05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həkimlərdən TƏBİB-ə etiraz: “Niyə bizi düşünən yoxdur?”

31 May 2020, 15:53
Sosial, Uncategorized
A A
Həkimlərdən TƏBİB-ə etiraz: “Niyə bizi düşünən yoxdur?”

COVID-19 pandemiyası səbəbindən könüllü olaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərən həkimlər etiraz edir.

Bu barədə 23 ildir 11 saylı Şəhər Poliklinkinasında sahə həkimi kimi çalışan, pandemiya səbəbindən könüllü olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasına ezam olunan Məlahət Hümmətqızı bildirib.

O qeyd edib ki, pandemiya xəstəxanlarında çalışan həkimlərin ailələri üçün təhlükə yaranıb: “Ehtiyac yarananda TƏBİB səhiyyə işçilərinə- həkimlərə çağırış etdi, həkimləri könüllü olaraq insanlara yardım etməyə çağırdı.

Vətən darda idi, kömək lazım idi. Millətini, vətənini, peşəsini sevən həkim heç vaxt səhiyyəsinin, dövlətinin çağırışına biganə qala bilməzdi, buna vicdanı yol verməzdi. Evində ailəsini, valideynlərini, körpə uşağını qoyub ön cəbhəyə – xəstəxanalara təmənnasız işləməyə gələn könüllü həkimlərimiz var.

Hər gün 8 saat hava keçirməyən kamuflyajda yuxusuz gecələri oldu, koronovirus pandemiyasından qorxmadan xəstənin başı üzərində dayanaraq cəsarətlə keşik çəkdi, hərarətini saldı, tənəffüsünü bərpa etdi, ağır vəziyyətdən çıxartdı, ölməyə qoymadı.

Əvvəl 15 gün, 30 gün çalışan həkimlər test nəticəsi neqativ çıxanda 15 gün karantində saxlanılırdı. Sonra karantin günü 7 oldu. Amma indi tibb işçilərindən yaxma götürülür və onlar evə buraxılırlar.

Bu qədər əziyyət çəkən həkimləri niyə düşünən yoxdur? Biz xalqımızn, insanlarımızın yolunda  heç nə düşünmədən səfərbər olduq, bəs bizi niyə düşünən yoxdur ki, virus daşıyıcısı ola bilərik, evimizə, ailəmizə virus apara bilərik?”.
M.Hümmətqızı TƏBİB rəsmilərinə müraciət edərək, həkimlərə arxa çıxmağa çağırıb: “Bəzi həkimlər var ki, 15 gün, bəziləri 30 gün çalışıb evinə gedir. Mən iki aydır burada çalışıram, gücüm çatsa, iyunda da qalıb işləyəcəm. Amma istəyimiz budur ki, bizim təhlükəsizliyimiz təmin olunsun. Bu gün evinə gedəcək olan həkimlər üçün son gündür. Onlara da bildiriblər ki, oteli tərk edin.

Bu həkimlərin hərəsinin 5-6 evi yoxdur axı özünütəcrid etsin, 15 gün ailəsindən kənarda qala bilsin. Axı onların evindəki insanlar təhlükədədirlər.

Əvvəllər həkimlər, tibb işçilərinin test nəticələri neqativ çıxanda oteldə karantində saxlanılırdılar. Amma indi görünür ki, otellər fəaliyyətini bərpa edəcəyindən, TƏBİB-in də karantin üçün əlavə yeri olmadığından, həkimləri evinə gödərirlər. Mən TƏBİB rəsmilərindən məsələyə biganə qalmamağı xahiş edirəm”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, yalnız test nəticələri neqativ olan həkimlər evə buraxılır: “Bütün addımlar TƏBİB-in tibb işçilərilə bağlı hazırlanan təlimatına uyğun atılır. Qaydalarda necədir, o cür də hərəkət edilir.

Əvvəl tibb işçiləri 15 gün karantində saxlanılırdı, amma indi tibb işçiləri üçün hazırlanan təlimata uyğun olaraq, onlar karantində saxlanılmır. Test verirlər, əgər nəticələr neqativdirsə, yəni tibb işçilərində virus aşkarlanmayıbsa, evə buraxılırlar. Onların ailəsi üçün hər hansı təhlükə yoxdur. Nəticə bilinmədən kimsə evə buraxılmır”.

Əvvəlki yazı

Fəzail Ağamalı: “Məni susdura bilməyəcəksiniz”

Sonrakı yazı

Azərbaycan futbolu 21 iyundan başlanır

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.