “xidmət” sözü heç yerinə düşmür, xidmətin insana hansısa faydası olar, bu isə açıq-aşkar cibgirlikdir. Sadəcə, cibgirliyin yüksək texnoloji formasıdır. Bakcell, 10 ildən çoxdur sizin müştəriyəm, sizə şirkət olaraq həmişə hörmətlə yanaşmışam, amma bu, nə deməkdir? Bu fırıldaqçılara niyə meydan vermisiniz? Çəkin bunların əlini camaatın cibindən!..
Hər şey cəhənnəmə, sizin adınıza yaraşdırmıram…”.

Reportyor.info

Əvvəlki yazı

Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub

Sonrakı yazı

Heydər Əsədovun milyonluq villaları üzə çıxdı – FOTOLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.